Icma.az
close
up
RU
“Gözümüzün önündə Əhmədin başını...” XOCALIDA GİROV GÖTÜRLƏN ŞƏXS GÖRDÜKLƏRİNİ DANIŞDI

“Gözümüzün önündə Əhmədin başını...” XOCALIDA GİROV GÖTÜRLƏN ŞƏXS GÖRDÜKLƏRİNİ DANIŞDI

Avtosfer -dan alınan məlumata görə, Icma.az bildirir “Gözümüzün önündə Əhmədin başını...” XOCALIDA GİROV GÖTÜRLƏN ŞƏXS GÖRDÜKLƏRİNİ DANIŞDI.

2000-2001-ci il idi təqribən...

Mən hələ o illərdə məktəbə getmirdim, amma məndən 2 yaş böyük qardaşım 1, ya 2-ci sinifdə oxuyurdu. Babam 4-5 yaşımdan mənə əlifbanı, rəqəmləri öyrətdiyi üçün qardaşımın dərsləri mənə maraqlı gəlirdi. İndi ibtidai siniflərə hansı fənlər tədris olunur, bilmirəm. Çünki biz məktəbi bitirdikdən sonra təhsil sisteminə dəyişiklik edildi və ola bilsin ki, bəzi dərsliklər ləğv edildi. O vaxt bizə “Oxu” adlı fənn tədris olunurdu. Qardaşımın həmin dərsliyində bir şeir görmüşdüm, hər cümləsi qan, hər cümləsi kədər, xatirə dolu. Şeirin tamamı yadıma düşməsə də, sonradan şeirin Zəlimxan Yaquba aid olduğunu öyrənə bilmişdim:

“Qaçdı Novruzun tamı,

Kimdi yandıran şamı?

Yas elədin bayramı,

Layla, Xocalım layla.

Dərdin kimi acı yox,

Ağrı var, əlacı yox.

Ağlamağa bacı yox,

Layla, Xocalım layla”.

Bu misraların mənasını o vaxt başa düşmürdüm. Elə Xocalının “kim” olduğunu, “nə” olduğunu da. Babamdan “Novruz bayramında nə baş verib, Xocalı kimdi ona layla deyirlər şeirdə” deyə soruşmuşdum. O da əvəzində “Xocalı bizim torpaqlarımızdan biridir, düşmənimiz camaatı döyüb, öldürüb, əlimizdən aldı” demişdi. O vaxtlar babamın “döyüb, öldürüb” dediyi ifadələri mən məhəllədə qonşu Elşadla, Vüsalla dalaşmağım kimi təsəvvür eləmişdim. Çünki düşmən anlayışını hələ təsəvvür edə bilmirdim. O yaşlarda bir uşaq üçün vacib olan onun oyuncağı, ona aid olan əşyanın əlindən alınmamasıdır və mən də “Xocalı” adlı torpağın nə olduğunu dərk edə bilmədiyim üçün babamın dediklərini sadəcə öz dərrakəm ölçüsündə başa düşmüşdüm.

Məktəbə gedəndə dərsliklərin ilk səhifəsində “Unutmayaq!Unutdurmayaq!” başlıqlı guşəni gördüm. Eyni guşə sinif divara vurulan uşaqlarının siyahısının yanında da var idi. Bu guşədə Qarabağ bölgəsindəki ərazilərin işğal tarixləri yazılmışdı. Bizə bu tarixlər əzbərlətdirilirdi. Məktəb tərəfindən hər il Xocalı soyqırımı  günündə Sumqayıtdakı Şəhidlər Xiyabanı və Xocalı abidəsinə aparılırdıq. Burada hər kəs şəhidlərə, Xocalıya aid şeirlər səsləndirilirdi. Hər məktəbdən, hər sinifdən də yaxşı intonasiyası olan şagirdləri seçirdilər və bizim sinifdən də mən, Murad və Şəfiqə seçilirdik hər dəfə. Məktəbdə bizə öyrədilənlər, babamın bizə danışdıqlarından sonra bildim ki, Xocalıda mənə aid olan xalqa elə bir qiyam tutulub ki… Düşmən qarşısına çıxan 92 yaşlı Sərvinaz xalanı da, hələ 1 yaşı tamamlanmamış Ayşəni də onlara heç bir zərərləri olmayacaqlarını bildikləri halda qətlə yetiriblər.

İllər keçdi, həm texnologiya inkişaf etdi, həm jurnalistika. Xocalı soyqırımının şahidləri, əsirlikdən xilas olmağı bacaranlar televiziyalara müsahibələr verdikcə bu adamların yaşadıqları gözümün önündə canlanmağa, məhəllədəki Elşada, Vüsala topumu götürdükləri üçün olan əsəb öz yerini xalqıma qarşı törətdikləri üçün mənfurlara nifrətə verdi. Yaxşı ki, universitetdə təhsilimin 3-cü kursuna qədər ANS adlı kanalı tanımaq şansım oldu. Məhz bu kanalın sayəsində Azərbaycan Xocalıda baş verənlərlə bağlı məlumatlana bilmişdi. Deyərdim ki, hardasa mənlə yaşıd olan, “90-cı illərin uşaqları” Xocalını məhz ANS-in reportyoru Çingiz Mustafayevin videoları əsasında tanıyıb. Hansı ki, məhz Xocalıda şaxtada donan, daşla, silahın qundağı ilə başı partladılan, güllələnən, başının dərisi soyulan Xocalı sakinlərinin düzən ərazidə meyitlərinin görüntülərini qeydə almışdı. Bax, Çingizin çəkdiyi o məşhur “üzünü qaldır, üzünü” dediyi videodakı uşaqla öyrənmişdik biz Xocalını. Bəlkədə Çingiz Mustafayev olmasa idi Xocalıda baş verənlərdən, düşmənin namərdcə qoca, qadın, uşaq demədən önünə çıxanı öldürməsindən, öldürməsi kifayət etməmiş kimi meyitlərə belə şiddət göstərmələrindən nə Azərbaycanın, nə də dünyanın xəbəri olmayacaqdı. Çünki reportyorluq, hadisə yerindən çəkiliş etmək ənənəsi Azərbaycanda yeni idi və Çingiz bu ənənənin ən gərəkli sütunu rolunu üzərinə götürmüşdü.

Bu gün Ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımından 33 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə - azərbaycanlılara qarşı soyqırımı törədib.

Əsrin faciəsi olan Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

8 ailə... Yəni bu 8 ailə ilə bağlı heç bir irs, heç bir xatirə mövcud deyil.

Xocalıda baş verən verən soyqırımı nəticəsində qətlə yetirilən 613 nəfərdən 68-i Xocalı şəhər sakini Ceyran Əzizovadır. Avtosfer.az-a müsahibə verən Ceyran xanım deyib ki, mən fevralın 13-ü sonuncu vertalyotla şəhərdən çıxandan sonra bir daha Xocalı ilə əlaqə mümkün olmayıb:

“1992-ci ilin fevralın 11-i ermənilər Malıbəyli və Quşçular kəndlərində evləri yandıraraq sakinləri kənddən çıxmağa məcbur etdilər. Həmin gün Milli Ordunun özünümüdafiə dəstələri qərar verdilər ki, rayonda azərbaycanlılar yaşayan yeganə kənd Xocalı qalıb, ona görə də ermənilərin hücum edəcəyi növbəti kənd bizimki olacaq, qocaları və uşaqları, xəstələri kənddən çıxarmaq lazımdır. Biz ayın 12-si gəldik aeroporta, xəstələri çıxartdılar, mənə yer olmadı, 13-ü günü yenidən aeroporta gələndə dağların arası ilə ağır yük vertolyotunun gəldiyini gördük. Həmin vaxt övladlarımın birinin 2, digərinin 1 yaşı var idi. Aeroporta gələnlərin də sayı çox idi. Vertolyotun qapısı açıldı, Elman müəllim (red. Xocalının o vaxtkı icra başçısı, deputat Elman Məmmədov), bir də çox güclü döyüşçülərimizdən olan Elbrus adlı oğlan mənim 2 uşaqla gözlədiyimi görüb bizi vertolyotdakı pilot kabininə mindirdi. Yoldaşım biz təyyarəyə mindikdən sonra geri, Xocalıya qayıtdı. Səmaya qalxdıqdan sonra ermənilər vertolyotla bizi atəşə tutmağa başladı, “18 çaplı” silah deyirdilər, onunla. Birtəhər Xocalıdan uzaqlaşıb axşam saat 8-də Gəncə aeroportuna çatdıq. Vertolyotdan düşəndə gördüm ki, anam da bizimlədir. Bacımın yoldaşı Gəncədə polis işləyirdi, o bizi və Xocalının polis rəisi Sabir Məmmədovu götürüb apardı. Sonra o qədər narahat qaldım ki rayonumuzdan ötrü, ailə üzvlərimdən ötrü, qayıtmaq istədim. Çünki biz rayondan çıxanda yoldaşımın temperaturu yüksək idi. Günlərlə səngərlərdə qalmaqdan xəstələnmişdi. Biz Ağdamda yaradılan qərargaha yerləşdirildik. Orada Xocalı ilə əlaqə saxlamaq mümkün idi.

Fevralın 25-i mən əmimlə danışanda o mənə dedi ki, rayon işğal altına düşür, artıq sondur. Səhəri gün uşaqların qidalanması üçün ərzaq almağa Ağdam bazarına çıxmışdım. Orada qadınlar öz aralarında söhbət edirdilər ki, Xocalıişğal olunub, rayondakı hamını qırıblar, cəmi 30 nəfər sağ çıxa bilib. Aldıqlarımı hara atdığımın belə fərqində olmamışdım. Qayıtdım qərargaha, bacımı da götürüb taksi tutduq, Ağdam xəstəxanasına getdik. Çatanda gördük ki, bibimin qızları, nəvələri, gəlinimizin anası yaralı vəziyyətdə oradadır, qan köçürülür. Hamısının qolları, ayaqları güllələnib. Xəstəxanadan çölə çıxanda hərbi UAZ avtomobilinin içində meyitlər qalaq-qalaq idi. Bir qadın ağlayaraq “ay Elzamin” deyə qışqırırdı. O qadının uşağını ermənilər girov götürmüşdü. 33 ildir ki, o qadının səsi qulağımdan getmir...

Sonra getdik Ağdamın Şelli kəndində Xocalı camaatının gələ biləcəyi bir dərə var idi, orada gözlədik. Nə atam gəldi, nə yoldaşım, nə bacım. Heç kim gəlmədi. 5 gün sonra atamı donmuş halda gətirdilər, o da xəstəxanada vəfat etdi. Mart ayının 3-ü “KamAz”la 86 meyit gətirdilər. Gələnlərin arasında yoldaşım, qaynım, qaynımın 17 yaşlı oğlu, baldızımın əri, yoldaşımın xalasının əri... Yoldaşımın qohumlarından bəzilərinin cansız bədənləri gətirildi, amma mənim qohumlarımdan heç kim. Hamısı itkin düşmüşdü. 5 nəfəri bir gün içində torpağa tapşırdıq”.

Ceyran Əzizova deyib ki, Xocalı ilə bağlı yaralar heç vaxt sağalmasa da, ermənilərin törətdikləri cinayətlər də cəzasız qalmadı:

“Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə sağlamlıq yetirsin, onların sayəsində biz doğma yurdumuza qayıda bilmişik. 2024-cü il mayın 28-i Prezidentin imzaladığı “Böyük Qayıdış” Dövlət Proqramı ilə Xocalıya qayıdan ilk ailələrdən biri də bizim ailəmizdir. Mehriban Əliyevanın Xocalıdakı evlərin açarını təqdim etdiyi şəxslərdən biri də mən idim. Biz cənab Prezident İlham Əliyevin dərin siyasətinin və ordumuzun sayəsində öz evimizə qayıda bilmişik. Ona minnətdarlığımı bildirirəm.

Faciədən bir müddət sonra o vaxtkı hakimiyyət bizi bir yeməkxanaya yerləşdirmişdi. Çox bərbad vəziyyətdə yaşamağa məcbur qalmışdıq. Bu yeməkxana da ancaq səhər 8-də işləyirdi. Uşaqların digər saatlarda nə yeyəcəyini düşünərək, ac-susuz günlərlə yaşamalı olmuşuq. Ancaq camaat bizə kömək edirdi. Bizə çirkli, cırıq-deşik paltarlar gətirilirdi. Heç bir diqqət göstərilmirdi. Bir müddət sonra yalnız işləməyim mümkün olmuşdu, onda artıq birtəhər uşaqları böyüdə bildim”.

Xocalının digər sakini, girov götürülənlərdən biri də Mürvət Məmmədov saytımıza müsahibəsində deyib ki, 6 gün erməni vəhşiliyi ilə üz-üzə qalmalı olub:

“Fevralın 26-sı atamı və qardaşım qətlə yetirildi. Atam Məmməd və böyük qardaşlarım Söhbət və Möhlət də Xocalıdakı könüllü batalyonlara qoşulmuşdu. Ermənilərin “Qrad”la vurduğu bizi xilas etmək üçün gələn vertolyotdan sonra hər yerlə əlaqəmiz kəsildi. Əhalini işıqsız, qazsız, susuz, ərzaqsız qoymuşdular.

25-i saat 11-də atəşə başladılar, raketlə, topla. Gecə 3-də maşınlarla, tankarla kəndə girdilər, başladılar evləri yandırmağa.

Blaca qardaşımın ad günü idi. Ermənilər qardaşıma dedilər ki, silah versək, atarsan? O da, “hə” dedi. Bir erməni  avtomatının lüləyini qardaşımın əlinin içinə qoyub atəş açdı. Dedi ki, bu sənə bizdən ömürlük ad günü hədiyyəsi olsun.

Əsirlikdə olanda bizə hər cür işgəncə verdilər. Orada bizimlə girov götürülən Əhməd adında bir oğlan var idi, ermənilər gözümüzün qabağında onun başını bıçaq kəsib futbol oynayırdılar, təpikləyirdilər”.

Mürvət Məmmədov sonda ölkə başçısı İlham Əliyevə və torpaqlarımız uğrunda canından keçən əsgərlərimizə minnətdarlığını bildirib.

“Prezidentimiz Xocalı camaatının qanını yerdə qoymadı. Ermənilərin qan tökərək, cinayət törədərək işğal etdiyi torpaqları onlardan siyasətlə azad etdi. Biz son nəfərimizə kimi qalıb kəndi müdafiə etdik, amma onlar? Onlar çox yaxşı bilirdilər ki, bu torpaqların əsl sahibləri bir gün geri dönəcək. Xalqımızın öz vətəni uğrunda canını belə gözə alaraq torpaqlarının azadlığına qalxması ermənilər üçün yad davranışdır. Onlar başa düşürdülər ki, ayaq basdıqları torpaq başqasına məxsusdur. Ona görə də döyüşmədilər, qaçıb getdilər.

Torpaqlarımızın işğalı ilə bağlı Çingiz Mustafayevə də minnətdaram. Allah ona da rəhmət eləsin. O olmasa, Xocalıda soyqırımının törədildiyindən kimsənin xəbəri olmazdı. Bizim səsimizin dünyaya çatdırılmasında ən böyük əmək ona məxsusdur. Məhz onun çəkdiyi videolara görə bu gün bir çox dövlətlər Xocalının, Qarabağın Azərbaycana məxsus olduğunu dilə gətirməyə məcbur olur”.

Xocalı soyqırımı Azərbaycanın sağalmaz yarasıdır. Bu yaranın intiqamını həm Vətən müharibəsində, həm də 2023-cü ildə təşkil olunan antiterror əməliyyatları zamanı alsaq da, torpaqlarımızı azad etsək də, düşmənimizin hansı psixologiyaya sahib olduğunu, xalqımıza qarşı törətdiklərini unutmamalıyıq.

Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” istiqaməti üzrə hazırlanıb.

Müəllif: Səfər Əlizadə

Hadisənin gedişatını izləmək üçün Icma.az-da ən son yeniliklərə baxın.
seeBaxış sayı:49
embedMənbə:https://avtosfer.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

20 dərəcə şaxta, qar... Xəbərdarlıq

25 Fevral 2025 16:34see193

Zelenski prezidentlikdən gedir?

25 Fevral 2025 01:01see178

Zelenskidən fərqli olaraq, Putinə diktator demədi

24 Fevral 2025 23:02see126

Vaşinqtonun yeni siyasəti və ya Tramp Zelenski əleyhinə

25 Fevral 2025 20:15see126

Balıq qiymətləri əl yandırır Ekspert səbələrdən danışdı

24 Fevral 2025 14:23see125

Brent bir barel üçün 74,42 dollara ticarət edilir

24 Fevral 2025 22:47see125

Bu ailələrə ŞAD XƏBƏR

25 Fevral 2025 14:15see124

Zelenski: Müharibəni bu il bitirə biləcəyimizə ümid edirəm

25 Fevral 2025 00:38see122

Ayaz Qasımov bu vəzifədəçalışacaq

25 Fevral 2025 17:47see118

Bakıda Pakistan Ticarət Palatasının nümayəndəliyi təsis ediləcək

24 Fevral 2025 21:57see116

Bu gün sizi nə gözləyir? BÜRCLƏR

26 Fevral 2025 00:09see116

Müharibə bir neçə həftə ərzində başa çata bilər Trampdan açıqlamalar

24 Fevral 2025 23:24see115

Cərimələr artsa da NƏTİCƏ VERMİR...

25 Fevral 2025 21:37see115

Tədqiqatçılar danışıq qabiliyyəti ilə əlaqəli yeni gen variantı aşkarlayıblar

26 Fevral 2025 03:34see114

Xocalı soyqırımı təcavüzkar erməni siyasətinin ən qanlı səhifəsidir

24 Fevral 2025 14:21see114

Temu göndərişlərini yoxlamaq üçün xüsusi nümayəndə ayrıldı

25 Fevral 2025 18:25see113

Artıq Xocalı qurbanlarının xatirəsi zəfər qüruru ilə anılır Sevil Mikayılova

25 Fevral 2025 16:22see113

Byanka Senzori bu dəfə ÇADRA geyindi

25 Fevral 2025 06:02see110

Leyla Əliyeva Forumda iştirak edir FOTOLAR

25 Fevral 2025 09:44see109

Sabunçuda 15 nəfərin ölümünə görə Səbuhi Xanhüseynov həbs edilib

25 Fevral 2025 20:38see107
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri