Icma.az
close
up
RU
Makronu qəbir düzəldər Fransanın daha bir ikiüzlülüyü

Makronu qəbir düzəldər Fransanın daha bir ikiüzlülüyü

Icma.az, Xalqcebhesi saytına istinadən bildirir.

Ekspert: “İndi Amerika Ukraynanı məcbur edəcək ki, müəyyən güzəştlərə getsin”

Fransa prezidenti Emmanuel Makron Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparmaq istəyir. Bunu politoloq Elxan Şahinoğlu diqqətə çatdırıb. Sitat: “Makron "Böyük İyirmilər"in Braziliya toplantısında Rusiya xarici işlər naziri Sergey Lavrovun əlini sıxarkən, o biri yandan da ABŞ Prezidenti Co Baydenin Ukraynaya Rusiyanın dərinliyinə zərbələr endirməsinə icazə verməsini dəstəklədiyini bildirib.

Bəlkə də Lavrovun əlini sıxan Makron Almaniya kansleri Olaf Şoltsdan sonra rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışmaq planı qurub. Makron Şoltsla yanaşı, ABŞ-ın yeni prezidenti Donald Trampın da Kreml sahibi ilə dil tapacağından və bununla hər ikisindən geri qalacağından narahatdır".

Makronun bu ikiüzlü siyasətinin arxasında nələr dayanır? Vəd verdikləri Ukraynanı indi satmaq planı qurub? Yoxsa başqa oyunlar da var?

Aydın Mirzəzadə

YAP-çı deputat Aydın Mirzəzadə Fransa kimi bir dövlətə Makronun rəhbərlik etməsinin təəccüb doğurduğunu qeyd etdi: “Emmanuel Makron Fransa dövlətinin ən uğursuz dövlət başçısıdır. Heç bir hazırlığı olmadan, amma bununla belə, ambisiya həvəsi onu müəyyən bir dövrdə Fransa rəhbərliyinə gətirdi. Amma apardığı həm daxili, həm də xarici siyasəti böyük uğursuzluqlara səbəb oldu. O, çox çətinliklə ikinci turda prezident seçildi. Ölkə daxilində vaxtaşırı yüz minlərlə etirazçının küçələrə çıxması halları artıq adi bir hala çevrilib. Xarici siyasətində Makron Afrika ölkələrindən də qovulub. Azərbaycan kimi bir ölkə ilə münasibətlərini soyuq vəziyyətə çatdırdı. Vaxtaşırı atdığı addımlar Fransaya qeyri-ciddi bir dövlət imici qazandırdı. Rusiya-Ukrayna müharibəsi başlayanda Makron vaxtaşırı Rusiya rəhbəri ilə zəngləşirdi. Bir sözlə Kremlin qələbə qazanacağı təqdirdə onun şöhrətinə şəriklənmə fikrinə düşmüşdü. Sonradan Qərbin kollektiv etirazını görərək, fikrini yüz səksən dərəcə dəyişdi. İndi isə Amerikada Donald Trampın yenidən prezident seçilməsindən sonra o vəziyyətin nə cür olacağı barədə indidən proqnoz verməyə və Amerikanın yanında özünə yer tutmağa çalışır. Onun bir tərəfdən Ukraynanı dəstəkləməsi, digər tərəfdən, Rusiya rəsmisi ilə səmimi görüşləri qeyri-sabit bir siyasət yürütdüyünü göstərir. Bu siyasət o cümlədən Azərbaycanın daxil olduğu Cənubi Qafqaz üçün də özünü göstərir. Onun Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alması, Ermənistanın işğalçılıq siyasətini dəstəkləməsi Fransa şirkətlərinin Azərbaycanın işğaldan azad olunan ərazilərində iştirakına mane oldu. Digər tərəfdən, onun Türkiyə və digər türkdilli dövlətləri ilə çox ciddi problemləri var. Hesab edirəm ki, Makronun bu ziqzaq sayağı siyasi gedişləri elə beynəlxalq birlikdə də çox aydın görünür. Fransanın niyə belə bir qeyri-ciddi rəhbərə sahib olması əlbəttə ki, təəccüb doğurur”.

Niyaməddin Orduxanlı

Ədalət, Hüquq və Demokratiya Partiyası sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı Makronun Putinlə əlaqələr qurmağa cəhd etməsini təsadüfi saymır: “Yadınıza düşürsə, Rusiya prezidenti Vladimir Putin Fransa prezidenti Makrona qarşı açıq şəkildə hörmətsizlik etdi. Onu Kremli sarayında hansı formada qəbul edib, yola saldı, hər kəsə bəllidir. Vladimir Putin çox yaxşı bilir ki, Makron riyakar və ikiüzlü bir siyasətçidir. Bayden hakimiyyətinin əlində bir oyuncaq idi. Ondan Qərb ölkələrinə qarşı istifadə edirdilər. Makron bütün gücü ilə çalışır ki, Amerikanın yeni seçilmiş prezidenti Donald Trampla əlaqələr qursun. Makronun Putinlə əlaqə yaratması təsadüfi deyil. O, çox yaxşı bilir ki, Trampın Putinə gizli əlaqələri var. Və Rusiya-Ukrayna müharibəsi bundan sonra başqa istiqamət götürəcək və Amerikanın siyasəti dəyişəcək. Üç gün bundan qabaq Trampın kürəkəninin mətbuata açıqlaması oldu. O, açıq şəkildə Bayden hakimiyyətini və Qərbi qınadı ki, Ukraynaya imkan vermək lazım deyildi ki, Rusiyanın dərinliyinə raket hücumlarını həyata keçirsin və bu, 3-cü dünya müharibəsinin başlamasına səbəb bilər. Hamı da bilir ki, Rusiyaya qarşı istifadə olunan raket və dronları Amerika və Qərb verib. Trampın özü də prezident seçkisində bəyan etmişdi ki, prezident seçiləcəyi təqdirdə, Rusiya-Ukrayna müharibəsi dayana bilər. Makron Tramp və Putinlə əlaqələri yaxşılaşdırmaq üçün nəinki Ukraynanı, bütövlükdə Fransanı satmağa hazırdır. Zaman-zaman mətbuata demişdim ki, zaman gələcək Amerika və Avropa Ukraynanı qurban verəcək. İndi Amerika Ukraynanı məcbur edəcək ki, müəyyən güzəştlərə getsin. Başqa yolları yoxdur. Necə deyərlər, Amerika ilə dost olmaq qorxulu, düşmən olmaq isə təhlükəlidir”.

Kənan Novruzov

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov Makronu qətiyyətsiz siyasətçi adlandırdı: “Bu, hər şeydən əvvəl onu göstərir ki, Makron qətiyyətli siyasətçi deyil. Fransa isə bu gün dünyada sözü eşidilməyən ölkə kimi tanınır. Ona görə də rəsmi Paris hər iki tərəfi qane etməyə çalışır. ABŞ-da Donald Trampın timsalında respublikaçıların hakimiyyətə gəlməsi bir çox Avropa ölkəsi kimi Fransanı da qorxuya salıb. Çünki Tramp andiçməsindən sonra böyük ehtimalla Rusiya ilə gərginliyi qismən azaltmağa çalışacaq və bunun fonunda Ukraynaya dəstək məsələsində "xəsislik edəcək". Yəni Tramp ABŞ-ı “oyundan çıxara”, Avropa ilə Rusiyanı “meydanda tək qoya bilər”. Fransa bu ssenaridən narahatdır. Ona görə də Rusiya ilə münasibətlərin ifrat səviyyəyə qədər kəskinləşməsini istəmir. İndi isə rəsmi Paris Ağ Evin qərarını dəstəkləməyə bilməz. Fransa Demokratların qərarına qarşı çıxsa, bu, adıçəkilən dövlət üçün yaxşı nəticələnməz. Beləliklə, Yelisey Sarayı indi faktiki olaraq "iki od arasında qalıb"".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:231
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 21 Noyabr 2024 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri