Icma.az
close
up
RU
Gözlərinizin sağlamlığı üçün bu qidaları yeyin

Gözlərinizin sağlamlığı üçün bu qidaları yeyin

Icma.az, Saglamolun portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qidalanma göz sağlamlığını qorumaq üçün ən vacib addımlardan biridir. İndol-3-karbinol, omeqa-3 yağ turşuları, A və E vitaminləri ilə zəngin olan qidalarla gözlərinizi sağlamlığının qayğısına qala bilərsiniz. Vitamin C bədənə yaşa bağlı degenerasiya, katarakta və ümumiyyətlə görmə itkisi ilə mübarizə aparmağa kömək edir.

Tərkibində vitamin C olan çiyələk gözlər üçün çox faydalıdır. Portağal həm beta-karoten antioksidant, həm də C vitamini ehtiva etdiyi üçün o da gözlər üçün xeyirli qidalar sırasındadır. Süddə həm A vitamini, həm də sink var. Araşdırmalar nəticəsində, tərkibində probiyotik olan qatığın allergik konyunktivitdən tutmuş quru gözlərə qədər bir çox göz xəstəliklərinə yaxşı təsir etdiyi müəyyən olunub. Badam və digər oxşar çərəzlərin qozun-fındığın tərkibində yüksək miqdarda E vitamini var. E vitamini gözlər üçün çox faydalı birləşmədir.

Lutein, zeaksantin, sink və A vitamini ilə zəngin olan yumurtanın 2019-cu ildə aparılan araşdırma ilə yaşla bağlı degenerasiya riskini əhəmiyyətli dərəcədə azaltdığı məlum olub. Tərkibində yüksək miqdarda lutein olan ispanaq da göz sağlamlığı üçün çox vacib qidadır.  Midya ölkəmizdə çox istehlak edilməsə də, istiridyə omeqa-3 yağ turşuları və sink baxımından çox yüksək bir qidadır. Zamanla gözdəki degenerasiyaya qarşı mübarizə aparan qidadır.  Kivinin tərkibində gözlərə işığı süzməyə imkan verən zeaksantin var. Kök göz sağlamlığı üçün faydalı qidadır. Tərkibində yüksək miqdarda A vitamini və beta-karoten antioksidantları var. A vitamini miyopiyadan və gecə aydın görmədən qoruyur.Somon yüksək omeqa-3 tərkibinə görə göz quruluğunu azaldır. 

Amerika Optometrik Dərnəyinin apardığı araşdırmada brokolinin tərkibindəki indol-3-karbinol birləşməsinin tor qişadan toksinlərin çıxarılmasına kömək etdiyi ortaya çıxıb.

Boranı tumları isə göz görməsi üçün ən yaxşı qidalardan biridir. Tərkibində yüksək miqdarda E vitamini var. Degenerasiya ilə mübarizə apararkən, günəşin ultrabənövşəyi şüalarından da qoruyur.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:333
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 18:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri