Göydəniz Qəhrəmanov: Son zamanlar sağlamlıq turizmi istiqamətində böyük işlər görülür
Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
"Yaxın gələcəkdə tibbi turizm sahəsində xaricdən ölkəmizə gələnlərin sayında artım olacağı gözlənilir".
Oxu.Az xəbər verir ki, bunu deputat Göydəniz Qəhrəmanov "Sağlamlıq Turizmi Konfransı 2025: Rifah və Tibbi turizmin gələcək istiqamətləri" adlı beynəlxalq konfransda çıxışı zamanı qeyd edib.
O bildirib ki, turizm sahəsi Azərbaycan qeyri-neft sektoru olaraq önəmli sahəyə çevrilib və ölkəyə valyuta axınının gəlməsinə töhfə verir:
"Son zamanlar sağlamlıq turizmi istiqamətində böyük işlər görülür. Dünyada bu növ turizm böyük paya sahibdir. Həm səyahət, həm də sağlamlıqla əlaqədar işlərin görülməsi çox yaxşı addımdır. Bölgələrdə bununla bağlı bizim unikal imkanlarımız var. Burada müalicə alanların rəylərinə nəzər yetirsək görürük ki, onlar öz sağlamlıqlarına qovuşurlar. Yaxın gələcəkdə bu sahə üzrə ölkə gələn xaricilərin sayında artım gözlənilir".
Aygün Mirakif


