Icma.az
close
up
RU
Görək, Zelenskisevərlərimiz Azərbaycan prezidentinin bu cümlələrini indi kimin ünvanına yozacaqlar

Görək, Zelenskisevərlərimiz Azərbaycan prezidentinin bu cümlələrini indi kimin ünvanına yozacaqlar

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Ciddi hazırlıqları aparılan Tramp-Putin görüşünün uğurlu olduğunu bütün dünyaya göstərmək üçün ilk böyük sövdələşmənin Cənubi Qafqazla bağlı ola biləcəyi haqda gözləntilər özünü doğruldur: artıq həm Azərbaycan, həm də Ermənistan rəsmən təsdiqləyib ki, tərəflər arasında sülh sazişinin mətni tam razılaşdırılıb!

Beləliklə, qalır görüş yeri və bir də Cənubi Qafqaz uğrunda bir-biriylə çarpışan iki nəhəng gücün - ABŞ və Rusiya rəhbərlərinin bu məsələdə razılaşdırılmış ortaq mövqeyi.

Hazırda Azərbaycan və Ermənistan rəhbərliyininin qarşılıqlı şəkildə bir-birinə qarşı irəli sürdüyü "Konstitusiyanı dəyişmək" tələbi isə prosesi məhz ABŞ-la Rusiyanın ortaq nöqtəyə gələ bilmə anınadək uzatmaq mexanizmidir. "Nəhənglər" dil tapan, ortaq nöqtəyə gələn kimi, çox güman ki, həm Ermənistanda, həm də Azərbaycanda yeni Konstitusiya dəyişikliklərinə getmə qərarı veriləcək.

Hadisələrin axarını diqqətlə izləyənlər bilir ki, Əliyevlə Paşinyan 2023-cü ilin 26 dekabrındakı Sankt-Peterburq görüşündən üzü bu yana, diplomatik manevrlərlə bir-birini çox məharətlə qoruyaraq, yeni böyük hərbi toqquşmalara təhriklərdən yayınmağı və prosesi ABŞ-dakı seçkilər başa çatana, Ukraynadakı geopolitik güc nisbəti tam müəyyənləşənədək uzatmağa çalışırdılar və buna da nail oldular.

Ukrayna savaşı getdiyi ərəfədə Paşinyanı sülhdən yayındırmağa və yeni hərbi eskalasiyalarla Cənubi Qafqazdan da Rusiya əleyhinə ikinci bir cəbhənin açılacağına ümidli olan çevrələr artıq ABŞ-da məğlub olublar və Avropada da siyasi səhnəni tərk edirlər, bu isə Paşinyanın önündəki "Qərb səddi"ni götürür...

İndi əsas məsələ ABŞ və Rusiya rəhbərlərinin görüş tarixinin müəyyənləşdirilməsidir.

Əgər prezident Trampın 9 mayda - faşizm üzərində qələbənin 80 illiyində Moskvaya gəlişi real olarsa, çox güman ki, bu qələbənin əldə edilməsində rolu olan keçmiş sovet respublikalarının - Azərbaycanın və Ermənistanın rəhbərlərinin də iştirakıyla "dördlü format" seçilə və sülh müqaviləsinin imzalanması elə Moskvada da həyata keçirilə bilər.

Azərbaycan prezidenti İlham Əliyevin martın 14-də "Euronews" televiziyasına müsahibəsində "Biz növbəti hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmləri yaratmalıyıq və sovet dövründə olduğu kimi qonşuluq şəraitində yaşamağa çalışmalıyıq" cümləsi də, çox güman ki, məhz bu perspektivə işarədir.

Yeri gəlmişkən, prezident İlham Əliyev sözügedən müsahibəsində, dolayısıyla, Ukrayna prezidenti Zelenskinin seçdiyi taktikanın hansı aqibət vəd etdiyinə də eyham vurub. Görək, Zelenskisevərlərimiz Azərbaycan prezidentinin bu cümlələrini indi kimin ünvanına yozacaqlar: "...Əgər siz həmişə kimdənsə asılısınızsa və həmişə kimdənsə yardım istəyirsinizsə, onda bir gün gələcək, həmin şəxs gəlib sizdən hesabat istəyəcək".

Elxan Şükürlü

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 15 Mart 2025 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton görüşü nə vəd edir?

07 Avqust 2025 01:26see235

Okeanın möcüzəsi ilə bağlı PROBLEM: Dünyanın ən böyük mərcan rifinin üçdəbiri yox olub

07 Avqust 2025 05:01see225

Həzm problemlərinin qarşısını necə almaq olar? Ekspert rəyi

07 Avqust 2025 01:02see168

Çempionlar Liqası: Fənərbaxça Feyenoord a məğlub oldu

07 Avqust 2025 01:03see142

Gündə cəmi bir kolbasa 11 xəstəlik riski yaradır Həkimdən ciddi xəbərdarlıq

07 Avqust 2025 04:05see130

Şəmkirdə dəhşətli qəzada ölənlərin kimliyi açıqlandı

07 Avqust 2025 09:21see125

Oskar ödüllü məşhur aktyora ağır itki üz verdi

07 Avqust 2025 01:55see125

Almaniya 100 milyard avroluq fond yaratmağa hazırlaşır

07 Avqust 2025 00:04see120

“The New York Times”: Çin borc içində boğulur...

07 Avqust 2025 00:16see119

Şagirdlər dünyaca məşhur universitetin yay məktəbinə qatılıblar

07 Avqust 2025 00:01see117

Uşaqlara GTA oynamaq qadağan ediləcək

07 Avqust 2025 01:24see117

Netanyahu ilə İsrail təhlükəsizlik rəhbəri arasında SAVAŞ BAŞLADI: Kim qalib gələcək? KONKRET

06 Avqust 2025 15:57see117

“Bolqarıstana sərfəli nəticə qazanmaq üçün gəlmişik” Sekidika

07 Avqust 2025 01:14see117

Messi mükafatını və cəzasını aldı

06 Avqust 2025 18:29see114

Klyuçev sopkası püskürdü

07 Avqust 2025 08:30see112

Onlar da “Kızılcık Şerbeti”nə qatılır

07 Avqust 2025 04:55see112

Əfsanədən onun şıltaqlığına reaksiya

07 Avqust 2025 07:16see112

Rusiya sahillərində nəhəng dəniz yırtıcısı görünüb...

06 Avqust 2025 18:55see111

Hindistandan Trampın qərarına: Ədalətsizdir!

07 Avqust 2025 01:37see111

İnsanlarda kəskin baş ağrılarının artmasının SƏBƏBLƏRİ

07 Avqust 2025 02:02see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri