Icma.az
close
up
RU
Global Media Group Geridönüş Təmiz dünya ekoloji təşəbbüsünü həyata keçirir

Global Media Group Geridönüş Təmiz dünya ekoloji təşəbbüsünü həyata keçirir

Baku.ws saytına istinadən Icma.az xəbər verir.

Global Media Group olaraq korporativ sosial məsuliyyət strategiyamız çərçivəsində ekoloji təşəbbüslərimizi davam etdiririk. Bu dəfə isə daha öncədən də həyata keçirtdiyimiz "Geridönüş – Təmiz dünya" təşəbbüsümüz əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Batareyaları təhvil ver, təbiəti qoru" layihəsinə qoşulduq.

BAKU.WS xəbər verir ki, layihə çərçivəsində "Global Media Group"a daxil olan şirkətlərdə istifadə olunmuş birdəfəlik batareyalar və printer kartriçləri könüllü şəkildə toplanaraq müvafiq qaydada təhvil verilib. Bu təşəbbüs tullantıların ətraf mühitə mənfi təsirinin azaldılmasına, təkrar emal proseslərinin təşviqinə və ekoloji məsuliyyətin artırılmasına xidmət edir.

Qeyd edək ki, "Global Media Group" və tərkibinə daxil olan şirkətlər üçün ətraf mühitin mühafizəsi və ekoloji maarifləndirmə korporativ sosial məsuliyyət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Bu istiqamətdə tullantıların düzgün idarə olunması, məsuliyyətli ekoloji davranışın formalaşdırılması və dayanıqlı inkişaf prinsiplərinin təşviqinə yönəlmiş müxtəlif layihələr ardıcıl şəkildə icra olunur.

"Global Media Group"un Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Laura Seyidbəyova bildirib ki, ətraf mühitin mühafizəsi və ekoloji məsuliyyət şirkətin korporativ dəyərlərinin ayrılmaz hissəsidir və bu istiqamətdə həyata keçirilən təşəbbüslər dayanıqlı inkişaf prinsiplərinə xidmət edir.

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin sektor müdiri Mehman Nəbiyev isə qeyd edib ki, ictimai və korporativ strukturların bu kimi layihələrə qoşulması ekoloji maarifləndirmənin əhatə dairəsinin genişlənməsinə, eləcə də dayanıqlı davranış modellərinin formalaşmasına mühüm töhfə verir.

Eyni zamanda vurğulanıb ki, "Global Media Group" Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə indiyədək bir sıra ekoloji layihələri uğurla həyata keçirib və bu sahədə formalaşmış məhsuldar əməkdaşlığın gələcəkdə də davam etdirilməsi vacibdir.

Azərbaycanın ən böyük media şirkətlər qrupundan biri olan "Global Media Group" 2017-ci ildən fəaliyyətə başlayıb. "Global Media Group"a Azərbaycanda və ölkə xaricində fəaliyyət göstərən televiziya kanalları, informasiya agentlikləri, xəbər portalları, qəzetlər və digər şirkətlər daxildir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://baku.ws
archiveBu xəbər 19 Dekabr 2025 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri