Mixol Martin Azərbaycanın Avropaya verdiyi töhfədən danışdı Video
Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İrlandiyanın Baş naziri Mixol Martin Azərbaycanın Avropa Siyasi Birliyi çərçivəsində iştirakının Avropanın enerji və iqtisadi təhlükəsizliyinin gücləndirilməsinə mühüm töhfə verdiyini bildirib.
“Qafqazinfo” xəbər verir ki, o, Dublində keçirilən Avropa Siyasi Birliyinin 9-cu Zirvə toplantısı çərçivəsində jurnalistlərə açıqlamasında Azərbaycanın təşkilat çərçivəsində iştirakının əməkdaşlıq baxımından konkret nəticələr verdiyini vurğulayıb.
“Azərbaycanın Avropa Siyasi Birliyinə qoşulması nəticəsində enerji təchizatı və digər sahələrdə əhəmiyyətli irəliləyişlər əldə olunub. Bu, həm qitənin iqtisadi təhlükəsizliyi, həm də hibrid hücumlar kontekstində təhlükəsizliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır”, – deyə Martin bildirib.
Baş nazir qeyd edib ki, enerji sahəsində qarşılıqlı əlaqəlilik, texnoloji əməkdaşlıq və insanlar arasında təmaslar Avropa ölkələri ilə onların tərəfdaşları arasında daha sıx koordinasiya tələb edən əsas istiqamətlərdəndir.
O, həmçinin əlçatan enerji təchizatının təmin edilməsi, kritik infrastrukturun qorunması və kritik xammal növləri, eləcə də nadir torpaq minerallarına çıxışın təmin olunması üçün əməkdaşlığın vacibliyini vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 12 Noyabr 2026 22:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















