Icma.az
close
up
RU
Glutensiz həyat mümkündürmü? Sağlam qidalanmanın sirri

Glutensiz həyat mümkündürmü? Sağlam qidalanmanın sirri

Icma.az, Pravda.az saytına istinadən bildirir.

Glüten həssaslığı buğda, arpa və çovdar kimi taxıllarda olan glüten zülalına qarşı orqanizmin mənfi reaksiya verməsi ilə xarakterizə olunan haldır. Çölyak xəstəliyindən fərqli olaraq bağırsaqlarda qalıcı zədələnmə yaratmasa da, həzm pozğunluğu, şişkinlik, baş ağrısı və xroniki yorğunluq kimi əlamətlərlə özünü göstərə bilər.
Pravda.az bildirir ki, glütenə qarşı həssaslığı olan şəxslər bu zülalı ehtiva edən qidalardan uzaq durduqda simptomlar yüngülləşir və həyat keyfiyyəti artır. Xüsusi dərman müalicəsi olmasa da, glütensiz pəhriz tətbiq edilməsi və bağırsaq sağlamlığını dəstəkləyən əlavələrin qəbul olunması tövsiyə olunur. Nizamlı qidalanma və bağırsaq florasını qoruyacaq tədbirlər də müalicə prosesinə müsbət təsir edə bilər.
Glüten allergiyası (intoleransı) nədir?


Glüten allergiyası bədənin glüten zülalına qarşı immun cavab verməsi nəticəsində təkcə həzm sistemi deyil, bir çox digər sahələrdə də simptomlar yaradan vəziyyətdir. Çölyak xəstəliyindən fərqli olaraq bağırsaq divarına birbaşa zərər verməz, lakin immun sistemin həddindən artıq reaksiyası müxtəlif əlamətlərin yaranmasına səbəb ola bilər. Bu vəziyyət adətən qarın ağrısı, şişkinlik, mədə sancıları, ishal və ya qəbizlik kimi həzm sistemi şikayətləri ilə özünü göstərir. Bəzi hallarda baş ağrısı, halsızlıq, dəri səpgiləri, oynaq ağrıları və depressiya kimi simptomlar da müşahidə oluna bilər. Glütenə qarşı dözümsüzlük bağırsaq keçiriciliyini artıraraq xroniki iltihaba səbəb ola bilər. Bu da zamanla immun pozğunluqları və həzm problemlərinə yol aça bilər. Simptomların şiddəti fərqli olsa da, glütensiz pəhrizlə əlamətlərə nəzarət etmək mümkündür.
Glüten allergiyası (intoleransı) nədən qaynaqlanır?


Glütenə qarşı dözümsüzlüyün dəqiq səbəbi bilinmir. İmmun sistemi, genetik amillər və bağırsaq mikrobiotası burada əsas rol oynayır. İmmun sistemin glüten zülalını zərərli kimi qəbul etməsi həddindən artıq reaksiya ilə nəticələnə bilər. Bu da bağırsaq florasının pozulması və iltihablanma ilə nəticələnə bilər. Aşırı işlənmiş qidalar, bağırsaq keçiriciliyinin artması, bağırsaq bakteriyalarındakı disbalans (disbioz) və genetik meyillilik bu vəziyyətin yaranmasına təsir edə bilər. Həmçinin stres, qidalanma vərdişləri və ətraf mühitdəki toksinlər də glüten intoleransını tətikləyə bilər.
Glüten həssaslığının əlamətləri nələrdir?
Glüten həssaslığı həm həzm, həm də immun, sinir və dəri sistemlərinə təsir edə biləcək geniş spektrli simptomlarla müşayiət oluna bilər. Əlamətlər adətən glüten tərkibli qidalar qəbul edildikdən bir neçə saat və ya gün sonra baş verə bilər.


Ən çox rast gəlinən simptomlar aşağıdakılardır:


Həzm sistemi problemləri: Qarın ağrısı, şişkinlik, qaz, mədə sancıları, ishal və ya qəbizlik.


Xroniki yorğunluq: Gün ərzində halsızlıq və enerji çatışmazlığı.


Baş ağrısı və miqren: Glüten qəbulundan sonra baş verən baş ağrısı və ya miqren tutmaları.


Oynaq və əzələ ağrıları: İmmun reaksiyalara bağlı bədən ağrıları.


Sinir sistemi pozuntuları: Beyin dumanı, yaddaşsızlıq, diqqət çətinliyi, depressiya əlamətləri.


Dəri problemləri: Eqzema, sədəf, qaşınan səpgilər.


İmmunitetin zəifləməsi: Tez-tez xəstələnmək və uzun sağalma müddəti.
Glüten allergiyası necə diaqnoz edilir?


Glüten intoleransının diaqnostikası çölyak xəstəliyi və buğda allergiyası ilə qarışdırıla bilər. Əvvəlcə çölyakı istisna etmək üçün qan analizləri (anti-TTG və EMA testləri) aparılır. Əgər testlər mənfidirsə, amma əlamətlər davam edirsə, glüten intoleransı ehtimalı nəzərdən keçirilir. Qəti laborator analiz mövcud olmasa da, simptomlarla pəhriz arasındakı əlaqəyə əsasən diaqnoz qoyulur. Eliminasiya pəhrizi ilə müəyyən müddət glütenli qidalar rasiondan çıxarılır və əlamətlərdə dəyişiklik müşahidə olunur. Bağırsaq mikrobiotası testi və nəcis analizi də diaqnoza kömək edə bilər.
Glüten allergiyası necə müalicə olunur?


Hazırda glüten intoleransının konkret dərman müalicəsi yoxdur. Əsas müalicə prinsipi glüten ehtiva edən bütün qidaların rasiondan çıxarılmasıdır. Müalicəyə aşağıdakı tədbirlər dəstək ola bilər:


Buğda, arpa, çovdar və onlardan hazırlanan qidaları pəhrizdən çıxarın.


Bağırsaq sağlamlığı üçün probiyotik və prebiyotiklər qəbul edin.


Omega-3, C və D vitamini kimi immuniteti dəstəkləyən əlavələrdən istifadə edin.


Fermentasiya olunmuş qidalar (kefir, yoğurt, kələm turşusu) istehlak edin.
Glütenə qarşı həssas olanlar hansı qidalardan uzaq durmalıdır?
Glüten həssaslığı olanlar glüten tərkibli bütün məhsullardan uzaq durmalıdır. Xüsusilə emal olunmuş məhsullarda gizli glüten ola biləcəyindən etiketlər diqqətlə oxunmalıdır. Buğda, arpa, çovdar, bulqur, mannı, verməşil, hazır souslar, şorbalar və emal olunmuş qidalar bu sıraya daxildir.
Glütensiz pəhriz nədir və necə tətbiq olunur?


Glütensiz pəhriz taxılların və digər məhsulların tərkibini diqqətlə seçməyi tələb edir. Bu pəhriz zamanı əsas məqsəd gizli glüten mənbələrini müəyyən edib uzaq durmaqdır. Sağlam və balanslı şəkildə glütensiz qidalanmaq üçün alternativlərdən istifadə olunmalıdır:


Təbii glütensiz taxıllar: Kinoa, qarabaşaq, düyü, qarğıdalı, glütensiz sertifikatlı yulaf.


Zülal mənbələri: Toyuq, balıq, yumurta, qırmızı ət, paxlalılar.


Meyvə və tərəvəzlər: Bütün meyvə və tərəvəzlər glütensizdir.


Sağlam yağlar: Zeytun yağı, avokado, hindistan qozu yağı, badam, qoz, fındıq.
Market alış-verişi və ya restoranlarda yemək sifarişi zamanı məhsulların tərkibini soruşmaq və etiketlərdə "gluten-free" (glütensiz) ifadəsini axtarmaq vacibdir. Glütensiz pəhriz zamanı orqanizmin ehtiyac duyduğu B vitamini və dəmir kimi maddələrin təmin olunması üçün ət, yumurta, tünd yaşıl yarpaqlı tərəvəzlər və paxlalılar mütləq rasionda olmalıdır.
Əminə Bayramova 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:64
embedMənbə:https://pravda.az
archiveBu xəbər 13 May 2025 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəhrəman qazimiz televiziyalara od püskürdü: O, diqqətsizlikdən gileyləndi...

12 May 2025 20:34see189

Bura o qədər də ciddi yanaşmırıq Qurban Qurbanov

12 May 2025 00:24see187

Ümummilli Lider Heydər Əliyevin 102 illiyi Lerikdə qeyd olunub FOTO

12 May 2025 02:02see187

Əlaqələrimiz ən yüksək pillədə

12 May 2025 10:59see175

Stalin Avropaya hücuma hazırlaşırdı və...

12 May 2025 01:15see171

Nigeriyada toqquşmalarda 23 nəfər öldü

12 May 2025 01:51see161

Ürəyin 1 nömrəli dərmanı bu meyvədir

12 May 2025 03:04see153

Ulu Öndərin əziz xatirəsinə ehtiram əlaməti olaraq Bağdaddakı səfirliyimiz ziyarət edilib

11 May 2025 18:36see151

Ərdoğanla Putin telefonda danışdı Zelenskidən dərhal reaksiya gəldi: Hazıram

11 May 2025 22:17see151

Makron Ukrayna planlarından danışıb

11 May 2025 18:45see143

50 yaşlı kişi alçaya görə öldü KONKRET

12 May 2025 09:41see137

Super Liqa: “Beşiktaş”dan darmadağın

11 May 2025 22:59see135

“El Klasiko”nu “Barselona” qazandı

12 May 2025 01:19see134

MPL: Zirə də səfərdə sevindi, Neftçi də

12 May 2025 01:12see134

Hər iki ayağını itirmiş qazimiz Everestə qalxacaq VİDEO

13 May 2025 01:04see130

Son zəng ə görə pul tələb edən məktəb direktoru işdən çıxarıldı

12 May 2025 21:08see128

Pedatr: Vitamin və minerallar qida zəncirində əvəzolunmaz yerə sahibdir

12 May 2025 13:36see123

İsrail Qəzzaya hücumları davam etdirir

13 May 2025 01:27see123

Vasili Berezutski Moskvaya dönür

12 May 2025 22:18see119

LukOil dan bezin fırıldağı FOTOFAKT

12 May 2025 04:13see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri