Icma.az
close
up
RU
“Sülh planı kağız üzərində yaxşı görünür, amma...” Ekspertlərin ŞƏRHİ

“Sülh planı kağız üzərində yaxşı görünür, amma...” Ekspertlərin ŞƏRHİ

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Cenevrədə keçirilən danışıqlardan sonra Ukrayna və ABŞ Rusiya–Ukrayna müharibəsinin dayandırılması ilə bağlı yenilənmiş sülh sənədi hazırlayıblar. Hər iki tərəf müzakirələri məhsuldar qiymətləndirib və vurğulayıb ki, gələcəkdə mümkün olan istənilən saziş Ukraynanın suverenliyini tam təmin etməli və davamlı, ədalətli sülh yaratmalıdır. Sənədin tam məzmunu hələ açıqlanmayıb.

ABŞ tərəfindən hazırlanan ilkin planın əsas müddəaları arasında Ukrayna ordusunun Donetsk vilayətində nəzarətdə saxladığı ərazilərdən geri çəkilməsi, ordunun sayının 600 minə endirilməsi, Rusiyanın qonşu ölkələrə hücumlardan imtina etməsi, NATO-nun genişlənməməsi və Ukraynanın alyansa daxil olmaq niyyətindən vaz keçməsi kimi bəndlər yer alırdı. Ukraynanın əsas tələb etdiyi təhlükəsizlik zəmanətləri isə sənəddə yalnız ümumi şəkildə qeyd olunub.

ABŞ planı çərçivə sənədi kimi təqdim edir və əlavə müzakirələr tələb olunduğunu bildirir. Trampın Ukrayna üzrə xüsusi elçisi Kit Kellog qeyd edib: “Son 10 metr hədəfə çatmaq üçün ən çətin mərhələdir. Biz artıq son iki metrliyindəyik”.

Avropa tərəfindən təqdim olunan alternativ plan isə Ukrayna ordusunun sayının azaldılmasını tələb etmir və NATO-ya üzvlüyə məhdudiyyət qoymur.

“Bloomberg” yazır ki, ABŞ-nin ilkin 28 maddəlik planından çıxarılan bəzi müddəalar ayrıca sənədlərdə müzakirə olunacaq. Hazırda Cenevrədə 19 maddəlik versiya dəyərləndirilir. Moskva sənədin bir variantı ilə tanış olduğunu təsdiqləsə də, detallı danışıqlar aparılmayıb.

Amerikalı politoloq, George Mason Universitetinin tədqiqatçısı Erik Şiryaev bildirir ki, Trampın əsas prioriteti müharibəni mümkün qədər tez bitirməkdir: “Şükran günü ərəfəsində sülh əldə etmək Tramp üçün siyasi uğurdur. Lakin planın detalları digər tərəflər üçün daha əhəmiyyətlidir. Sənəd kağız üzərində yaxşı görünür, amma real danışıqlarda vəziyyət fərqli ola bilər. Vaşinqtondakı reaksiyalar göstərir ki, plan böyük həvəslə qarşılanmayıb”.

Şiryaev əlavə edib ki, əvvəlki versiyada Rusiyanın dünya ticarətinə dərhal qayıtması təklif edilsə də, Avropa ölkələri bunun mərhələli şəkildə həyata keçirilməsini istəyir və Rusiyanın G8-ə qayıtmasına da qarşı çıxırlar. Onun sözlərinə görə, Tramp müharibəni sona çatdırmaqla siyasi mirasını gücləndirmək istəyir, lakin “Sülh Şurası” kimi təkliflərin real təsir gücü şübhəlidir.

Ukraynalı politoloq Aleksey Poleqki Avropa planının əsas məqamlarını belə şərh edib: “Plan torpaq məsələlərinin hazırkı təmas xətti əsasında müzakirəsini nəzərdə tutur. Sülh dövründə ordunun 800 min nəfərlə məhdudlaşdırılması isə Ukraynanın hərbi imkanlarını zəiflədə bilər. Bu, suveren qərarlara müdaxilə kimi dəyərləndirilir”.

Poleqki həmçinin Avropa planında Ukraynanın Avropa standartlarına uyğun dil və dini azadlıqları təsbit etməsi ilə bağlı bəndlərin olduğunu deyib: “Bu, Rusiyaya simvolik güzəşt kimi təqdim edilə bilər, amma Ukrayna üçün əsas məsələ öz inkişaf yolunu, identitetini və milli seçimini qorumaqdır. Hazırkı layihə Trampın mövqeyini gücləndirməyə yönəlib, Putinin bunu qəbul etməsi isə çətin görünür”.

Ekspertlər hesab edirlər ki, ABŞ və Avropa planları hələ yekunlaşmayıb və onların Ukrayna tərəfindən qəbul olunması, eləcə də Rusiyanın reaksiyası açıq qalır. Analitiklər vurğulayırlar ki, sənədlər kağız üzərində səliqəli təsir bağışlasa da, real danışıqlarda ciddi maneələr mövcuddur.

Rasim

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:179
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 25 Noyabr 2025 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri