Icma.az
close
up
RU
Görkəmli tarixçi, nüfuzlu pedaqoq, fəal vətəndaş

Görkəmli tarixçi, nüfuzlu pedaqoq, fəal vətəndaş

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

İsmayıl Hacıyev – 75

Bugünlərdə görkəmli tarixçi alim, AMEA Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyevin 75 yaşı tamam olur. Tarix elmləri doktoru, professor, Əməkdar elm xadimi olan bu elm fədaisini yarım əsrə yaxındır ki, dərin zəkalı, yurdsevər alim, məsuliyyətli vətəndaş və sədaqətli dost kimi tanıyıram.

İsmayıl Hacıyev Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Atası Muxtar müəllim keçən əsrin 60–70-ci illərində muxtar respublikada hörmətli ağsaqqal, gözəl pedaqoq, adlı-sanlı maarif xadimi kimi tanınırdı, qapısından qonaq əskik olmazdı. İsmayıl müəllim 1978-ci ildə Naxçıvan Dövlət Universitetində pedaqoji fəaliyyətə başladı. Az müddətdə qabiliyyəti, səmimiyyəti ilə bütün universitet kollektivinin rəğbətini qazandı.

Tezliklə İsmayıl müəllim ümidverici kadr kimi irəli çəkildi, dekan müavini, dekan, tədris işləri üzrə prorektor işlədi. Tədris prosesində onunla mehriban iş yoldaşı kimi ünsiyyətimiz yarandı, səmimi münasibətlərimiz də elə o illərdə başladı. Həmin dövrdə o, namizədlik və doktorluq dissertasiyaları müdafiə etdi. Azərbaycan Prezidenti yanında AAK-ın səyyar müdafiə şurasının ilk dəfə Naxçıvan Dövlət Universitetində keçirilmiş iclasında İsmayıl Hacıyev yüksək səviyyədə dissertasiya müdafiə edib tarix elmləri doktoru elmi dərəcəsini aldı. AAK-ın sədri dünya şöhrətli akademik, mərhum Azad Mirzəcanzadə onu bağrına basaraq uğurlu müdafiə münasibətilə təbrik etdi.

İsmayıl müəllim işgüzar və çalışqan pedaqoq-alimdir. Prorektor işlədiyi müddətdə tədrisin səviyyəsi xeyli yüksəldi, idarəçilik işi yaxşılaşdırıldı. Universitetdə tədrisə rəhbərliklə yanaşı, elmi yaradıcılığı da uğurla davam etdirirdi. Sonrakı illərdə isə NDU-da pedaqoji fəaliyyətini davam etdirdi.

1995-ci ildə İsmayıl Hacıyevlə Ankaraya, oradan da Şimali Kipr Türk Cümhuriyyətinə elmi konfransa getmişdik. Qayıdanda o, Ankara Universitetinin rektorunun qəbulunda oldu, iki universitet arasında əməkdaşlıq haqqında protokol imzalanması qərara alındı. Naxçıvan Dövlət Universiteti Ankara Universiteti ilə qardaş universitet oldu. Filologiya və tarix əlaqəli elm sahələri olduğuna görə İsmayıl müəllimlə birlikdə ikimiz bir kitab yazıb hazırlamışdıq. Elmi-kütləvi səciyyə daşıyan “Tarixdə və günümüzdə Naxçıvan” adlı həmin kitabı da Ankara Universitetinin nəşriyyatında türk dilində çap etdirdik. Bu, Naxçıvan diyarı haqqında Türkiyədə nəşr olunan ilk kitab idi.

2002-ci ilin avqust ayında Ulu öndər Naxçıvana səfərə gələndə ziyalılarla, elm adamları ilə də görüş keçirdi. Ümummilli lider bu diyarda elmi müəssisənin yaranma zərurətini əsaslandırdı və az sonra AMEA-nın Naxçıvan Bölməsinin yaradılması haqqında sərəncam imzaladı. Bu bölmənin sədri vəzifəsinə də ən layiqli namizəd kimi o zaman tarix elmləri doktoru olan İsmayıl Hacıyev təsdiq edildi. O, 2003-cü ildə AMEA-nın akademiki də seçildi.

Bölmənin uğurla fəaliyyətə başlamasında, institutların binalarının yüksək səviyyədə təmir edillib istifadəyə verilməsində bölmə sədrinin böyük təşəbbüskarlığı, quruculuq bacarığı mühüm rol oynayıb. Maddi-texniki bazasının genişləndirilməsi də nəzərdən qaçmayıb, qısa müddətdə elmi işçilərin hər biri kompüter, printer, internetə çıxışla təmin olunub. Nəşriyyyat, mətbəə, elektron kitabxana təşkil olunub, “Elmi əsərlər” və “Axtarışlar” adlı elmi jurnallar nəşrə başlayıb. Elmin istehsalata tətbiqi istiqamətində də xeyli iş görülüb.

Bölmədə rəqəmsal texnologiya və süni intellektlə əlaqədar işlərə start verilib. Elmi qurumlar tam komplektləşib. Dissertasiya şuraları yaradılıb. İsmayıl Hacıyevin tələbkarlığı nəticəsində bölmənin elmi əməkdaşlarının böyük bir hissəsi vaxtında müdafiə edib. Gənc kadrlar yetişdirilib. İsmayıl müəllimin özünün rəhbərliyi altında 30 fəlsəfə və elmlər doktoru dissertasiya müdafiə edib. Məhz bu təşkilatçılığın nəticəsində elə 2025-ci ildə bölmədə adambaşına düşən əsər sayı 10-a çatıb. Bölmə rəhbəri beynəlxalq əməkdaşlığa da ciddi önəm verir, səmərəli əməkdaşlıq əlaqələri qurur.

Akademik İsmayıl Hacıyev elmi müəssisə rəhbəri olmaqla yanaşı, həm də tanınmış elm xadimidir. Onun tarixşünaslığa və naxçıvanşünaslığa böyük töhfələri elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib. Tarixçi alimin 50-dən çox monoqrafiya və kitabı, 450-dən artıq elmi məqaləsi nəşr olunub. İsmayıl müəllimin erməni millətçilərinin Naxçıvan iddialarının yalan və uydurma olduğunu sübut edən, onlara tutarlı elmi sübutlarla, faktlarla cavab verən elmi araşdırmaları Azərbaycan tarixşünaslığına önəmli töhfədir.

Alimin yaradıcılığında ulu öndər Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti, Azərbaycan milli dövlətçiliyi tarixində Naxçıvanın yeri və rolu, Azərbaycan Xalq Cümhuriyyətinin Naxçıvanla əlaqəsi, Araz-Türk Respublikasının tarixi, Azərbaycanın itirilmiş tarixi torpaqları, ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və qanlı cinayətləri, törətdikləri soyqırımlar, Moskva və Qars müqavilələrinin imzalanması və bu prosesdə o dövrün tanınmış dövlət xadimi Behbud ağa Şahtaxtinskinin rolu və iştirakı, Naxçıvan bölgəsinin ərazi taleyi, sosial-iqtisadi tarixi, mədəni inkişafı, görkəmli yetirmələri kimi məsələlərin tədqiqi əhatəli yer tutur.

Akademik İsmayıl Hacıyevin elmi irsində “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi və mədəni inkişafı” (1995-2019) və “Naxçıvan Azərbaycanın milli dövlətçilik tarixində” monoqrafiyaları da xüsusi yer tutur. Birinci əsər 1995–2019-cu illərdə muxtar respublikanın sosial-iqtisadi və mədəni inkişafının ilk hərtərəfli elmi tədqiqinə həsr edilib.

2018-ci ildə Azərbaycanda, 2020-ci ildə Sankt-Peterburq şəhərində rusca nəşr olunan “Naxçıvan Azərbaycanın dövlətçiliyi tarixində” monoqrafiyası isə ermənilərin saxta Naxçıvan iddiallarına ən tutarlı cavab verən fundamental əsər kimi böyük elmi və siyasi əhəmiyyət kəsb edir. Bu monoqrafiya 2019-cu ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mükafatına layiq görülüb. 2024-cü ildə isə alimin daha bir fundamental tədqiqatı – “Naxçıvan MR-in yaranması və inkişaf tarixi” monoqrafiyası işıq üzü görüb.

Bölmə kollektivi arasında böyük nüfuzu olan İsmayıl müəllim inzibatçı deyil, hər bir elmi işçiyə qayğı və diqqət göstərir, elmi fəaliyyəti ilə fərqlənən gənc kadrları yüksək qiymətləndirir. Ən əsası, o, nəcib, sadə və səmimi insandır.

İsmayıl Hacıyev 2000-ci ildə Naxçıvan Ali Məclisinin, 2005, 2010-cu illərdə Azərbaycan Milli Məclisinin deputatı seçilib, bir sıra qanun və qərarların hazırlanmasında fəal iştirak edib. O, Azərbaycan Milli Ensiklopediyasının və Dövlət Mükafatı Komissiyasının üzvüdür. Görkəmli elm xadimi elmi-pedaqoji sahədə xidmətlərinə görə bir sıra dövlət mükafatlarına, “Şöhrət” ordeninə, Naxçıvan Ali Məclisinin Xatirə medalına, Fəxri fərmanına, AMEA-nın və Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəxri fərmanlarına layiq görülüb.

AMEA Naxçıvan bölməsinin kolektivi anadan olmasının 75 illiyi münasibətilə öz rəhbərini səmimi təbrik edir, ona cansağlığı, milli tarix elminin inkişafı, Naxçıvanda elmi fəaliyyətin tərəqqisi yolunda yeni uğurlar arzulayır.

Əbülfəz QULİYEV,
AMEA-nın müxbir üzvü
Naxçıvan

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Yanvar 2026 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri