Goranboyda bir qrup polis əməkdaşına fəxri fərmanlar verilib
Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayon polis şöbəsinin rəisi Məmməd Hüseynov, rayonun digər rəhbər şəxsləri və bir qrup polis əməkdaşı “2 iyul-Azərbaycan Polisi Günü” ilə əlaqədar Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edib.
Tədbir rayon polis şöbəsində davam etdirilib. Məhərrəm Quliyev çıxış edərək deyib ki, Prezident cənab İlham Əliyevin ölkənin daxili işlər orqanlarında uğurla həyata keçirdiyi islahatlar və Dövlət Başçısının bu sahəyə göstərdiyi diqqət və qayğının nəticəsidir ki, bu gün Azərbaycan Polisi ona tapşırılan işin öhdəsindən bacarıqla və peşəkarlıqla gəlir. O, rayon polis şöbəsinin rəhbərliyini və bütün şəxsi heyəti təbrik edib, uğurlar arzulayıb.
Tədbirdə polis şöbəsinin xidmətdə fərqlənən bir qrup əməkdaşına rayon icra hakimiyyəti Başçısının Fəxri Fərmanları təqdim edilib.
Hamlet Qasımov,
XQ-nin bölgə müxbiri,
Goranboy.
Baxış sayı:65
Bu xəbər 03 İyul 2025 11:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















