Icma.az
close
up
RU
“Global Media Group” niyə hədəfə alındı? Əsas amil bu imiş

“Global Media Group” niyə hədəfə alındı? Əsas amil bu imiş

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xəbər verdiyimiz kimi, fevralın 20-də günün birinci hissəsində “Global Media Group”un nəzdində fəaliyyət göstərən onlayn resurslara kütləvi haker hücumu həyata keçirilib. Bu kiberhücumlarla əlaqədar müəyyən müddət “Report.Az”, “Oxu.Az”, “Media.Az”, “Baku.ws”, ”Caliber.Az” saytlarının və “Baku TV”nin fəaliyyətində problem yarandı.

Bu halların qarşısını almaq üçün saytlarda hansısa tədbirlər görülə bilərmi?

Elvin Həsənov

Globalinfo.az-a danışan İnformasiya Kommunikasiya Texnologiyaları üzrə mütəxəssis Elvin Həsənov deyib ki, bu cür hücumlar təkcə texnoloji zəifliklərdən qaynaqlanmır, həm də qlobal informasiya müharibəsinin bir hissəsi kimi qiymətləndirilməlidir:

“Media agentlikləri informasiya axınının əsas mənbəyi olduğu üçün bu kimi hücumlar ictimai rəyə təsir etmək, dezinformasiya yaymaq və ya infrastrukturun işini pozmaq məqsədilə həyata keçirilir. Media qurumları, xüsusilə də beynəlxalq və regional əhəmiyyət daşıyan agentliklər, müxtəlif motivasiyalar əsasında hakerlərin hədəfi ola bilər. Düşünürəm ki, dövlətlər arasındakı gərginlik artdıqca informasiya məkanına nəzarət etmək və ictimai rəyə təsir göstərmək üçün kiberhücumlar daha intensiv hal alır. Rəqib dövlətlər bir-birinin media qurumlarına hücum edərək məlumat axınını pozmağa və ya manipulyasiya etməyə çalışırlar. Belə ki, DDoS və deface hücumları ilə infrastrukturun sıradan çıxarılması mümkündür. Media saytlarına kütləvi trafik yönləndirərək onları əlçatan olmamaq vəziyyətinə salmaq və ya onların ana səhifəsini dəyişdirərək təbliğat məqsədli mesajlar yerləşdirmək kibermüharibənin əsas taktikalarından bir yoludur. Lakin bəzi media qurumları müasir təhlükəsizlik protokollarını tam tətbiq etmədiyi üçün hakerlər üçün asan hədəfə çevrilirlər”.

Elvin Həsənovun sözlərinə görə, köhnəlmiş CMS sistemləri, zəif autentifikasiya və düzgün konfiqurasiya edilməmiş serverlər bu hücumları asanlaşdırır:

“Ümumiyyətlə, bu cür hücum hallarından qorunmaq və qarşısını alınması üçün güclü DDoS qoruma sistemlərinin tətbiqi məqsədə uyğundur. Hücumlara qarşı dayanma gücünü artırmaq üçün CDN (Content Delivery Network) və WAF (Web Application Firewall) həllərindən istifadə edilməlidir. İdentifikasiya və autentifikasiya mexanizmlərinin gücləndirilmək admin panellərə və vacib sistemlərə giriş yalnız iki faktorlu autentifikasiya (2FA) ilə icazə verilməlidir. Potensial hücumlar və sızmaların vaxtında aşkar edilməsi üçün log analiz sistemləri və təhlükəsizlik siqnallarını avtomatik izləyən proqram təminatları istifadə olunmalıdır. Saytların təhlükəsizlik zəifliklərinin aşkar olunması üçün mütəmadi pentestlər (penetrasiya testləri) aparılmalı və aşkarlanan boşluqlar dərhal aradan qaldırılmalıdır. Bunlarla yanaşı hər hansı kiberhücum zamanı məlumat itkisini minimuma endirmək üçün server və verilənlər bazalarının mütəmadi ehtiyat surətləri (backup) saxlanmalıdır”.

Safura Bənnayeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:282
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 20 Fevral 2025 18:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see331

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see312

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see304

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see293

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see291

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see286

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see283

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see282

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see257

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see238

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see237

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see236

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see232

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see231

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see225

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see222

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see221

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see220

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri