Icma.az
close
up
RU
Görüşün Fransanın iştirakı olmadan keçirilməsi Makronu qıcıqlandırır

Görüşün Fransanın iştirakı olmadan keçirilməsi Makronu qıcıqlandırır

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

Fransanın müstəmləkə altında saxladığı ölkələrin insanları Azərbaycanı dekolonizasiya prosesinin mərkəzi kimi qəbul edirlər. Azərbaycan işğal altında olan dənizaşırı ərazilərin müstəqillik uğrunda mübarizəsini dəstəkləməyə davam edəcək. İyulun 19-da Prezident İlham Əliyev Xankəndidə dünyaya səs salan, Vaşinqton administrasiyasından belə təqdir toplayan, III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü zamanı Yeni Kaledoniya Dövlətinin yaradılmasını bir başlanğıc olaraq qiymətləndirmişdir.

Bunlardan qıcıqlanan E.Makron Azərbaycana qarşı “qətnamə oyununa” start vermək qərarına gəlib.

İyulun 22-də Fransa Milli Assambleyasındakı “Sağ Respublikaçılar” qrupunun rəhbəri və Fransa-Ermənistan dostluq qrupunun sədri Loran Vokye, habelə həmin dostluq qrupunun sədr müavini Aleksandr Marten tərəfindən Azərbaycan əleyhinə qətnamə layihəsinə təşəbbüs edilib. Qətnamədə Fransanın Ermənistanın dostu, BMT Təhlükəsizlik Şurasının daimi üzvü və Avropa Qonşuluq Siyasətinin həyata keçirilməsində əsas oyunçu kimi tarixi və siyasi rola malik olduğu vurğulanır. Qətnamə, sülhün təmin olunmasına yönəlmiş Ermənistanın səylərinə dəstək verilməli olduğunu qeyd edir və Fransa ilə Ermənistan arasında insan hüquqları, təhlükəsizlik, inkişaf və demokratiyaya əsaslanan strateji tərəfdaşlığı haqqında anlaşmanın imzalanmasına çağırış edir.

Son illər Fransanın siyasi dairələrinin, o cümlədən Parlamentinin birbaşa Yelisey Sarayından alınmış təlimatlar əsasında Azərbaycan əleyhinə fəaliyyəti səngimək bilmir. Loran Vokyenin simasında Fransa iqtidar koalisiyasının üzvü - “Respublikaçılar” Partiyası “ali təlimatın” icraçısıdır. Fransa mətbuatında ölkəmizə qarşı aparılan qarayaxma kampaniyası çərçivəsində istifadə edilən tezislərin Milli Assambleyada irəli sürülmüş qətnamədə öz əksini tapması bu “orkestrin” dirijorluğunu Emmanuel Makron Administrasiyasının etdiyini açıq şəkildə göstərir.

Fransa Minsk qrupunun “ölü” həmsədrlərindən biri kimi, Cənubi Qafqaz regionuna qayıtmaq, Azərbaycan və Ermənistan arasında gedən danışıqlar prosesində iştirak etmək üçün cəhdlər göstərir. Fransa hesab edir ki, regionda qalmasının tək yolu Ermənistanın daxilinə daha dərindən inteqrasiya etməsidir.

Azərbaycan və Ermənistan arasında danışıqlar davam edir və Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabidəki görüşünün Fransanın iştirakı olmadan keçirilməsi E. Makronu qıcıqlandırır.

Fransa Milli Assambleyasının növbəti qətnamə layihəsi beynəlxalq hüquqa, ədalətə və regional sabitliyə hörmətsizliyin bariz nümunəsidir. Bu, Fransanın öz geosiyasi maraqlarını Ermənistan üzərindən həyata keçirmək cəhdidir. Azərbaycan isə öz müstəqil siyasətini davam etdirəcək, ölkənin milli təhlükəsizliyinin qarantiyası kimi yalnız Azərbaycan dövlətini görəcək və heç bir xarici təzyiqə boyun əyməyəcək. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Cənubi Qafqaz regionunun lider dövləti kimi, yeni dünya nizamında daha da güclənəcəkdir.

Pərvanə Vəliyeva

Milli Məclisin deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://sia.az
archiveBu xəbər 26 İyul 2025 18:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see281

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see176

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see176

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see163

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri