Icma.az
close
up
RU
Gözlənilən məğlubiyyətin anonsu verildi: Diqqətçəkən Türkiyə detalı

Gözlənilən məğlubiyyətin anonsu verildi: Diqqətçəkən Türkiyə detalı

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Son zamanlarda ABŞ hökuməti ilə Ukrayna arasında ciddi gərginlik müşahidə olunur. Fevralın 18-də Vaşinqton rəsmilərinin Kiyevin iştirakı olmadan Rusiya ilə danışıqlar aparmasının Ukrayna hökumətini qəzəbləndirdiyi bildirilir. 

Həmçinin ABŞ Prezidenti Donald Trampın Ukrayna Prezidenti Volodimir Zelenskinin ünvanına səsləndirdiyi sərt bəyanatlar, bu ölkəyə edilən yardımların əvəzini tələb etməsi gərginliyi daha da artırıb. Hətta Ağ Evin bu gedişlə Kiyevə dəstəri tamamilə dayandıra biləcəyi deyilir.

Mövcud gərgin proseslər fonunda Ukraynanı nə gözləyir?

Globalinfo.az-a danışan politoloq Azər Qasımov deyib ki, Trampın Ukraynaya təzyiqlərinin əsas məqsədi Kiyevin məğlubiyyətində Vaşinqtonun payına düşəcək zərərdən qaçmaq cəhdidir:

“Ukraynanın Rusiya ilə müharibədə məğlub olması, yəni döyüşlərin indiki şərtlər altında Moskvanın qələbəsi ilə başa çatması fonunda ABŞ və Avropa İttifaqı (Aİ), eləcə də Ramştayn formatı ölkələrinin də məğlub hesab edilməsi qaçılmaz olacaq. Təbii ki, Rusiya bunu belə təqdim edəcək. Tramp da özünü Kremlin yanında göstərərək bu məğlubiyyətin onlara da şamil edilməsindən kənar dayanmaq istəyir. Amma Aİ istəsə belə, buna razı ola bilməz, çünki Avropanın təməl prinsiplərinə ziddir.

Rusiyanın qələbəsi kimi qələmə verilən bir durum Avropanın bütün dəyərlərini, daha doğrusu, yerdə qalan dünyanın bu dəyərlərə olan münasibətini yox edər. Bu da Avropanın cazibədarlığının sonu olar, o region heç kim üçün maraqlı olmaz”.


Azər Qasımov

Politoloq hesab edir ki, Avropa dəyərləri uğrunda artıq bilavasitə özü Ukraynada Rusiyaya qarşı müharibə aparmağa məcburdur:

“Bu, region üçün tək çıxış yoludur. ABŞ-ın kənara çəkilməsi, əslində, yaxşı tendensiyadır. Dünyada digər oyunçuların irəli çıxmasına şərait yaradacaq və dünya düzəninin yeni istiqamətdə getməsinə səbəb olacaq. Burda Türkiyə və Çinin ABŞ-ın boşluğunu doldurmaq ehtimalları güclüdür. Fikrimcə, Ankaranın son addımları da buna hesablanıb.

Türkiyənin sanksiyalara qoşulmamaqla Rusiyanın bu günə kimi ayaqda qalmasında rolu böyükdür. Amma indiki məqamda qarşı cəbhəyə keçmək görüntüsünün altında da məhz durumdan istifadə edib daha böyük oynamağa çalışır”.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:78
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 22 Fevral 2025 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see252

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see147

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see147

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see141

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see139

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see136

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see136

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see134

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see132

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see132

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see132

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see129

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri