Icma.az
close
up
RU
Göydəniz Qəhrəmanov: “Çin vətəndaşları üçün Azərbaycana viza tələbinin aradan qaldırılması turizmin inkişafına böyük töhfədir”

Göydəniz Qəhrəmanov: “Çin vətəndaşları üçün Azərbaycana viza tələbinin aradan qaldırılması turizmin inkişafına böyük töhfədir”

Icma.az, Sfera.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Ölkə Prezidenti cənab İlham Əliyev cari ilin 20 yanvar tarixində Davosda Çinin CGTN televiziya kanalına verdiyi müsahibəsində Azərbaycan-Çin münasibətlərinə dair bir çox önəmli məqamlarla bağlı ətraflı açıqlamalar təqdim etmişdir. O cümlədən iki ölkə arasında artıq strateji tərəfdaşlıq əlaqələrinin mövcud olması əlbəttə ki, irəliyə doğru atılmış mühüm addımdır. Qeyd olundu ki, ötən il Azərbaycan və Çin strateji tərəfdaşlıq üzrə Bəyannamə qəbul ediblər və bu, ikitərəfli əlaqələrdə çox mühüm siyasi addımdır. Dövlət başçımızın dediyi kimi, strateji tərəfdaşlıq çox yüksək səviyyəli qarşılıqlı etimad, əməkdaşlıq deməkdir və Azərbaycan Çin ilə tərəfdaşlığın genişləndirilməsi üçün müvafiq tədbirlər görür. Bu baxımdan əlbəttə ki, Çin vətəndaşları üçün viza tələbinin aradan qaldırılması barədə qəbul edilmiş qərar mühüm əhəmiyyət kəsb edir. Beləliklə, bu, turistlərin sayını, xalqlar arasında təmasları artıracaq və əlbəttə ki, ictimai diplomatiya öz rolunu oynayacaq.”


Sfera.az xəbər verir ki, bu sözləri  açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov deyib.


Daha sonra G.Qəhrəmanov bildirib ki, Azərbaycan ilə Çin arasında iqtisadi əməkdaşlıq əlaqələrinin genişlənməsi ölkəmiz üçün ümumi iqtisadi inkişaf templərinə təsiri baxımından kifayət qədər vacib amildir: “Öz müsahibəsində cənab Prezident İlham Əliyev xüsusi olaraq vurğuladı ki, Çin iqtisadiyyatı çox sabitdir və bu, qlobal iqtisadiyyatın mühüm bir amilidir. O cümlədən qazıntı enerji növləri üzrə sabit qiymətlərə ehtiyacı olan Azərbaycan kimi ölkə üçün də Çin iqtisadiyyatı mühüm amil kimi çıxış edir. Çin iqtisadiyyatı sürətlə inkişaf etdikcə, qazıntı enerji növünə olan tələbat daha da artır. Odur ki, ölkəmiz Çin iqtisadiyyatının həmişə inkişaf etməsində maraqlıdır. Bu gün Çin həm də texnologiyalar sahəsində liderdir və Azərbaycanda bir çox Çin şirkətləri öz xidmətlərini və texnologiyalarını təmin edir. Bu gün ölkəmizdə neft-qaz sektorundan əldə olunan gəlirlərlə yaşıl texnologiyaya və yaşıl enerjiyə investisiya qoyulur. Maraqlıdır ki, bu layihələrə sərmayə yatıran xarici investorlar və yerli şirkətlər də məhz Çin texnologiyasından istifadə edirlər. Digər tərəfdən isə, Azərbaycan Orta Dəhliz layihəsi ilə bağlı Çinin təşəbbüslərini hər zaman dəstəkləyib. Cənab Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan bu layihənin bir iştirakçısı olaraq artıq öz nəqliyyat infrastrukturunun bütün zəruri seqmentlərini qurub. Lakin Azərbaycanın perspektiv planlarına həmçinin enerji, kənd təsərrüfatı, turizm və yüksək texnologiyalar sahələrində də Çin ilə əməkdaşlıq daxildir” – deyə, millət vəkili fikirlərini tamamlayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:151
embedMənbə:https://sfera.az
archiveBu xəbər 15 Fevral 2025 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see438

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see273

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see203

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see201

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see184

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see184

Məhkəməlik olan Nazilə Səfərli ilə Fatimə eyni masa arxasında VİDEO

27 Yanvar 2026 17:10see182

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see180

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see175

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see172

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see164

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see156

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see154

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see152

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see151

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see146

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see144

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see141

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see139

CNN: ABŞ nin Mərkəzi Kəşfiyyat İdarəsi Venesuelada daimi mövcudluq barədə düşünür

27 Yanvar 2026 21:43see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri