Icma.az
close
up
RU
GÖMRÜK ƏMƏKDAŞI “HÜRRİYYƏT”Ə ŞOK FAKTLARI AÇIQLADI “Şahin Bağırovu rüşvət alan zaman tutmuşam”

GÖMRÜK ƏMƏKDAŞI “HÜRRİYYƏT”Ə ŞOK FAKTLARI AÇIQLADI “Şahin Bağırovu rüşvət alan zaman tutmuşam”

Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dövlət Gömrük Komitəsinin (DGK) daha bir əməkdaşı -“Skanlaşdırma və TNV” şöbəsinin keçmiş rəisi Əmir Əsədov tərəfindən “Hürriyyət”in redaksiyasına məktub daxil olub. DGK-da baş verən qanunsuzluqlar haqda yazan Ə.Əsədov deyir ki, verdiyi bütün məlumatları aidiyyəti dövlət qurumlarında sübut etməyə hazırdır. Onun məktubunu olduğu kimi dərc edirik:

“Mən 2014- cü ildən Gömrük Komitəsinin Skanlaşdırma və TNV şöbəsinin rəisi olmuşam. 2018-ci ildən 2023-cü ildə təqaüdə çıxana qədər buradakı qanunsuzluqlarla çox mübarizə apardım. Hətta mənə şər ataraq, Korrupsiya İdarəsinə verdilər. Ancaq, Allah böyükdür, verdikləri məlumatların heç biri öz təsdiqini tapmadı.

Gələk əsas məlumata. 2012-ci ildən Azərbaycanın bütün sərhədlərində rentgen qurğuları qurulub. Bu sistemləri mərkəzi nəzarət sistemlərinə şəxsən mən quraşdırmışam və bütün görüntülər “DMS” deyilən bazaya avtomatik köçürülür. Amma bu sistem 2018-ci ildən işləmir. Mən işlədiyim dövrdə dəfələrlə bu haqda raport yazdım, ancaq baxan olmadı.

Gömrükdəki mafiyalar...

Gömrükdə 2018-ci ildən bir neçə mafiya var. Onlar üçün Şahin Bağırovu barmağına dolamaq asan işdir. Hal-hazırda bu şöbəyə cavabdeh əslən Zəngilandan olan Amid İsmayılov adlı şəxsdir. O, özünü Şahinin (DGK sədri-red.) adamı kimi aparır, ancaq realda Bəhruzun (müavin – red.) adamıdır. Deyəcəyim odur ki, gömrükdən telefon keçirmək dənizdə damladır, rentgenlərə nəzarət olunmadığından və işlək vəziyyətdə olmaması səbəbindən, ölkə sərhədlərinin tam nəzarətsiz olduğunu deyə bilərik. Ona görə də qaçaqmalçılar öz işlərini görürlər. Əsas da “karqo”lar. Maşın başına pullar yığılır. Bu pullar da, çox güman ki, Şahinə çatır. Yəni hazırda gömrükdə Şahinin başı gömrüyə aid olmayan gic-gic yarışmalara, ətrafına yığdığı translar və qeylərin proyektlərinə qarışıb, iş də qalıb kənarda.

“Bir TIR qızılı bir TIR buğda kimi yazmaq əllərindədir”

Ancaq mən dediyim sistemin işləməməsi bütün qaçaqmalçılara gömrükdə olan mafiyaların marağındadır. Çünki əgər maşın sərhəddən keçdisə, şəklini silirlər, istədikləri kimi də bəyan edirlər. Yəni bir TIR qızılı bir TIR buğda kimi yazmaq əllərindədir, nəzarət edən yoxdur.

Bir daha deyim ki, Çindən, Türkiyədən gələn “karqo”larda milyardlar yeyirlər. Bu, uzun illərdir davam edir. Amma Şahin Bağırov sədr gələndən sonra qaçaqmalçılıq daha da genişlənib. Şahin Bağırovun fəaliyyəti araşdırılsa, bəlkə də rusun agenti olduğu ortaya çıxar. O, özünü rüşvət almayan adam kimi təqdim edir, amma bu, belə deyil. Sadəcə, bu adamın pul xərcləməklə arası yoxdur, ona görə də adı hallanmır, amma milyardları var.

Şahin Bağırovun yarıtmaz fəaliyyəti səbəbindən heç kim gömrükdə işləmir, sadəcə vaxt öldürürlər. Onsuz da bütün vicdanlı, şərəfli kadrlar işdən qaçıb, yerdə qalanlar isə məcburiyyətdən işləyirlər.

Gömrüyün Daxili Təhlükəsizlik İdarəsində araşdırmaların heç biri düzgün aparılmadığından, heç bir fakt da üzə çıxmır. Həmin daxili araşdırmanı isə yoxlayan yoxdur.

“Köməkçisinə “Polo”dan tuman almağı tapşırmışdı”

Bir sözlə, gömrükdə olan faktları aylarla danışsaq, bitməz. Təkcə bir faktı deyim, Şahin Bağırov 2017-ci ildə məni və köməkçisini Amerakaya ezamiyyətə göndərdi. Təsəvvür edirsiniz, o, həmin vaxt köməkçisinə “Polo”dan tuman almağı tapşırmışdı. Bu adam pay-püşü çox sevir, kim hara ezamiyyətə gedirsə, yanına əliboş gəlmir. Çünki sonra ezamiyyətə göndərmir.

Şahin Bağırovun gömrükdə bir adamı var idi, sonradan təqaüdə çıxdı, indi “Fudsiti”də işləyir - Anar Məmmədov. Bu adam təkcə 2018-ci ildə gömrüyə 25 milyon dollarlıq lazımsız avadanlıq aldırdı. Özünə isə Bakı şəhəri, Rəşid Behbudov küçəsində şirkət tərəfindən 5 otaqlı ev hədiyyə olunub.

Yəni, demək istədiyim odur ki, nə Şahin, nə də ətrafı təmiz adam deyillər. Sadəcə, özlərini elə tanıdıblar. Azərbaycan dilinidə doğru-düzgün bilmir, bu yaşda olan adamın 1 nəfər dostu yoxdur, şərəf-ləyaqət nədir, bilmir.

Mənim bildirdiyim əsas məlumat odur ki, bir daha qeyd edirəm, TIR-ları yoxlayan skanların mərkəzi bazası 2018-ci ildən işləmir. Daha doğrusu, 16 iyun 2018-ci il tarixdən. Bu səbəbdən də yoxlanılan maşınların rentgen görüntülərinə təkrar nəzarət etmək mümkün deyil.

“8 ton narkotiki Gürcüstana Bakı Gömrük İdarəsinin müşayəti ilə yola salıblar”

Yeri gəlmişkən, Azərbaycandan keçən narkotik vasitə Gürcüstanda 3 dəfə tutulub. İlk dəfə 8 tondan yuxarı idi. İkincisi, 2018-ci ildə 230 kq heroin. Üçüncü də son tutulan 200 kq heroin. İkisi mən işlədiyim müddətdə keçib. 8 ton narkotiki Bakı Gömrük İdarəsinin müşayəti ilə yola salıblar. Digər 230 kq keçəndə isə rengendə işləyənlər özlərini qorumaq üçün maşına işarə qoyublar. Halbuki, rentgendə narkotik aşkar görünürdü. Hətta bunu rentgendən başı çıxmayan adam belə tapa bilərdi. Bu faktla bağlı raport yazmağıma baxmayaraq, heç bir tədbir görülmədi. Bu hadisə baş verən zaman Şahin Bağırov sədr müavini vəzifəsində çalışırdı, mənim strukturuma rəhbərlik edirdi və cavabdeh şəxs idi.

“Şahin Bağırovu rüşvət alan zaman tutmuşam”

Mən şəxsən bir dəfə Şahin Bağırovu rüşvət alan zaman tutmuşam. Daha dəqiq desək, özüm də bilmədən şəklini çəkdirib, sonra özünə vermişəm. Yəni bilməmişəm ki, maşını idarə edən onun özüdür. Diplomatı maşına qoyanda şəkillərini çəkmişdim. Təəssüf ki, şəkillər qalmayıb, məmnuniyyətlə sizə verərdim. Həmin vəsait isə “Şah Karqo”dan yığılan pullar idi. Hadisə 2018-ci ildə olub.

Sonda onu da deyim ki, Şahin Bağırovdan qorxmağa dəyməz, ancaq Bəhruz təhlükəlidir. Şahin Bağırov başqasının əli ilə adama pislik edir, onun metodu budur. Amma Bəhur mafiozdur, ona görə də ehtiyatlı olun”.

“Hürriyyət”

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 07 Oktyabr 2025 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see760

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see230

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see173

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see171

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see159

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see157

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see155

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see154

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see144

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see144

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see139

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see139

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see138

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see133

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri