Icma.az
close
up
RU
Gözlənilməz ssenari: Ukrayna 4 ölkə arasında bölünür Rusiya və ABŞ yoxdur

Gözlənilməz ssenari: Ukrayna 4 ölkə arasında bölünür Rusiya və ABŞ yoxdur

Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İspan jurnalist Alexandro Marko del Pontun Ukrayna ilə bağlı yayımladığı məqalə siyasi dairələrdə ciddi müzakirələrə səbəb olub. O, ölkənin Polşa, Almaniya, Rumıniya və Böyük Britaniya arasında zonalara ayrılacağını iddia edib.

Jurnalist adıçəkilən 4 dövlətin Ukraynanın gələcək taleyi ilə bağlı qərar verəcəyini bildirib. Qərb ölkələrinin Kiyevlə bağlı fərdi maraqlarının olduğunu qeyd edib.

Bu iddia nə dərəcədə reallığa uyğundur? Belə bir situasiyada Rusiyanın mövqeyi necə olacaq?

Globalinfo.az-a danışan politoloq Ramiyə Məmmədova deyib ki, Ukrayna müharibəsi başladıqdan sonra ABŞ və Avropa mətbuat orqanları geniş şəkildə Rusiyanın Ukrayna torpaqlarını öncə işğal altına alıb, daha sonra ilhaq edəcəyinə dair xəbərlər tirajlamağa başladı:

“Yəni Rusiyanın SSRİ dövründə olduğu kimi Ukraynanı ilhaq edib daxili subyekti halına gətirmək istədiyini deyirlər. Qərb əslində Kiyevə resursları və təbii sərvətləri üçün diqqət yetirir, onların Moskvanın nəzarətinə keçməsini istəmir.

Rusiya Krımı faktiki olaraq ilhaq edib. Donbask və Luqansk da de-fakto Kremlin nəzarətindədir. Moskva Avropa İttifaqı (Aİ) ölkələrinin Qara dənizdə sərbəst olmasını istəmir. Çünki ən böyük donanması məhz buradadır. Ona görə Odessa şəhəri ruslar üçün bu qədər əhəmiyyətlidir”.


Ramiyə Məmmədova

Politoloqun sözlərinə görə, Ukraynanın iddia olunduğu kimi 4 ölkə arasında bölüşüdürülməsi sadəcə xülyadır və reallığı əks etdirmir:

“Çünki dünyada bu kimi bir təcrübə yoxdur. Olsa belə, Polşa, Almaniya, Rumıniya və Böyük Britaniyanın Ukraynada nüfuzlarını uzun müddət qoruya bilmələri mümkün deyil. İkinci Dünya müharibəsi bitdən sonra 1945-ci ildə Almaniya bölünmüşdü, lakin bu, əbədi olmadı. İndi Ukraynanın eyni taleyi yaşaması üçün əsas yoxdur.

Fikrimcə, Ukrayna müharibəsi artıq bitmiş bir mövzudur. Çünki Qərb Kiyevi danışıqlar masasına əyləşdirmək əvəzinə gərginliyi artırır. Bu isə müsbət heç bir şey vəd etmir. Ukrayna özü başa düşməlidir ki, bu müharibənin nəticəsi yoxdur. Hətta qarşıdurma bu ölkənin müstəqlliyini itirməsinə səbəb ola bilər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 07 Dekabr 2024 10:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see198

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see147

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Əhaliyə texniki kartof satılır? ARAŞDIRMA

21 Yanvar 2026 03:54see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri