Icma.az
close
up
RU
Google 1 milyard dollara yaxın cərimə EDİLDİ

Google 1 milyard dollara yaxın cərimə EDİLDİ

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Avropa Komissiyası Rəqəmsal Bazarlar Aktının (DMA) tələblərini pozduğuna görə "Google" şirkətini ümumilikdə 890 milyon avro (təxminən 1 milyard ABŞ dolları) məbləğində cərimələyib.

Redaktor.az xəbər verir ki, Avropa Komissiyasının məlumatına görə, 460 milyon avro məbləğində ilk cərimə "Google"un axtarış nəticələrində öz xidmətlərinə üstünlük verməsi ilə bağlıdır. Şirkətin onlayn alış-veriş, hotellər, nəqliyyat və idman sahələrində öz xidmətlərini rəqiblərindən yuxarı sıralarda göstərdiyi müəyyən edilib.

430 milyon avro məbləğində ikinci cərimə isə "Google Play" tətbiq mağazası ilə əlaqədardır. Tənzimləyici qurum müəyyən edib ki, şirkət tətbiq tərtibatçılarının istifadəçiləri platformadan kənarda rəqəmsal məhsul və xidmətlərin alınmasının alternativ üsulları barədə məlumatlandırmaq imkanlarını məhdudlaşdırıb.

Avropa Komissiyası "Google"a aşkar edilmiş pozuntuları 60 gün ərzində aradan qaldırmağı tapşırıb. Əks təqdirdə, şirkət qlobal illik dövriyyəsinin 5 faizinədək həcmində əlavə cərimələrlə üzləşə bilər.

Bundan əvvəl Avropa İttifaqı Məhkəməsi "Google"un bazarda dominant mövqeyindən sui-istifadə etməsinə görə tətbiq edilmiş 4,1 milyard avro məbləğində cəriməni qüvvədə saxlamışdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 23 İyul 2026 21:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see309

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see304

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see288

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see284

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see282

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see281

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see276

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see270

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see267

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see259

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see249

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see244

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see240

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see237

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see231

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see226

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see225

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see225

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see213

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri