Icma.az
close
up
RU
Görkəmli botanika alimi, pedaqoq

Görkəmli botanika alimi, pedaqoq

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan botanika elminin inkişafında mühüm xidmətləri olan alimlər sırasında professor, biologiya elmləri doktoru Cəlal Əziz oğlu Əliyevin xüsusi yeri vardır. O, ömrünü təhsilə, botanika elminin və xüsusilə Azərbaycanın su və su-bataqlıq bitkilərinin öyrənilməsinə həsr etmiş tanınmış alimlərdən biri olmuşdur. Uzun illər Azərbaycan Dövlət Universitetinin botanika kafedrasına rəhbərlik etmiş, yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasında böyük rol oynamışdır.

Cəlal Əliyev 1926-cı ildə Sabirabad rayonunun Suqovuşan kəndində anadan olmuşdur. İlk təhsilini kənddə almış, sonra Bakı Əczaçılıq Məktəbini bitirmişdir. 1949-1954-cü illərdə Bakı Dövlət Universitetində bioloq-botanik ixtisasına yiyələnmişdir. Tələbə–laborant ikən elmi tədqiqatla məşğul olmuş gənc mütəxəssis botanika kafedrasında saxlanılmışdır.

İstedadlı alim 1961-ci ildə “Talışın şirin sularının florası, bitkiliyi və onların təsərrüfat əhəmiyyəti” mövzusunda namizədlik, 1969-cu ildə “Azərbaycanın sututarlarının flora və bitkiliyi və onların təsərrüfat əhəmiyyəti” mövzusunda doktorluq dissertasiyaları müdafiə etmiş, 1970-ci ildə professor elmi adını almışdır. O, 4 elmlər namizədi hazırlamış, bir doktorluq dissertasiyasının elmi məsləhətçisi olmuşdur. 1966-1992-ci illərdə Azərbaycan Dövlət Universitetində botanika kafedrasının müdiri vəzifəsində çalışmışdır.

Cəlal müəllim 130 elmi əsərin, o cümlədən, “Azərbaycanın su bitkiləri və onların xalq təsərrüfatı əhəmiyyəti”, “Meyvəçilik”, “Abşeron bitkilərini təyin etmək üçün rəhbərlik”, həmmüəlliflərlə birgə “Bitki coğrafiyası”, “Azərbaycanın su hövzələri və onlardan istifadə edilməsi”, “Botanika”, “Mədəni bitkilər və onların əcdadları”, “Bitki morfologiyası”, “Bitki coğrafiyası botanika əsasları ilə” “Abşeron bitkilərini təyin etmək üçün rəhbərlik” adlı dərslik və vəsaitləri ərsəyə gətirmişdir. O, orta məktəblər üçün “Tərəvəzçilik” kitabını rus dilindən tərcümə etmişdir.

Soydaşımız Sankt-Peterburq Gülçülük İnstitutu, Lomonosov adına MDU-nun botanika kafedrası, Rusiya EA Botanika İnstitutu ilə sıx əməkdaşlıq etmişdir.

Professor Cəlal Əliyevin elmi fəaliyyətinin əsas istiqamətlərindən biri Azərbaycanın daxili su hövzələrinin florasının öyrənilməsi olmuşdur. O, Kür və Araz hövzələrinin, Abşeron yarımadası göllərinin, Samur-Dəvəçi ovalığının, Lənkəran bölgəsinin, Mingəçevir və digər su anbarlarının, eləcə də respublikanın çoxsaylı çay, göl və bataqlıq ekosistemlərinin bitki örtüyünü sistemli şəkildə araşdırmışdır.

Bu tədqiqatlar nəticəsində respublikanın ərazisində su bitkilərinin növ tərkibi, yayılma qanunauyğunluqları, ekoloji xüsusiyyətləri və təsnifatı haqqında zəngin elmi material toplanmışdır. Azərbaycanın sututarlarının ilk və hərtərəfli tədqiqatçısı olan professor Cəlal Əliyevin rəhbərliyi ilə kafedra əməkdaşları respublikanın su və bataqlıq bitkilərinin tədqiqinə dair müxtəlif və sanballı işlər görmüş, maraqlı nəticələr əldə edilmişdir.

Alim əsərlərində ali su bitkilərinin morfoloji quruluşu, sistematik mövqeyi, həyati formaları, çoxalma xüsusiyyətləri və ekoloji uyğunlaşmalarını geniş şəkildə şərh etmişdir. O, hidrobotanikanın klassik metodlarından istifadə etməklə müxtəlif su hövzələrində bitki qruplaşmalarını araşdırmış, onların ekoloji şəraitlə qarşılıqlı əlaqəsini müəyyənləşdirmişdir. Xüsusilə göllərin və bataqlıqların bitki örtüyünün formalaşması, suyun dərinliyi, minerallaşması, temperatur rejimi və digər amillərin bitkilərin yayılmasına təsiri onun tədqiqatlarında mühüm yer tutmuşdur.

Cəlal Əliyev Azərbaycanın su florasının inventarlaşdırılması istiqamətində də mühüm işlər görmüşdür. Onun tədqiqatları nəticəsində respublikanın su hövzələrində yayılan çoxsaylı bitki növlərinin coğrafi yayılması dəqiqləşdirilmiş, nadir və relikt növlərin yayılma arealları müəyyən olunmuş, bir sıra növlərin ilk dəfə Azərbaycan florası üçün qeydiyyatı aparılmışdır. Bu tədqiqatlar sonrakı floristik və geobotaniki araşdırmalar üçün etibarlı elmi baza yaratmışdır.

Alimin xüsusi maraq göstərdiyi istiqamətlərdən biri su və bataqlıq bitkilərinin xalq təsərrüfatındakı əhəmiyyəti idi. O, müxtəlif hidrofıt və higrofıt növlərinin yem, dərman, texniki, torpaqqoruyucu və su hövzələrinin bioloji təmizlənməsindəki rolunu araşdırmışdır. Professor göstərirdi ki, su bitkiləri yalnız biomüxtəlifliyin vacib elementi deyil, həm də su ekosistemlərinin sabitliyini təmin edən əsas komponentlərdəndir. Onların suyun oksigen rejiminin tənzimlənməsində, üzvi maddələrin parçalanmasında, çöküntülərin formalaşmasında və balıq ehtiyatlarının qorunmasında mühüm rolu vardır.

Professor Cəlal Əliyevin elmi irsində su bitki örtüyünün mühafizəsi məsələləri də xüsusi yer tutur. O, sənaye və məişət tullantıları, meliorasiya tədbirləri, su anbarlarının tikilməsi və antropogen təsirlər nəticəsində su ekosistemlərində baş verən dəyişiklikləri araşdıraraq elmi əsaslarla onların flora üçün yaratdığı təhlükələri göstərmişdir. Alim təbii su hövzələrinin mühafizəsinin, nadir su bitkilərinin qorunmasının və genofondunun saxlanılmasının vacibliyini daim vurğulamışdır. Professorun Bakı Dövlət Universitetinin botanika kafedrasına rəhbərlik etdiyi illərdə kollektivdə elmi potensial əhəmiyyətli dərəcədə güclənmiş, botanikanın müxtəlif istiqamətləri üzrə yeni tədqiqatlar aparılmışdır. Tələbələrə yalnız nəzəri biliklər deyil, həm də ekspedisiya tədqiqatlarının metodikası öyrədilmiş, Azərbaycanın müxtəlif bölgələrində floristik ekspedisiyalar təşkil edilmişdir. Cəlal Əliyevin elmi əsərləri hidrobotanika, floristika, bitkilərin sistematikası və geobotanika sahələrində uzun illər əsas istinad mənbələrindən olmuşdur. Onun araşdırmaları ölkəmizin florasının hazırlanması, su-bataqlıq bitkilərinin öyrənilməsi, biomüxtəlifliyin qorunması və ekoloji monitorinq işlərində geniş istifadə edilmişdir. Xüsusilə Göygöl və digər dağ göllərinin su-bataqlıq bitkilərinə dair tədqiqatlarda onun 1960-cı illərdə apardığı araşdırmalar mühüm elmi mənbə kimi göstərilmişdir.

Professor Cəlal Əziz oğlu Əliyev Azərbaycan hidrobotanika məktəbinin formalaşmasında mühüm rol oynamış, respublikanın su və su-bataqlıq bitkilərinin sistemli öyrənilməsinin əsasını qoymuş alimlərdən biri kimi botanika elmi tarixində özünəməxsus yer tutmuşdur. Onun elmi irsi bu gün də botanika, ekologiya, biomüxtəlifliyin qorunması və su ekosistemlərinin öyrənilməsi sahəsində çalışan tədqiqatçılar üçün qiymətli mənbə hesab edilir. Cəlal Əliyevin xidmətləri yüksək qiymətləndirilmiş, “Şərəf” ordeni ilə təltif edilmişdir.

Elşad QURBANOV,  

BDU-nun botanika və bitki fiziologiyası kafedrasının müdiri,

AMEA-nın müxbir üzvü,  Əməkdar elm xadimi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 İyul 2026 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see343

Bakı II Beynəlxalq İnvestisiya Forumu astanasında

04 Sentyabr 2026 12:14see250

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

04 Sentyabr 2026 20:01see248

Əməkhaqqı artımı səhiyyə sistemində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm addımdır

04 Sentyabr 2026 11:43see241

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

04 Sentyabr 2026 22:42see241

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

04 Sentyabr 2026 16:50see236

Açıq MRT: Qapalı məkan qorxusu (klaustrofobiya) olan xəstələr üçün rahat və təhlükəsiz müayinə

04 Sentyabr 2026 14:16see232

El Nino çox güclü gəlir iqtisadiyyat daxil dünyanı sarsıdacaq BMT dən XƏBƏRDARLIQ

04 Sentyabr 2026 14:37see230

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

04 Sentyabr 2026 21:06see228

Səhiyyədə insan kapitalının gücləndirilməsi Əməyə verilən dəyər VİDEO

04 Sentyabr 2026 08:47see223

Məşhur aktyora 12 ilədək həbs tələb edildi

04 Sentyabr 2026 16:47see221

Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq?

04 Sentyabr 2026 22:02see214

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

04 Sentyabr 2026 17:31see210

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

05 Sentyabr 2026 00:00see209

Həkim əməyinin qiymətləndirilməsi səhiyyənin gələcəyinə qoyulan sərmayədir Füzuli Əliyev

04 Sentyabr 2026 18:34see208

Vens: Çin ABŞ nin İrana qarşı iqtisadi müharibə tələblərinə cavab verib

04 Sentyabr 2026 04:53see206

Orqanlarını qanunsuz satan şəxsləri 9 min manatadək cərimə gözləyir

04 Sentyabr 2026 16:01see204

Sentyabrın 5 də anomal isti olacaq

04 Sentyabr 2026 18:25see200

Tacikistanda tranzit daşımaları 17 faiz çoxalıb

04 Sentyabr 2026 22:32see191

Benzema “Arsenal”a məsləhət bilinib

04 Sentyabr 2026 04:39see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri