Icma.az
close
up
RU
Göygöldə yerli at cinslərinin genetik irsinin qorunması mövzusunda seminar keçirilib

Göygöldə yerli at cinslərinin genetik irsinin qorunması mövzusunda seminar keçirilib

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Kənd Təsərrüfatı Nazirliyinin Respublika Süni Mayalanma Mərkəzində “Atlarda reproduktiv orqanların ultrasəs müayinəsi və süni mayalanmanın tətbiqi” mövzusunda elmi-praktik seminar keçirilib.

Nazirlikdən XQ-yə bildirilib ki, seminarın məqsədi Azərbaycanda atçılıq sahəsində müasir biotexnologiyaların tətbiqini genişləndirmək, Qarabağ, Dilboz və digər yerli at cinslərinin genetik irsini qorumaq və seleksiya işini təkmilləşdirməkdir.

Seminarda Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev, institutun mütəxəssisləri, dövlət aqrar inkişaf mərkəzlərinin rəhbərləri, Dilbaz Atçılıq Mərkəzinin direktoru Gülalı Gülalıyev, Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq təbabəti fakültəsinin dekanı Şəlalə Zeynalova, Qarabağ atları üzrə mütəxəssis Yaşar Quluzadə, baytar həkimlər və süni mayalanma texnikləri iştirak ediblər.

Tədbirdə çıxış edən Respublika Süni Mayalanma Mərkəzinin direktoru Elton Əbdurəhmanov Qarabağ və Dilboz atlarının Azərbaycan xalqının milli sərvəti olduğunu vurğulayıb. Azərbaycanda xüsusilə yerli cinslərdən olan Qarabağ atlarına marağın böyük olduğunu deyən Elton Əbdurəhmanov vurğulayıb ki, dövlət tərəfindən Azərbaycan atlarının şan-şöhrətinin özünə qaytarılması, ölkəmizdə atçılığın inkişafının təmin edilməsi üçün mühüm işlər görülür.

Seminarda çıxış edən mütəxəssislər atçılığın inkişafı, yerli atların cins damazlıq tərkibinin qorunub saxlanması istiqamətində görülən işləri yüksək qiymətləndirib, belə tədbirlərin davam etdirilməsinin vacibliyini vurğulayıblar. Natiqlər at cinslərinin genetik xəritələndirilməsi, seleksiya proqramlarının inkişafı, süni mayalanmanın genişləndirilməsi və mütəxəssis hazırlığının gücləndirilməsi ilə bağlı təkliflərini səsləndirib, seminar iştirakçılarının suallarını cavablandırıblar.

Tədbir çərçivəsində atçılıq sahəsinə maraq göstərən baytar həkimlər və mütəxəssislər üçün təlim təşkil olunub. Xarici mütəxəssis atların reproduktiv sisteminin diaqnostikasında ultrasəs müayinələrinin rolu və süni mayalanmanın effektiv üsulları ilə bağlı təqdimat keçirib, bu sahədə nəzəri və praktik biliklərini bölüşüb. Təlimdə Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq təababəti fakültəsinin, eləcə də  Xəzər Universitetinin tələbələri iştirak ediblər.

Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub, gələcək əməkdaşlıq və layihə imkanları ətrafında müzakirələr aparılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 İyul 2025 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see269

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see223

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see207

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see207

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see194

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see191

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see190

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see174

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see167

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see166

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see162

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see162

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see161

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see160

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see159

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see156

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see144

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see139

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see139

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri