Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Samiq Sadıxov vəzifəsindən azad edildi

Göyçaylı qazi Asif Məmmədov: Mənim əsl doğum günüm 25 oktyabrdır

Göyçaylı qazi Asif Məmmədov: Mənim əsl doğum günüm 25 oktyabrdır

Icma.az, Azertag saytına istinadən bildirir.

Göyçay, 16 oktyabr, Rəşad Türkoğlu, AZƏRTAC

44 günlük Vətən müharibəsi başlayanda Azərbaycanın hər guşəsində bir ruh yüksəlişi yaşanırdı. Peşəsindən, yaşından, sosial vəziyyətindən asılı olmayaraq hər kəsin qəlbində eyni duyğu - Vətənə xidmət arzusu alovlanmışdı. Hər kəsin ürəyində tək bir məqsəd vardı: torpaqları azad etmək. Silaha sarılan minlərlə igid oğullardan biri də Göyçay rayonunun Şahsoltanı kənd sakini, müharibə iştirakçısı Asif Məmmədov idi.

1995-ci ildə sadə kəndli ailəsində dünyaya gələn Asif uşaqlıqdan Vətən sevgisini anasının dilindən eşidib. “Torpaq müqəddəsdir, oğul,”- deyən anasının sözləri onun yaddaşına həkk olunub. 2013-cü ildə hərbi xidmətə yollanan gənc Asif Vətənə xidmətin nə qədər böyük məsuliyyət olduğunu orada daha dərindən anlayır. Xidmətdən qayıdanda isə içində qəribə bir hiss yaranır, sanki hansısa borcunu ödəməyibmiş kimi. 2020-ci ilin iyul döyüşləri, general Polad Həşimovun şəhid xəbəri... O gün Asifin içindəki boşluq qəti bir qərara çevrilir: könüllü şəkildə orduya yazılır. “Bilirdim ki, bu, sadəcə bir müharibə deyil, haqq davasıdır”, - o deyir.

29 sentyabr səhəri – yaddaşına əbədi həkk olunan gün. Füzulinin Yuxarı Əbdürrəhmanlı kəndində ilk atəş səsi və o an irəliləmə əmri gəlir. Tank taboru düşmənin illərlə qurduğu Ohanyan səddini yarır.

“Əsgərlər ölümün üzərinə gülə-gülə gedirdi. Heç kim bir addım da geri çəkilmirdi”, - Asif o anları danışarkən baxışları uzaqlara dikilir. Gözlərində həm o günlərin barıt qoxusu, həm də qüruru görünür.

“Səngərdə əsgərlər bir ailə kimi idi: biri yaralananda digəri onu daşıyır, şəhid olanın silahını başqası götürüb döyüşə davam edirdi. “Orada çörəyini bölüşdüyün hər kəs sənin doğma qardaşına çevrilirdi”, - deyə Asif xatırlayır.

Səhərə yaxın düşmən böyük qüvvə ilə hücuma keçməyə cəhd edir. Qanlı döyüşdə Asif yaralanır. Hərəkətsiz vəziyyətdə səngərdə qalan gənc əsgəri iki döyüş yoldaşı - Vaqif Hüseynov və Toğrul Hacıyev xilas edir. Onlar sonradan şəhid olurlar.

“Anam məni bir dəfə dünyaya gətirib, Vaqiflə Toğrul isə ikinci dəfə”, - deyir Asif. Bu səbəbdən 25 oktyabrı özünün ikinci doğum günü hesab edir.

Müharibədən sonra Asif aldığı yara səbəbi ilə əlillik dərəcəsi alıb, mənzillə və sosial dəstək proqramları ilə təmin olunub. Bu gün o, üçotaqlı evində həyat yoldaşı, iki qızı və bir oğlu ilə yaşayır.

Sinəsində daşıdığı medallar - “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” onun üçün sadəcə təltif deyil: “Bu medallar mənim üçün Vətən qarşısında borcumu yerinə yetirməyimin rəmzidir”, - deyir qazi.

Həyat onu bir daha sınağa çəkib. Amma o, bu ağrılardan güc alıb: “Mənim qismətim yaşamaq və şəhidlərimizin adını yaşatmaqdır. Ən böyük arzum odur ki, övladlarımız bir daha müharibə görməsin”.

Evindən ayrılarkən onun son sözləri uzun müddət yadda qalır: “Mənim əsl doğum günüm o gündür ki, Vaqiflə Toğrul məni səngərdən çıxardılar. O gündən sonra həyatın hər nəfəsini daha çox qiymətləndirirəm”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Oktyabr 2025 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see292

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see251

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see240

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see229

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see226

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see199

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see196

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see178

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see169

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see159

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see148

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see146

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see146

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see144

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see124

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see124

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see124

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see123

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see123

Samiq Sadıxov vəzifəsindən azad edildi

01 Dekabr 2025 14:54see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri