Icma.az
close
up
RU
“Gözəl ol və sağlam qal!” devizi altında silsilə təlimlərə start verilib

“Gözəl ol və sağlam qal!” devizi altında silsilə təlimlərə start verilib

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

“İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyi tərəfindən “Gözəllik salonlarında təhlükəli yoluxucu xəstəliklərin yayılması əleyhinə təlimlər” adlı layihəyə start verilib.

"Cebheinfo.az" Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə gerçəkləşən bu layihə çərçivəsində 16 iyul tarixində “Bilgi” Peşə Tədris Mərkəzində “Gözəl ol və sağlam qal!” devizi altında təlim keçirilib.

Tədbiri giriş sözləri ilə açan peşə tədris mərkəzinin nümayəndəsi Fidan Cahangirova qonaqları və iştirakçıları salamlayaraq “İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyinin həyata keçirdiyi maarifləndirmə təşəbbüslərinin önəmliyini diqqətə çatdırıb.

Növbəti çıxışçı “İnkişafa Doğru Qadın Təşəbbüsü” İB-in sədri, layihə rəhbəri Ziba Nəbiyeva öncə təlimin keçirilməsi üçün yaradılan şəraitə görə tədris mərkəzinin rəhbərliyinə təşəkkürünü bildirib. O, layihədən danışarkən deyib:

“Əsas məqsədimiz gözəllik xidməti göstərilən məkanlarda xroniki virus hepatitləri, İnsan İmmunçatışmazlığı Virusu (İİV) və vərəm kimi təhlükəli infeksion xəstəliklərin yayılması riskini yaradan səbəblər barədə aidiyyəti peşə sahiblərini maarifləndirməkdir. Belə məkanlarda İİV və virus hepatitlərinə yoluxma riski adətən steril olmayan alətlərlə dərini və ya selikli qışanı zədələdikdə yarana bilir. Vərəm isə hava-damcı yolu ilə yayılan xəstəlik olduğundan qapalı, yaxşı havalandırılmayan məkanlar, müvafiq baxım prosedurları zamanı qoruyucu vasitələrdən istifadə etməmək yoluxma riskini artırır.”

“Önləyici profilaktik tədbirlər yeni yoluxmaların qarşısını almaqda mühüm rol oynayır. Belə ki, zamanında verilən bilgilər aidiyyəti peşə sahibləri ilə yanaşı, onların xidmətlərindən bəhrələnəcək yüzlərlə şəxslərin sağlamlığını qorumağa yönələn təşəbbüsdür” – deyə Z. Nəbiyeva bildirib.

Layihə rəhbəri Ziba Nəbiyeva daha sonra elektron təqdimat vasitəsilə xroniki virus hepatitləri və İİV/QİÇS, xəstəliklərin kliniki gedişatı, yoluxma yolları, qorunma qaydaları və profilaktik qabaqlayıcı tədbirlər, eləcə də gözəllik salonlarında dərini zədələyə biləcək manipulyasiya alət-lərinin dezinfeksiya və sterilizasiyası, alətlərin mexaniki təmizlənmə qaydaları barədə vacib məqamları iştirakçılara çatdırıb. Deyilənlərlə bağlı animasiya çarxı nümayiş olunub.
Vərəm xəstəliyinin əsas aspektləri barədə təqdimatla tibbi elmlər üzrə fəlsəfə doktoru Mətanət Qaraxanova çıxış edib. O, bu xəstəliyin zamanında aşkarlanıb müalicəyə cəlb olunmasının önəmliyini vurğulayıb.

”Vərəm xəstəsinin müalicəsini yarımçıq dayandırması həm xəstənin özünə, həm də ətrafındakılara vurduğu ən böyük zərbədir. Bu, müalicəsi mümkün olmayan vərəm formalarının yaranmasına gətirib çıxarır” – deyə M. Qaraxanova qeyd edib.

Hava-damcı yolu ilə ötürülən infeksiyaların profilaktikası məqsədilə gözəllik xidməti göstərilən məkanların mütəmadi havalandırılması, açıq səthlərin dezinfeksiya edilməsi və işçilərin qoruyucu vasitələrdən düzgün istifadə qaydaları barədə məlumatlar təlim iştirakçılarına çatdırılıb.

Sonda verilən məlumatların mənimsənilmə səviyyəsini yoxlamaq üçün sorğu anketləri paylanıb. İştirakçılar mövzularla bağlı maarifləndirici bukletlər və kitabçalarla təmin edilib.

Profilaktik tədbirlərin əhatə dairəsini genişləndirmək məqsədilə “Bilgi” Peşə Tədris Mərkəzinə xüsusi dizaynla hazırlanmış, viruslu hepatitlərin yoluxma yolları əks olunan divar lövhəsi, “Əllərinizi yuyun” adlı A3 ölçüdə stikerlər və digər çap materialları təqdim olunub.

"Cebheinfo.az"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 İyul 2025 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see301

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see297

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see290

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see258

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see251

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see244

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see234

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see234

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see233

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see224

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see217

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see216

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see209

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see207

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see202

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see201

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see190

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see189

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see184

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri