Icma.az
close
up
RU
QHT “Gözəl ol və sağlam qal!” devizi ilə növbəti təlimini keçirib

QHT “Gözəl ol və sağlam qal!” devizi ilə növbəti təlimini keçirib

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra etdiyi “Gözəllik salonlarında təhlükəli yoluxucu xəstəliklərin yayılması əleyhinə təlimlər” adlı layihə çərçivəsində növbəti təlimini keçirib.

“Gözəl ol və sağlam qal!” devizi altında təşkil olunan təlim Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzində baş tutub. Tədbiri giriş sözləri ilə açan Bakı Peşə Hazırlığı Mərkəzinin nümayəndəsi Bəxtiyar Rzazadə “İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyinin həyata keçirdiyi maarifləndirici təşəbbüslərin əhəmiyyətini diqqətə çatdırıb.

İctimai Birliyin sədri, layihə rəhbəri Ziba Nəbiyeva çıxışında Bakı Peşə Hazırlığı Mərkəzində bərbər-vizajist-manikürçü ixtisası üzrə təhsil alan müdavimlərə təlimin keçirilməsi üçün göstərilən dəstəyə görə qurum rəhbərliyinə təşəkkürünü bildirib. O, təlimin əsas məqsədinin gözəllik xidməti göstərilən məkanlarda xroniki virus hepatitləri, İnsan İmmunçatışmazlığı Virusu (İİV) və vərəm kimi təhlükəli infeksion xəstəliklərin yayılması riskini yaradan səbəblər barədə aidiyyəti peşə sahiblərini maarifləndirmək olduğunu bildirib. Verilən bilgilər müdavimlərə iş fəaliyyətlərində sanitar-gigiyena qaydalarına ciddi şəkildə riayət etməyi təşviq etməklə təhlükəli infeksiyalara yeni yoluxma hallarının qarşını almağa yönəlibdir.

Layihə rəhbəri Ziba Nəbiyeva daha sonra elektron təqdimat vasitəsilə xroniki virus hepatitləri və İİV/QİÇS infeksiyaları haqqında əsas bilgiləri, ötürülmə yolları, qorunma qaydaları və profilaktik önləyici tədbirlərin əhəmiyyəti, eləcə də gözəllik salonlarında dərini zədələyə biləcək manipulyasiya alətlərinin dezinfeksiya və sterilizasiyası barədə vacib məlumatları iştirakçılara çatdırıb.

Adı qeyd olunan xəstəliklərdən qorunma üsullarını özündə əks etdirən animasiya çarxları nümayiş olunub. Vərəm xəstəliyinin əsas aspektləri barədə təqdimatla təlimçi, həkim Mətanət Qaraxanova çıxış edib. O, bu xəstəliyin fərqləndirici simptomlarını və zamanında aşkarlanıb müalicəyə cəlb olunmasının vacibliyini vurğulayıb. ”Vərəm xəstəsinin müalicəyə sadiqliyi, yəni dərmanların vaxtında və düzgün qəbul edilməsi çox önəmli məsələdir. Müalicəni yarımçıq dayandırma vərəmin ağır formalarının yaranmasına səbəb olur”, – deyə M. Qaraxanova qeyd edib.

Hava-damcı yolu ilə ötürülən infeksiyaların profilaktikası məqsədilə gözəllik xidməti göstərilən məkanların mütəmadi havalandırılması, açıq səthlərin dezinfeksiya edilməsi və qoruyucu vasitələrdən düzgün istifadə qaydaları, eləcə də işçilərin tibbi müayinələrə cəlb edilməsinin vacibliyi barədə məlumatlar təlim iştirakçılarına çatdırılıb.

Təlimin sonunda verilən məlumatların mənimsənilmə səviyyəsini yoxlamaq üçün sorğu anketləri təlim iştirakçıları tərəfindən cavablandırılıb. Müdavimlər aidiyyəti mövzularla bağlı maarifləndirici buklet və kitabçalar, eləcə də iştirak sertifikatı ilə təmin edilib.

Məlumatlandırmanın əhatə dairəsini genişləndirmək məqsədilə müdavimlərin təcrübə keçdiyi gözəllik salonuna xüsusi dizaynla hazırlanmış, xroniki virus hepatitlərinin yoluxma yolları əks olunan maarifləndirici divar stendi verilib.

“Cebheinfo.az”
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:252
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 01 Sentyabr 2025 13:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri