Xalq artisti Oqtay Ağayevin xatirəsinə həsr edilmiş konsert proqramı təqdim edilib AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 17 dekabr, AZƏRTAC
Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Musiqi sənəti fakültəsinin Estrada sənəti kafedrası tərəfindən unudulmaz müğənni, Xalq artisti Oqtay Ağayevin 90 illiyinə həsr olunmuş “Kimsən sən...” konsert proqramı təqdim olunub.
AZƏRTAC xəbər verir ki, konsertdə ölməz sənətkarın repertuarından mahnılar səsləndirilib. Tədbirdə, həmçinin Oqtay Ağayevin zəngin yaradıcılığını əks etdirən videogörüntülər nümayiş edilib.
Sonda Estrada sənəti kafedrasının müdiri professor Məryəm Babayeva çıxış edərək Xalq artistinin həyat və yaradıcılığından bəhs edib, onun böyük sənətinin bu gün də Azərbaycanın gənc musiqiçilərinə, müğənnilərinə mayak olduğunu deyib.
Konsert proqramını ADMİU-nun rəhbərliyi, professor-müəllim heyəti, ölkəmizin bir sıra ali təhsil ocaqlarının rektorları, tanınmış ictimaiyyət nümayəndələri, musiqisevərlər və Oqtay Ağayev sənətinin pərəstişkarları izləyiblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 17 Dekabr 2024 14:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















