Icma.az
close
up
RU
Menu

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

İcra başçısının nümayəndəliyi möhürü itirdi

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

“Azərbaycan sülhdə möhkəmdir”

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Avro və rubl bahalaşdı MƏZƏNNƏ

BDU da “Qarabağ və Dilbaz at cinslərinin genetik xəritəsinin hazırlanması” layihəsinə dair müzakirələr keçirilib

BDU da “Qarabağ və Dilbaz at cinslərinin genetik xəritəsinin hazırlanması” layihəsinə dair müzakirələr keçirilib

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 29 avqust, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü, BDU, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) və Baytarlıq Elmi-Tədqiqat İnstitutunun dəstəyi, “Letgen Biotechnology” və “Bayramlı Group” şirkətlərinin tərəfdaşlığı ilə həyata keçirilən “Qarabağ və Dilbaz at cinslərinin genetik xəritəsinin hazırlanması” layihəsinə dair metodoloji müzakirələrlə bağlı görüş keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə universitetin rektoru Elçin Babayev layihənin milli və elmi əhəmiyyətindən danışaraq, BDU-nun bu təşəbbüsə göstərdiyi dəstəyin strateji xarakter daşıdığını qeyd edib. Bildirib ki, universitetin alim və tədqiqatçılarının bu prosesdə iştirakı ölkənin elmi potensialını gücləndirir və layihənin nəticələri həm milli, həm də beynəlxalq əməkdaşlıq üçün yeni imkanlar yaradacaq.

Kənd təsərrüfatı nazirinin müşaviri Zaur Əliyev çıxışında dövlət və özəl sektor tərəfdaşlığının əhəmiyyətindən danışıb. Layihənin yalnız elmi nəticələri ilə deyil, həm də dövlət qurumları, universitetlər və özəl şirkətlər arasında qurulan əməkdaşlıq modeli ilə seçildiyini və bu yanaşmanın aqrar sektorda innovativ texnologiyaların tətbiqini daha da sürətləndirəcəyini bildirib.

FAO-nun Azərbaycandakı nümayəndəsi Muhammad Nasar Hayat layihənin beynəlxalq təsirindən söz açaraq, Qarabağ və Dilbaz at cinslərinin genetik xəritələndirilməsinin təkcə milli deyil, həm də qlobal əhəmiyyət daşıdığını deyib. Qeyd edib ki, layihənin nəticələrinin beynəlxalq elmi bazalarda paylaşılması Azərbaycanın dünya elmi ictimaiyyətində mövqeyini möhkəmləndirəcək və genetik irsin qorunmasına qlobal səviyyədə töhfə verəcək.

“Bayramlı Group” şirkətinin Elmi araşdırmalar departamentinin müdiri Dürdanə Rəcili layihənin məqsədləri, ilkin mərhələdə görülmüş işlər və əldə olunan nəticələr barədə məruzə edib. O, xüsusilə Qarabağ və Dilbaz atlarından bioloji nümunələrin (qan və tük) toplanması, onların DNT izolyasiyası və ilkin analizlərin aparılması prosesinə diqqət çəkib. Eyni zamanda, layihədə istifadə ediləcək metodologiyanın elmi əsasları barədə geniş təqdimatla çıxış edib.

Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Bayandur Rzayev, Molekulyar Biologiya və Biotexnologiya İnstitutunun direktoru akademik İradə Hüseynova, FAO nümayəndələri, nazirliyin müxtəlif qurumlarının təmsilçiləri, Baytarlıq Elmi-Tədqiqat İnstitutu əməkdaşları və BDU-nun professor-müəllim heyəti iştirak edib.

Müzakirə sessiyasında qonaqlar layihənin metodologiyası ilə bağlı fikir və təkliflərini səsləndiriblər. Layihənin ekspertləri – KTN Baytarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Siyalə Rüstəmova və ADA Universitetinin dosenti Asəf Ömərov təqdim edilən metodoloji yanaşmalara dair elmi rəylərini bölüşüblər.

Tədbirdə Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin nümayəndələri onlayn iştirak ediblər. Onlar nümunə toplanması mərhələsində layihə komandasına dəstək göstərərək öz təcrübə və tövsiyələrini paylaşıblar.

Sonda BDU rektorunun strateji inkişaf və əlaqələr üzrə müşaviri Xalid Bayramlı layihənin yalnız elmi nəticələrinə görə deyil, həm də milli-mədəni irsimizin qorunması baxımından strateji əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd edib ki, Qarabağ və Dilbaz at cinslərinin genetik xəritələndirilməsi Azərbaycanın zəngin irsinin gələcək nəsillərə ötürülməsi və qlobal elmi ictimaiyyətə inteqrasiyası üçün mühüm rol oynayacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Avqust 2025 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see231

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see205

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see156

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see153

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see146

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see145

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see137

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see136

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see136

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see134

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see132

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see131

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see129

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see128

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see128

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see127

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see127

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see126

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see123

Avro və rubl bahalaşdı MƏZƏNNƏ

13 Yanvar 2026 09:19see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri