Gözəlləşmək istəyən qadını bu hala saldılar FOTOLAR
Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Türkiyənin Antalya şəhərində estetik prosedurdan sonra dodağında ciddi toxuma itkisi yaranan 47 yaşlı Songül Uzunoğlunun hüquqi mübarizəsi yeddi ildir davam edir.
Turkustan.az Musavat.com-a istinadən xəbər verir ki, üç uşaq anası olan Uzunoğlu 2019-cu ildə özəl estetik mərkəzdə göz altı nahiyəsi üçün müraciət etsə də, müxtəlif tarixlərdə ümumilikdə dörd prosedur keçirib.
Son əməliyyatdan sonra onun dodağında toxuma itkisi yaranıb və sonrakı illərdə bir neçə rekonstruktiv əməliyyat keçirməli olub.
Uzunoğlu bildirib ki, prosedur zamanı dodağını qidalandıran əsas damarın zədələnməsi nəticəsində həyat keyfiyyəti ciddi şəkildə pisləşib. O, gülümsəməkdə, yemək yeməkdə çətinlik çəkdiyini və hələ də tam sağalmadığını deyib.
Hadisə ilə bağlı açılan cinayət işində təqsirləndirilən həkimlər bəraət alsalar da, Antalya 1-ci İstehlak Məhkəməsi Uzunoğlunun xeyrinə 994 min 331 lirə maddi və mənəvi təzminat ödənilməsi barədə qərar çıxarıb.
Lakin hər iki tərəfin apellyasiya şikayətindən sonra iş yenidən baxılması üçün məhkəməyə qaytarılıb və hüquqi proses hazırda davam edir.


Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 06 İyul 2026 14:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















