Icma.az
close
up
RU
“Görək, ürəkdən, yoxsa yalandan barışıb”

“Görək, ürəkdən, yoxsa yalandan barışıb”

Icma.az, Axsham.az portalına istinadən məlumat verir.

Müğənni Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 il davam edən küsülülüyün necə sona çatmasından danışıb.

Axşam.az xəbər verir ki, “Sevilən səhər” verilişində qonaq olan ifaçı həmkarı ilə məclislərin birində barışdığını bildirib:

“Biz bir məclisdə idik. Könül xanım da ora dəvət olunmuşdu. Biz orada idik, Könül xanım da gəldi. Orada öpüşdük, görüşdük. Özü də dedi ki, 30 illik söhbət burada bitdi. Əslində, aramızda elə bir söhbət olmayıb. Biz başqaları kimi bir-birimizi söyməmişik. Mən hər verilişdə deyirdim ki, heç kimdən küsülü deyiləm. Həmişə demişəm, indi də deyirəm, mənə dəyməyən ilan 100 il yaşasın. Çünki mən hamını çox istəyirəm, hamı ilə mehribanam, gülərüzəm, çox səmimiyəm.

Etiraf edim ki, onunla çox səmimi barışdım. İkimiz də səmimi idik. O gəldi, ayağa qalxdıq, görüşdük. Demək istəyirəm ki, mən barışıramsa, bunu içdən edirəm. Könül xanımı doğum günümə dəvət etmişəm. Görək, o da ürəkdən, yoxsa yalandan barışıb.Gəlməsə, demək ki, yalandan barışıb.

Məsələn, oğluna toy etsə, sevə-sevə gedərəm. Mən onunla içdən barışmışmışam".

Qeyd edək ki, Təranə ilə Könül illərdir küsülü idi. Bir neçə il əvvəl isə Təranə Könülün yer aldığı verilişdə qəfildən studiyaya girərək, yalandan telefonunu orada unutduğunu deyib. Kərimova isə həmin an studiyanı tərk etmək istədiyini söyləyib. K.Kərimova daha sonra sosial şəbəkədə onu qınayanlara "Siz həqiqəti bilsəniz, həyata, insanlığa nifrət edərsiniz. Ən azı yazdıqlarınıza görə utanarsınız. Şükr edirəm ki, həmin an ürəyim dayanmadı. Allah mənə güc verdi. Nə isə. Hər şey yaxşıdır" cavabını verib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://axsam.az
archiveBu xəbər 14 Oktyabr 2026 23:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see967

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see427

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see381

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see290

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see274

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see262

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see220

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see219

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see213

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see212

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see209

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see205

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see192

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see189

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see188

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see182

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see176

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see170

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see160

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri