Icma.az
close
up
RU
“Gözümə linza qoyulandan sonra gördüm ki, gözəl rəsmlər çəkirəm”

“Gözümə linza qoyulandan sonra gördüm ki, gözəl rəsmlər çəkirəm”

Icma.az, Pravda.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Digər rəssamlar kimi, onun da bu peşəyə həvəsi uşaqlıqdan yaranıb. Kiçik yaşlarında eynək taxmaqla bağlı olan kompleksi onun bugünkü uğurunda bəlkə də, pay sahibidir. Yalnız 15 yaşında - gözlərinə linza taxdıqdan sonra cızma-qara etməyə başlayır. Bu həvəs onu Bakı Rəssamlıq Akademiyasından İtaliyanın Milan şəhərinin NABA (Nuova Accademia di Belle Arti) universitətinə qədər uzanan bir yola çıxarır.

Söhbət hazırda NABA universitetində kuratorluq ixtisası üzrə təhsil alan rəssam Cəmilə Güldən gedir.

Gənc rəssam “Qafqazinfo”ya müsahibəsində rəssamlığa baxış bucağından və gələcək hədəflərindən danışıb:

- Necə oldu ki, rəssam olmağa qərar verdiniz?

- Uşaqlıqdan marağım var idi. Məktəbdəki sərgilər həmişə diqqətimi çəkirdi. 17 yaşımda Rəssamlıq Akademiyasına qəbul oldum. Ancaq uşaqlıqda gözlərim zəif görürdü. Bunu nə mən, nə də ailəm bilib. İlk dəfə müəllimim müşahidə etmişdi və valideynimə bildirmişdi ki, uşağınız löhvəyə baxıb gözlərini qırpır. Bundan sonra yoxlanışdan keçdim və həkim eynək taxmağımı məsləhət gördü. Ancaq mən eynək taxmaq istəmirdim. Alternativ olaraq gözümə linza qoyuldu. Bundan sonra gördüm ki, gözəl rəsmlər çəkirəm. Ətrafımdakı insanlar da bununla razılaşırdı. Elə o zamandan həvəsim çoxaldı, sərgilərim oldu, fərdi rəssam kimi fəaliyyət göstərdim. Film izləmək, kitab oxumaq kimi fəaliyyətlər rəssamlıqda mənə fikirlər yaratmağa kömək edirdi.

- Hazırda magistr təhsili alırsınız. Bununla bağlı nə deyə bilərsiniz? NABA-da təhsil almaq sizə nə qatır?

- Çox şey qatıb. Marağım yalnız rəssamlığa deyil. Təşkilatçılıq və kuratorluq sahəsini daha çox sevirəm. Ona görə də ötən il Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi və təqaüdü ilə NABA (Nuova Accademia di Belle Arti) universitetində “Visual Arts and Curatorial Studies” kuratorluq ixtisasına qəbul aldım.

Bu sahə özü də bir yaradıcılıqdır. Rəssam olduqdan sonra bunun geniş bir sahə olduğunu gördüm. Gələcəkdə öz sahəmdə daha da inkişaf edərək Azərbaycan incəsənətinin dünyada tanınmasına töhfə vermək, hərrac evində işləmək və şəxsi qalereyamı açmaq ən böyük arzularımdandır.

Mən əsərlərimi adətən yağlı boyalarla çəkirəm. Əslində, klassik tərzdə əsərlərim var. Karantində fikirləşdim ki, mən göstərmək istədiyim əsərləri yaratmalıyam. Hissləri və sevgini aşılamaq istədim. Bununla da əsərlərə daha abstrakt formada yanaşmağa başladım, amma fiqurativliyi də saxladım. Çünki müəllimlərim də məni belə yetişdirib. Öncəliyim abstrakt olub. Ancaq ümumi yanaşdıqda görə bilərsiniz ki, əsərlərimdə fiqur, portret və s. var.

- Ənənəvi rəssamlıq haqqında nə deyə bilərsiniz?

- Ənənəvi rəssamlar biz gənclər üçün çox vacibdir, çünki onlardan təcrübə olaraq faydalanırıq. Akademiyada oxuyanda italiyalı rəssam, Barokko rəssamlığının ilk böyük sənətçisi Mikelancelo Merisi de Karavaççonun əsərlərini kopya edirdik. Amma biz indiki zamanı göstərməliyik. Müasir rəssamlıqda texnologiyalardan istifadə edirik. Bu gün o qədər texnologiya var ki, hamısı bizim üçün yeni bir təcrübədir. Mən bəzən planşetdə “digital art”la məşğul oluram, ona da marağım var.

- İnsanların saatlarla əyləşib portret çəkdirməsinə necə yanaşırsınız?

- Biz bakalavrda oxuyanda saatlarla əyləşib bir insanı çəkirdik. Çünki şəkildən çəkəndə o insanı 2D formatında görürük. Amma canlı olanda bütün formaları görə bilirik. Çəkdiyimiz insanın mimikalarını bilmək lazımdır. Yəni rəssam həm də bu cəhətdən anatomiyanı bilməlidir. Amma indi bu hallar çox az olur. Çünki insanlarda səbir yoxdur.

- Bir qadının portreti daha cəlbedicidir, yoxsa kişinin?

- Tarixdə həmişə qadın şəkilləri daha çox diqqət kəsb edib. Qadın portreti daha maraqlıdır, çünki onlarda daha çox mistika var. Amma düşünürəm ki, bu, bərabərdir, əsas insandır. Yəni şəkildə qadın və ya kişini yox, əsas insan hisslərini ifadə edə bilməkdir. Onun xarakterini göstərmək vacibdir.

- Rəssamlıqda pul qazanmaq asandır?

- İndiki zaman üçün bu, daha asanlaşıb. Çünki solo sərgilər və onlayn şəkildə satış edə bilirik. Amma hər halda çətinlik olur. İnsanların marağının artması isə yaxşı şeydir. Fikrimcə, 10 il öncə əsərlərə, sərgilərə bu qədər maraq olmayıb.

- Düşünmürsünüz ki, rəssamlıq passiv peşədir?

- Bu fikirlə razılaşmıram. Çünki rəssam harada olmağından asılı olmayaraq, hər an hisslərlə yaşayır və o hissləri göstərir. Rəssam sadəcə emalatxanada aktiv deyil, onun üçün ən adi bir hiss motiv ola bilər. Qətiyyən passiv sənət deyil, rəssam həmişə dünyanı gəzib-görməli, insanlarla ünsiyyətdə olmalıdır ki, kompozisiyanı tuta bilsin. Mən təbiəti, dənizi çox sevirəm, əsər yaratmaq üçün ilhamlandırır.

- Bildiyiniz kimi, bir neçə ay bundan öncə Mauritsio Kattelanın divara yapışdırılmış banan olan “Komediyaçı” adlı sənət obyekti 6,2 milyon dollara satıldı. Satıldıqdan sonra banan yeyildi. Bu haqda nə düşünürsünüz? Sizcə, bu əsərin mahiyyəti nə idi?

- Əslində, bu əsərin çox dərinliyinə getmək lazım deyil. Çünki əhəmiyyəti də adı kimidir, yəni, gülüş yaratmaq, komediyaya səbəb olmaq. Bu, özü də bir yaradıcılıqdır. Ancaq buradakı gülüş satiradır. Elə onun 6 milyona satılması və yeyilməsi də satirik məna kəsb edir. Həmin rəssam yaradıcıdır, kuratordur. Onun çox sərgilərində olmuşam. Yəni mənim yanaşmam müsbətdir, bu, karikatura sayılır. Mən düşünürəm ki, bu əsər tarixə düşəcək.

- Sizi rəsm çəkərkən motivasiya edən nədir? Bu zaman musiqi dinləyirsiniz? 

- Musiqi mənim üçün ən böyük motivasiyadır. Mən həm də musiqi ilə məşğul oluram. O da bir ayrı dünyadır. Həmişə, rəsm çəkəndə fonda musiqi olur. Rok tərzini çox sevirəm. İngilis müğənni-bəstəkar David Boyeni sevərək dinləyirəm. Amma hər əsərin özünəməxsus fərqli musiqi tərzi var. Məsələn, dinamik əsər olanda ona uyğun mahnı seçirəm. Azərbaycan mahnılarını da çox sevirəm.

İtaliyada yaşayan müsahibim Şövkət Ələkbərovanın mahnılarını çox bəyəndiyini də bildirir.

Müsahibə bitir, kameranı söndürürük. Cəmilə bəzi əsərlərində məşhur sənətçinin “Söz olmasaydı” mahnısından ilham aldığını da qeyd edir. Rəsm çəkərkən hisslər motivasiya mənbəyi olsa da, onu yaradan, ərsəyə gətirən görən gözlərdir.

Mahnıda da deyildiyi kimi, o qara göz olmasaydı, əhdimiz düz olmasaydı...

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:32
embedMənbə:https://pravda.az
archiveBu xəbər 04 Aprel 2025 21:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həftəsonu istirahətə gedənlərə XƏBƏRDARLIQ

05 Aprel 2025 14:03see118

Uşağı aparmaqdan imtina edən taksi sürücüsü yoxlanılacaq…

05 Aprel 2025 23:06see117

Azərbaycan Premyer Liqasında XXIX tur

05 Aprel 2025 14:10see116

Premyer Liqa futbolçusu əməliyyat olundu mövsümü erkən bitirib

06 Aprel 2025 00:07see116

Tramp rüsum tətbiq etdi: Türkiyə üçün faydalıdır?

05 Aprel 2025 16:09see116

Pekin ABŞ dən qisas alır: TikTok un satışı dayandırıldı

05 Aprel 2025 12:17see116

Rusiya PUA larını tanımaq çox asandır Jluktenko

05 Aprel 2025 08:00see116

“Komandanı bu durumdan çıxarmaq üçün öz yolumuzdan əl çəkməyəcəyik”

05 Aprel 2025 21:20see114

Mask Avropada terror təhlükəsi barədə xəbərdarlıq etdi

06 Aprel 2025 03:36see114

Sənayi Azərbaycana niyə gəlmişdi? ŞƏRH

05 Aprel 2025 15:46see113

Genlər musiqidən həzz almaq qabiliyyətinə təsir edir TƏDQİQAT

05 Aprel 2025 04:31see113

Damlanın Naxçıvanda çətin anları VİDEO

05 Aprel 2025 10:49see113

Premyer Liqa: Bu gün XXIX tura start veriləcək

05 Aprel 2025 09:09see112

İlon Maskdan dəhşətli proqnoz: Kütləvi qətliamlar olacaq

05 Aprel 2025 21:25see112

Bacısı qızının toyuna gedən şəxs öldü

05 Aprel 2025 23:20see109

Tikinti materiallarının ixracında ən böyük problem nədir? Ekspert

05 Aprel 2025 04:01see109

Makron hazırdır, Starmer yox

05 Aprel 2025 08:35see108

Bayer 90+1 ci dəqiqədə sevinib, Ştutqart dan səfərdə 4 cavabsız qol VİDEO

05 Aprel 2025 23:03see106

Dedik güldük, dalaşdıq, indi iş vaxtıdı, Abasov! YAZI

07 Aprel 2025 00:54see106

“Kəpəz” “Sabah”a, “Zirə” “Qarabağ”a qarşı YENİLƏNİR

06 Aprel 2025 08:23see106
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri