Icma.az
close
up
RU
Bakıda GlobE Şəbəkəsinin 2025 ci il üzrə iş planı təsdiqləndi

Bakıda GlobE Şəbəkəsinin 2025 ci il üzrə iş planı təsdiqləndi

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Bakıda Birləşmiş Millətlər Təşkilatının Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsi – GlobE Network – çərçivəsində Altıncı Plenar iclas davam edir.

Globalinfo.az xəbər verir ki, mötəbər beynəlxalq tədbirə 92 ölkədən 120-dən artıq dövlət qurumunu təmsil edən nümayəndələr, o cümlədən prokurorluq orqanları, müstəqil antikorrupsiya təşkilatları və beynəlxalq institutlar toplaşıb. Ümumilikdə 300-dən çox nümayəndə tədbirdə fiziki olaraq iştirak edib, 60-dan artıq iştirakçı isə iclası onlayn formatda izləyib. Plenar iclas çərçivəsində yüzdən artıq təqdimatın keçirilməsi nəzərdə tutulub.

Tədbirin proqramına uyğun olaraq, mayın 21-də GlobE Şəbəkəsinin 2024-cü il üzrə fəaliyyət hesabatı və 2025-ci il üzrə iş planı Plenara təqdim olunub və müzakirələrdən sonra təsdiq edilib.

Bununla yanaşı, Avropa İttifaqının Cinayət Ədliyyəsi Əməkdaşlıq Agentliyi (EUROJUST) və Afrika Baş Dövlət Müfəttişlikləri və Oxşar Qurumların Forumunun (FIGE) müşahidəçi statusu ilə GlobE Şəbəkəsinə qoşulması məsələsinə baxılıb və müvafiq qərar qəbul olunub.

Plenar iclasda bir sıra beynəlxalq təşkilatların nümayəndələri – Avropa Prokurorluğu Təşkilatının (EPPO) rəhbərinin müavini Petr Klement, IAACA-nın Baş Katibi Chin Kit Cheung, IACA-nın nümayəndəsi Samuel De Jaegere, IAP-ın Baş Müşaviri Şenaz Muzaffer və INTERPOL-un İcraçı Direktoru Darrin Cons təmsil etdikləri qurumların korrupsiyaya qarşı fəaliyyəti barədə təqdimatlar ediblər.

GlobE Şəbəkəsinin üzvləri arasında birbaşa məlumat mübadiləsinə dair Rəhbər Prinsiplər və tətbiq olunan formalar müzakirə olunub, UNODC eksperti Draqo Kos məlumat mübadiləsinə dair Nümunəvi Saziş layihəsindəki yeniliklər barədə məlumat verib.

Korrupsiyaya qarşı əməliyyat-axtarış tədbirlərinin texniki və taktiki aspektlərinə dair Hindistan, Çin və Uqanda nümayəndələri praktiki təcrübələrini bölüşüblər.

Daha sonra “korrupsiya cinayətləri törətmiş şəxslərə digər ölkələrdə sığınacaq verilməsinin yolverilməzliyi” mövzusunda beynəlxalq hüquqi müddəalar və dövlətlərin təcrübələri üzrə təqdimatlar dinlənilib. Sessiyaya UNODC-nin Regional Müşaviri Vladimir Kozi moderatorluq edib.

“Şübhəli maliyyə hesablarından ödənişlərin dayandırılması: Cinayət işlərində şübhəli bank hesablarının sürətli dondurulması” mövzusunda keçirilmiş sessiyada isə Koreya, Qazaxıstan və digər beynəlxalq təşkilatların nümayəndələri çıxış ediblər.

Bundan əlavə, vergi korrupsiyası, əmlakın bərpası və digər aktual mövzulara dair paralel tədbirlər, vorkşoplar və ikitərəfli görüşlər təşkil olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:194
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 21 May 2025 20:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri