Icma.az
close
up
RU
Görmə qabiliyyətinin zəifləməsinin ilkin simptomları

Görmə qabiliyyətinin zəifləməsinin ilkin simptomları

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Görmənin zəifləməsi ilə bağlı erkən əlamətlər olur və bir çox insan bunları sadəcə göz yorğunluğu hesab edir".

Oxu.Az xəbər verir ki, bu əlamətlərin hansılar olduğu və nə vaxt həkimə müraciət etməyin vacib olduğu barədə rusiyalı oftalmoloq Olesya Pşeniçkina "İzvestiya" qəzetinə danışıb.

Həkimin sözlərinə görə, əvvəlcə adətən görmə kəskinliyi yox, gözlərin "dözümlülüyü" dəyişir. Gözlər daha tez yorulur, axşama doğru gərginlik yaranır və mətni fokusda saxlamaq çətinləşir. Ekrana baxdıqdan sonra görüntü bir qədər bulanıq görünə bilər. Tez-tez göz quruluğu və gözə "qum düşmüş" kimi hiss yaranır və buna görə insan göz qapaqlarını ovuşdurmaq istəyir.

"Bununla yanaşı, gündəlik həyatda kompensasiya davranışları yaranır. İnsan telefonun ekranını daha parlaq edir, daha iri şrift seçir, mətni gözündən uzaqlaşdırır, monitora daha yaxın oturur və ya kinoteatrda ön sıraya keçməyə çalışır. Bu xırda dəyişikliklər sadəcə vərdiş deyil, əvvəlki aydınlığı yeni korreksiya olmadan əldə etmək cəhdidir", - deyə Pşeniçkina bildirib.

O, həmçinin qeyd edib ki, tez-tez göz qıymaq görmənin kifayət qədər korreksiya olunmamasına, astiqmatizmə və ya quru göz sindromuna işarə edə bilər.

Pşeniçkinanın sözlərinə görə, gözlərin tez yorulması çox vaxt bir neçə səbəbin nəticəsi olur. Xüsusilə ekrana baxaraq uzun müddət yaxın məsafədə işləmək insanın daha az göz qırpmasına səbəb olur, nəticədə gözün qoruyucu göz yaşı qatı daha tez quruyur. Bu da yanma hissi, yaşarma və qızartı yaradır. Bundan başqa, eynək və ya linzalar düzgün seçilməyibsə, uzun müddət yenilənməyibsə və ya şüşələri cızılıbsa, fokuslama üçün göz daha çox işləməli olur və gərginlik artır.

"Ən riskli səhv isə qəfil yaranan işıq parıltılarını və görmə sahəsində pərdə və ya kölgə hissini görməzdən gəlməkdir. Bu, torlu qişa ilə bağlı problem əlaməti ola bilər və belə hallarda vaxt çox vacibdir", - deyə Pşeniçkina vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:192
embedMənbə:https://oxu.az
archiveBu xəbər 09 Mart 2026 08:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see811

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see560

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see401

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see286

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see284

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see279

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see267

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see258

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see251

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see228

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see221

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see210

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see208

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see205

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see204

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see199

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see196

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see193

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see191

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri