Göygöl və Samuxda Məşğulluğa dəstək layihəsi” ilə bağlı ictimai dinləmələr keçirilib
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 20 may, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa dəstək layihəsi” barədə növbəti ictimai dinləmələr Göygöl və Samux rayonlarında təşkil olunub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, işsiz və işaxtaran şəxslərin iştirakı ilə keçirilən tədbirlərdə layihənin hədəf və məqsədləri, əhatə dairəsi barədə məlumat verilib.
Layihənin icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblərdən, proqramın gözlənilən faydalarından və layihəyə müraciət qaydalarından bəhs olunub.
“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində avadanlıqlarla təmin edilərək kiçik bizneslərini quran və uğurla davam etdirən şəxslərin bizneslərini genişləndirməsinə dəstək məqsədilə “Həvəsləndirmə mükafatı” müsabiqəsi də keçirilir. İctimai dinləmələr zamanı həmin müsabiqədə iştirak şərtləri barədə də məlumatlar verilib.


