Icma.az
close
up
RU
Menu

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

Gözü yaşlı yeddi bacının şəhid qardaşı

Gözü yaşlı yeddi bacının şəhid qardaşı

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

44 günlük Vətən müharibəsinin unudulmaz qəhrəmanlarından biri Telman Kəlbiyev Neftçala rayonunun Bankə qəsəbəsində anadan olub. Ailədə səkkiz uşaq olublar. Yeddi bacının qəhrəman qardaşı olan Telman ömrünü vətəninə həsr edən hərbçilərdən olub. Şəmkirdə N saylı hərbi hissənin giziri kimi Telman müharibənin ilk günlərindən ön cəbhədə və general-mayor Polad Həşimovun seçdiyi cəsur hərbçilərdən biri olub.

Murovdağda Canavar postunun alınmasında həmlə bölüyünün komandiri kimi yaxından iştirak edib və Murovdağ-Kəlbəcər istiqamətində gedən döyüşlərdə iştirak edərək yaralanıb. Sağ ayağından qəlpə yarası alsa da döyüşlərə davam edib. 2 oktyabr 2020-ci ildə minatan mərmisi ilə yaralanıb. Dekabrın 2-də Neftçala Şəhidlər xiyabanında dəfn edilib. Şəhidimizin Vətənə əmanət iki oğul övladı qalıb.

Şəhid gizirin həyat yoldaşı Günay Kəlbiyeva deyir ki, Telman peşəkar hərbçi, qayğıkeş ailə başçısı olub: “Müharibə başlayanda Şəmkirdən gedən hərbçilərdən olub. Döyüşdə həmlə bölüyünün kamandiri olub. Sentyabrın 27-də ilk olaraq Murovdağ yüksəkliyinin azad olunması istiqamətində gedən döyüşdə iştirak edib. Yüksəkliyi qısa zamanda düşməndən azad edib, ayın 30-u Kəlbəcər istiqamətinə gediblər. Telman 71 nəfərlik heyəti olan dəstəsi ilə döyüş tapşırıqlarını yerinə yetirmək üçün irəli gedib”.

Şəhidimiz Kəlbəcər istiqamətində gedən döyüşlərdə yaralanır. Döyüşdə ilk yarasını orada alır. Döyüş yoldaşları söyləyir ki, sağ ayağından qəlpə yarası alan Telmana  belə getmə, qayıt, deyilsə də onların təkidinə baxmayaraq, döyüşə davam edib. Mövqeləri düşmən tərəfindən atəşə tutulur. Minaatan mərmisi hərbçilərin yaxınlığına düşür və Telman ayaqlarından ağır yaralanır. Elə döyüş meydanında digər silah yoldaşları ilə birlikdə şəhid olur.

Son dəfə Telman sentyabrın 30-da ailəsi ilə əlaqə saxlayır. Həyat yoldaşına bildirir ki, Murovdağdan qayıtmışıq. Çox çətin döyüş getdi, indi səsimi eşidirsəsə, bu möcüzədir yəni. O bilirdi ki, getdiyi yolun dönüşü olmaya bilər. Ən çox övladlarına görə nigaran idi. Dedi qayıtsam hər şey yaxşı olacaq, amma qayıtmasam, uşaqlara yaxşı bax. Ailəsi Telmandan 85 günə yaxın bir müddətdə xəbər ala bilmir. Nəhayət döyüş yoldaşları Telmanın şəhid olduğunu bildirirlər.

Döyüşçü yoldaşlarının xatirəsindən: minaatan mərmisinin partlaması nəticəsində Telmanın sağ ayağı ombadan sınıb, sol ayağı isə dizdən aşağı parçalanıb. Onu  döyüş meydanından çıxarmaq istəsələr də Telman vəziyyətin gərgin olduğunu görüb, qoymayıb. O da şəhid olmasın deyə, əsgər yoldaşına “get, yoxsa şəhid olacaqsan !” deyərək, yoldaşının getməsini istəyib. Döyüş yoldaşı ona qulaq asmayıb, kömək gətirməyə gedib. O da yaralandığı üçün hospitala aparıblar. Telmangil isə döyüş meydanında qalır. Atışma sakitləşəndən sonra şəhidlərin nəşini götürmək mümkün olur.

Ailənin son beşiyi, yeddi bacının bir qardaşı, bir oğulun anası qurbanla qarşılayır. Anası Telmanın tabutu önündə qurban kəsib gəlişinə şükür edir. Bu da bir Ana böyüklüyüdür.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin  Sərəncamlarına əsasən Telman Kəlbiyev ölümündən sonra “Vətən uğrunda”, "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilmişdir. 

Vətən bölünməz-şəhidlər ölməz! Heç kim unudulmur, heç kim yaddan çıxmır.

Müşfiq MİRZƏ
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:74
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Sentyabr 2026 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see353

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see336

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see317

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see299

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see264

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see256

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see248

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see233

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see221

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see210

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see204

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see204

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see203

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see201

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see195

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see195

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see179

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see178

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see168

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri