“Google” Kanadada məhkəməyə verilib
Banco.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Müəllif:Ayşən İmanova/Banco.az
Kanadanın Rəqabət Bürosu, texnologiya nəhəngi “Google”a sahib olan ABŞ-nin “Alphabet” korporasiyasını internet reklamında sui-istifadə iddialarına görə məhkəməyə verib.
Banco.az xəbər verir ki, bu barədə tənzimləyicinin açıqlamasında deyilir.
"Rəqabət Bürosu Kanadada internet reklam texnologiyaları xidmətləri sahəsində sərbəst rəqabətə mane olan davranışa görə “Google”a qarşı iddia qaldırır. Hərtərəfli araşdırmadan sonra büro, şirkətin davranışını kanadalıların xeyrinə düzəltmək üçün Rəqabət Məhkəməsinə müraciət edib", - sənəddə bildirilir.
Ən sərfəli kredit üçün müraciət etAçıqlamada qeyd edilir ki, araşdırmadan sonra tənzimləyici müəyyən edib ki, internetin Kanada seqmentində ən böyük reklam xidmətləri təminatçısı olan “Google” “dominant mövqeyindən sui-istifadə edir”. Bu, digər bazar iştirakçılarının rəqabətini məhdudlaşdırır və onların rəqabət aparmasına mane olur.
Tənzimləyici “Google”dan iki reklam alətini - DFP serverini və AdX reklam mübadiləsini satmağı tələb edir.
Xatırladaq ki, bundan əvvəl ABŞ Ədliyyə Nazirliyi “Alphabet”dən “Chrome” brauzerindən imtina etməsini tələb etmək üçün məhkəməyə müraciət etmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 29 Noyabr 2024 15:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















