Icma.az
close
up
RU
Göydən artıq turşu yağışı deyil, daha təhlükəlisi yağır

Göydən artıq turşu yağışı deyil, daha təhlükəlisi yağır

Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bir zamanlar turşu yağışları ətraf mühitin məhvi ilə bağlı ən ciddi problemlərdən biri idi. Ancaq indi daha qorxulu və zərərli bir təhlükə ilə üz-üzəyik: mikroplastik yağışları.


Turşu yağışlarından mikroplastik yağışlarına

Qaynarinfo xəbər  verir ki, keçmişdə kömür elektrik stansiyaları və avtomobillərdən havaya yayılan kükürd dioksid və azot oksid qazları atmosferdə həll olunaraq asid yağışlarına səbəb olurdu. Bu yağışlar göllərdəki balıq populyasiyalarını məhv etdi, meşələri quruddu və tarixi abidələri aşındırdı.

Hökumətlər bu problemi həll etmək üçün qaz emissiyalarını məhdudlaşdıran qanunlar qəbul etdilər. Bir çox ölkə kömür stansiyalarını bağladı və ya sərt ekoloji standartlara uyğunlaşmağa məcbur etdi. Lakin Ukrayna müharibəsi səbəbindən yaranan enerji böhranı Avropada kömürdən istifadənin yenidən artmasına gətirib çıxardı. Bununla belə, müasir kömür elektrik stansiyalarında quraşdırılan filtr sistemləri sayəsində asid yağışı problemi böyük ölçüdə nəzarət altına alınıb. Amma indi plastik tullantılar səbəbindən daha təhlükəli bir yağış növü - mikroplastik yağışları - meydana çıxıb.

Mikroplastik yağışlar nədir?

Mikroplastiklər 2,5 mikrometrdən kiçik plastik hissəciklərdir və təbii dövriyyəyə qarışaraq su, hava və torpaq vasitəsilə insan orqanizminə daxil ola bilir. 2020-ci ildə ABŞ-da aparılan bir araşdırmaya görə, hər il Qərbi ABŞ-da yerləşən milli parklara və təbiət qoruqlarına 1 000 ton plastik parçacıqları düşür. Bu, hər il səmadan 300 milyon plastik şüşənin yerə yağmasına bərabərdir.

2023-cü ildə yayımlanan yeni tədqiqatlar göstərir ki, bu problem daha da dərinləşib. Yağış suyunda aşkar edilən mikroplastik miqdarı hətta Antarktikada da müşahidə edilib.

Plastik yağışın mənbələri haradandır?

Elm adamlarının fikrincə, mikroplastik yağışların əsas mənbələri bunlardır:

Avtomobil yolları - Hərəkət edən avtomobillərin təkərləri, əyləc sistemləri və digər sintetik materialları aşındıqca mikroskopik plastik hissəciklər meydana gəlir və atmosferə qarışır.

Okean dalğaları - Dənizdəki plastik çirklənmə dalğaların çırpılması ilə havaya qarışır və atmosferə yayılır.

Sənaye tullantıları - Plastik istehsal və emal zavodlarından havaya buraxılan mikro hissəciklər küləklə birlikdə uzaq məsafələrə yayılır.

Bu hissəciklər yağış damlaları ilə birləşərək yerə düşür və su ehtiyatlarını çirkləndirir.

Mikroplastiklər insan sağlamlığına necə təsir edir?

Mikroplastiklər insan orqanizminə hava, su və qida vasitəsilə daxil ola bilər. Araşdırmalar göstərir ki, bu hissəciklər xüsusilə endokrin (hormon) sisteminə zərər verərək, sağlamlıq problemlərinə səbəb ola bilər.

Mikroplastiklərin insan orqanizmində yarada biləcəyi təhlükələr:


Nəsil artırma problemləri - Hormonal balansı pozaraq sonsuzluq riskini artırır.

Sinir sisteminə təsir - Beyinə daxil ola bilən mikroplastiklər zəka və yaddaş problemlərinə səbəb ola bilər.

Xroniki xəstəliklər - Bədənə daxil olan kimyəvi maddələr xərçəng və ürək-damar xəstəlikləri riskini artıra bilər.

Gələcək üçün iki seçim: plastiksiz həyat, yoxsa çirklənmiş dünya?

Elm adamları xəbərdarlıq edirlər ki, mikroplastiklərdən qurtulmaq daha da çətinləşir. Plastik istehsalının sürətlə artması və təbii mühitə yayılması bu təhlükənin illər ərzində daha da böyüyəcəyini göstərir.

İnsanlıq üçün iki yol var:

1. Plastiksiz həyat tərzinə keçmək və alternativ materiallardan istifadə etmək.

2. Plastik çirklənməsini qəbul edərək qısalmış və xəstəliklərlə dolu bir həyata razı olmaq.

Hansı seçim edilərsə edilsin, gələcək nəsillərin taleyi bu qərarlardan asılı olacaq.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:219
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 25 Mart 2025 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see473

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see458

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see320

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see308

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see301

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see299

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see296

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see288

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see260

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see258

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see254

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see251

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see250

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see250

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see248

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see246

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see244

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see243
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri