Icma.az
close
up
RU
Menu

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Məşhur aşpazın restoranı borca görə bağlandı

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Röya tanınmaz obrazda (Foto/Video)

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Gömrük sistemində atılan 3 MÜHÜM ADDIM

Gömrük sistemində atılan 3 MÜHÜM ADDIM

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Gömrük sistemi ölkə iqtisadiyyatının tənzimlənməsində, milli iqtisadi sərhədlərimizin qorunmasında və dövlət büdcəsi gəlirlərinin formalaşdırılmasında strateji rola malikdir. 2026-cı ildə dövlət büdcəsi gəlirlərinin 6862,0 milyon manatı və ya 17,8 faizi Gömrük Komitəsinin xətti ilə təmin edilən daxilolmaların payına düşür.
Bunu Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov bildirib. 
Komitə sədri vurğulayıb ki, gömrük sistemi indi təkcə fiskal qurum kimi deyil, həm də xarici ticarətin asanlaşdırılması, tranzit potensialının artırılması və biznes mühitinin yaxşılaşdırılması aləti kimi çıxış edir. Bu, xüsusilə Orta Dəhliz və regionun logistika mərkəzinə çevrilmək hədəflərimiz kontekstində mühüm əhəmiyyət daşıyır.
“Dövlət maliyyəsi, büdcə nəzarəti, vergi sistemi kimi gömrük sisteminin təkmilləşdirilməsi də davamlı prosesdir və yeni çağırışları da nəzərə alsaq bunun son həddi yoxdur. Yeni dövr gömrük sistemi qarşısında yeni tələblər qoyur. Nəzərə almalıyıq ki, gömrük siyasəti hər şeydən əvvəl dövlətin vahid iqtisadi siyasətinin mühüm istiqamətlərindən biridir. Bu siyasət dövlət başçısı tərəfindən müəyyən edilmiş milli prioritetlərə və iqtisadi strategiyaya uyğun olaraq formalaşdırılır və həyata keçirilir” – deyə o qeyd edib.


Heç şübhəsiz müstəqil dövlət və iqtisadi quruculuq prosesi çərçivəsində ölkəmizin gömrük sistemi də həm institusional, həm də maddi-texniki təminat baxımından mərhələli şəkildə təşəkkül tapıb. Bu o deməkdir ki, gömrükçülərin müxtəlif dövrlərdə və mərhələlərdə bu sistemin inkişafına töhfələri olub:
“90-cı illərin əvvəllərində Azərbaycanın xarici ticarət tərəfdaşlarının sayı 50-dən çox deyildi. İndi isə dünyanın 177 ölkəsi ilə xarici ticarət əməliyyatları həyata keçiririk. Xarici ticarət dövriyyəsinin həcminin və ticarət tərəfdaşımız olan ölkələrin sayının artması gömrük sahəsində inzibatçılığın yaxşılaşdırılmasını tələb edir. Bu səbəbdən də son illər gömrük sistemində institusional yanaşmanın gücləndirildiyini müşahidə edirik” - A. Əmiraslanov vurğulayıb. 
Komitə sədrinin sözlərinə görə, gömrük daxilolmalarında özəl sektorun payı 90 faizdən çox təşkil edir. Bu baxımdan biznes nümayəndələri ilə əməkdaşlığın daha da genişləndirilməsi, hər il ənənəvi olaraq Dövlət Gömrük Komitəsi tərəfindən “Gömrük – Biznes forumu”nun təşkil edilməsi, biznes-dövlət dialoqunun gücləndirilməsi  həm də əlverişli biznes mühitinin formalaşdırılmasına xidmət edir. 
“Xatırlatmaq istərdim ki, gömrük-biznes əməkdaşlığı çərçivəsində idarəetmənin təkmilləşdirilməsi, xarici iqtisadi fəaliyyətin beynəlxalq ticarət-təchizat zəncirinin yeni tələblərinə uyğunlaşdırılması və ticarətin asanlaşdırılması məqsədilə “Etibarlı Tərəfdaş Konsepsiyası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti tərəfindən  2025-ci il 5 dekabr tarixli 837 nömrəli Sərəncam imzalanmışdır.
Rəqəmsallaşma və elektron xidmətlərin genişləndirilməsi istiqamətində real və praktik addımlar atılmaqdadır. Gömrük orqanları tərəfindən göstərilən xidmətlərin rəqəmsallaşdırılması, xarici ticarət əməliyyatlarının sadələşdirilməsi istiqamətində görülən işləri, gömrük infrastrukturunun yenilənməsini xüsusi olaraq qeyd etmək lazımdır. 
“Smart Customs” mobil tətbiqi, Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi (VAİS), Avtomatlaşdırılmış Risk Analiz Sistemi (ARAS) kimi rəqəmsal gömrük layihələri gömrük idarəçiliyində innovativ yanaşmanın əsas göstəriciləridir”. 
O həmçinin bildirib ki, elektron bəyannamə sistemlərinin təkmilləşdirilməsi, risk əsaslı yoxlama mexanizmlərinin tətbiqi, insan faktorunun minimuma endirilməsi şəffaflığın artmasına müsbət təsir göstərir. 
“Nəzərə almalıyıq ki, gömrük sistemi təcrid edilmiş halda fəaliyyət göstərmir. O qlobal iqtisadi durumla, ölkədəki iqtisadi proseslərlə, fiskal siyasətlə, sahibkarlıq təşəbbüsləri ilə, biznes subyektlərinin xarici iqtisadi fəallığı ilə, vergi sistemi ilə, institusional islahatlarla bilavasitə bağlıdır. Bu baxımdan gömrük sistemini həm dəyərləndirərkən, həm də bu sahədə problemləri, xüsusilə də proqnozların icra nəticələrini təhlil edərkən, məsələlərə sistemli və kompleks yanaşılmalıdır”.   
Komitə sədri vurğulayıb ki, gömrük dəyərinin müəyyən edilməsi üsullarının, valyuta nəzarəti mexanizminin təkmilləşdirilməsi, gömrük sisteminin potensialının gücləndirilməsi, gömrük siyasəti ilə sənaye siyasətinin uzlaşdırılması, daha effektiv proteksionist siyasətin həyata keçirilməsi istiqamətində işlər davam etdirilməlidir.
“Əlbəttə, islahat prosesi davamlı xarakter daşıyır. Gömrük sistemi yeni mərhələyə hazır olmalıdır. Qarşıda duran əsas vəzifə rəqəmsal inteqrasiyanı daha da dərinləşdirmək, beynəlxalq gömrük standartlarına uyğunluğu gücləndirmək və tranzit ölkə kimi rəqabət qabiliyyətimizi artırmaqdır. Hazırda gömrük orqanlarına ən ali səviyyədə böyük etimad göstərilir və inanırıq ki, bu etimadın doğrulması istiqamətində işlər davam etdiriləcək, qarşıya qoyulmuş vəzifələr uğurla yerinə yetiriləcək”.

Komitə sədri Azər Əmiraslanov sonda 30 yanvar - Gömrük İşçiləri Günü münasibəti ilə bütün gömrükçüləri təbrik edib və onların hər birinə xidməti fəaliyyətlərində uğurlar arzu edib.   

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:141
embedMənbə:https://modern.az
archiveBu xəbər 30 Yanvar 2026 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see327

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see320

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see315

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see313

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see312

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see301

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see281

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see251

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see250

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see231

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see224

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see221

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see204

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see201

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see194

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see193

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see192

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see192

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see191

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri