Icma.az
close
up
RU
Göygöl rayonunda Azər Hacıyevin aqrar sektorda hökmü və özbaşınalıqları... Yenilənib

Göygöl rayonunda Azər Hacıyevin aqrar sektorda hökmü və özbaşınalıqları... Yenilənib

Icma.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Göygöl rayonunda Qərbi Azərbaycan torpaqlarından qaçqın düşmüş fermerlər Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin direktorundan şikayətçidir...

“Azər Hacıyev Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinə direktor təyin edildikdən sonra onun inzibati amirlik metodu ilə işləməyi səbəbindən qüvvədə olan qanunvericilik aktların və normativ sənədlərin tələblərinin ciddi şəkildə pozulması üzündən bu məmurun qapıları sahibkarların, fermerlərin üzünə birdəfəlik bağlanıb”.

Hurriyyet.Az xəbər verir ki, bu barədə fermer-qazi olan Məmmədov Yolçu Telman oğlunun Poliqon-a ünvanlandığı şikayət məktubunda bildirilir. Fermer yazır ki, rayonda dövlətin qanunları və prezidentin fərmanları işləmir:

“Rayonda aqrar sektorun dövlətimizin və Cənab Prezidentin sərəncamları, tapşırıqları əsasında inkişaf etdirilməsi, idxaldan asılılığı azaltmaq, ölkədə ərzaq bolluğu yaratmaq istiqamətində fəaliyyət proqramı çərçivəsində işlərimiz dalana dirənib. Çünki Azər Hacıyevə etdiyimiz müraciətlər kağız üzərində qalıb”, deyə sahibkar yazır.

Kənd təsərrüfatı nazirliyində kadrların müdiri İlham Süleymanov və Azər Hacıyev Gəncə bazarında səbət yığarkən

Yolçu Məmmədov qeyd edir ki, Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzi sahibkarların və fermerlərin daimi müraciət etdiyi yeganə idarədir.

“Buna baxmayaraq nə qədər səylərimiz olsa da, ötən bir il ərzində Azər Hacıyev bizə nəyinki qayğı göstərmir, hətta mülkiyyətimizdə olan əkin torpaqlarımızın gündən-günə talan olunmasına münbit şərait yaradır. Demək olar ki, Azər Hacıyevin özbaşınalığı səbəbindən Göygöl rayonunda kənd təsərrüfatının inkişafı iflic vəziyyətə düşüb. Dövlət proqramı çərçivəsində heç bir iş görülmür”.

Şikayətçi vurğulayır ki, Azər Hacıyevin bu cür qanunsuz hərəkətləri barədə dəfələrlə ölkənin aidiyyəti qurumlarına, o cümlədən Kənd Təsərrüfatı Nazirliyinə müraciət etsə də, heç bir cavab almayıb.

“Qeyd edim ki, Daşkəsən rayonunda yaylağa köç edən fermerlərdən rüşvət aldığına görə İcra Hakimiyyətinin sabiq başçısı Əhəd Abıyev tərəfindən Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru vəzifəsindən Azər Hacıyev və dostu heyvandarlıq sektorunun müdiri, birinci qrup gözdən əlil Səttar Hacıyev ilə birlikdə qovulublar. Bundan sonra Azər Hacıyev nazirlikdə kadr idarəsinin müdiri İlham Süleymanova yol taparaq Samux rayonu Dövlət Aqrar İnkişaf Mərkəzinə müdir təyin olunur. Samuxda Azər Hacıyev işçiləri haqsız işdən azad edib, əmisi oğlu Araz Hacıyevi sürücü, dostu Ruslanı hüquqşunas təyin edib. Eyni zamanda Azər Hacıye orada qadın işçiləri incidib.

Bu hərəkətlərinə görə Samuxdan da işdən azad olunan Azər Hacıyev Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinə direktor gəlib. Azər Hacıyev digər rayonlarda etdiyi haqsızlıqları, qadın işçilərə qarşı əxlaqsız hərəkləri burada da edir. Həmçinin o, özü və oğlu qazi olan Hacıyev Əliaslanı da işdən çıxarıb.

Eyni zamanda Cənab Prezidentinmiz tərəfindən qəbul olunub ad günü təbriki olunan və hədiyyələr alan Ümid Həbibov atası Eldar Həbibov şərlənərək işdən azad olunub. Altun Məmmədov adlı müavini də şərlənərək işdən azad olunub. Göygöl rayonu Zod kəndində qaziyə məxsus əkin torpaq sahəsinə dair subsidiya ödənilməyib.Qazi olan vətəndaş işlə təmin olunmaları üçün Azər Hacıyevə müraciət etsələr də müraciətlərinə baxılmayıb”.

Yolçu Məmmədov şikayət məktubunda bildirir ki, Azər Hacıyev Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov və kadrlar idarəsinin müdiri İlham Süleymanov tərəfindən müdafiə edilir.

“Son olaraq vurğulayım ki, havardarları, yəni Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətin rəhbəri Vüqar Hüseynov və kadrlar idarəsinin müdiri İlham Süleymanov tərəfindən müdafiə edilən Azər Hacıyevin bur cür özbaşına fəaliyyət mexanizminə yiyələnməsi dövlətimizə arxadan vurulan zərbədir. Azər Hacıyevin Göygöl rayonundakı özbaşınalıqlarının analoqu yoxdur”, deyə şikayətçi yazır.

Onu da qeyd edək ki, Yolçu Məmmədovun sözlərinə görə, Göygöl fermerlərinin şikayəti üzrə Azər Hacıyevin əməlləri ilə bağlı Göygöl rayon Prokurorluğunda araşdırmaya başlanılıb.

Qeyd edək ki, əməkdaşımız Azər Hacıyevlə əlaqə saxlayıb. Azər Hacıyev onun haqqında səsləndirən iddiaların yalan olduğunu və rəsmi sorğu göndərəcəklərini deyib. Ancaq göndərilən sübutlarla tanış olandan sonra heç bir cavab verməyib.

***

Qeyd edək ki, şənbə günü yazı dərc onunduqdan sonra Azər Hacıyev əməkdaşımıza növbəti dəfə zəng edərək bildirib ki, o, öz mövqeyini birinci gün saat 11-ə qədər rəsmi olaraq göndərəcək. Biz də qarşı tərəfə hörmət nümayiş etdirərək, xəbəri söndürdük. Bu gün isə Azər Hacıyev yenidən əməkdaşımıza zəng edib və xahiş edib ki, şikayətçilərin iddalarının yalan və böhtan olduğunu yazaq. Biz də ondan rəsmi münasibət bildirməyi bir daha xahiş etdik. Buna baxmayaraq, qarşı tərəfdən cavab ala bilmədik. Bir daha bildiirik ki, Azər Hacıyevin rəsmi mövqeyini dərc etməyə hazırıq.

Eyniz zaamanda şikayətçi tərəflər bizimlə yenidən əlaqə saxlayıb bildiriblər ki, onlar öz iddalarını isənilən yerdə sübut etməyə hazırdırlar.

Mənbə: Poliqon.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 17 Aprel 2025 20:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see245

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see196

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see143

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri