Icma.az
close
up
RU
® “GRAND CEO Breakfast” dövlət və özəl sektorun yeni əməkdaşlıq platforması

® “GRAND CEO Breakfast” dövlət və özəl sektorun yeni əməkdaşlıq platforması

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Caspian Energy Club” və Azərbaycan Milli Biznes Assosiasiyası (MİLLİ.BİZ) tərəfindən “GRAND CEO Breakfast” təşkil olunub. Bu barədə “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev məlumat verib.

İşgüzar səhər yeməyi formatında təşkil olunan görüş çərçivəsində tədbir tarixində ilk dəfə olaraq “Caspian Energy Club” ilə uzun illərdir əməkdaşlıq edən və yaxın tərəfdaşlıq münasibətləri quran dövlət qurumlarının rəhbər heyəti iştirak edib. Eyni zamanda, “GRAND CEO Breakfast”da ənənəvi qaydada “Caspian Energy Club”ın üzvləri, dövlət və özəl iri holdinq sahibləri və rəhbərləri, iri, orta və kiçik sahibkarlar, eləcə də klubun uzunmüddətli strateji tərəfdaşları da iştirak ediblər.

Dövlət qurumlarının və özəl sektorun 100-dən artıq nümayəndəsinin iştirakı ilə keçirilmiş tədbirin əsas məqsədi dövlət qurumları ilə özəl sektor nümayəndələri arasında ünsiyyətin gücləndirilməsi, qeyri-rəsmi formatda aktual məsələlərin müzakirəsi və biznes ictimaiyyəti ilə dövlət strukturları arasında qarşılıqlı əməkdaşlığın inkişafına töhfə vermək olub.

Tədbirin fəxri qonaqları sırasında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədr müavini İlqar Həsənov, Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəis müavini İsmayıl Nəsirov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Nərmin Mirzəyeva, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov və Dövlət Gömrük Komitəsinin Gömrük Siyasəti Baş İdarəsinin rəisi Rövşən Namazov yer alıblar.

"GRAND CEO Breakfast” formatının əsası 2002-ci ildə qoyulub. Layihə ilk növbədə aparıcı neft-qaz, enerji və servis şirkətləri ilə SOCAR (həmin dövrdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) arasında birbaşa ünsiyyətin və əməkdaşlığın qurulması məqsədilə yaradılıb. Eyni zamanda, platforma SOCAR-ın beynəlxalq tərəfdaşları ilə işgüzar əlaqələrin inkişaf etdirilməsinə xidmət edib.

Bu gün də öz aktuallığını qoruyan "GRAND CEO Breakfast” formatı sahibkarlar tərəfindən böyük maraqla qarşılanır. Ümid edirik ki, bu format gələcəkdə də öz əhəmiyyətini qoruyacaq, işgüzar dairələri bir araya gətirməyə və yeni əməkdaşlıqların formalaşmasına töhfə verməyə davam edəcək", - Telman Əliyev qeyd edib.

Qeyd edək ki, “GRAND CEO Breakfast” “Caspian Energy Club” və Azərbaycan Milli Biznes Assosiasiyası (MİLLİ.BİZ) tərəfindən mütəmadi olaraq təşkil olunan və ölkənin və regionun müxtəlif iri, orta və kiçik biznes subyektlərinin top-menecerlərini, rəhbər şəxslərini, sahibkarları və investorları bir araya gətirən ənənəvi biznes platformalardan biridir.

“Caspian Energy Holding” haqqında qısa məlumat:

İnvestisiya-konsaltinq holdinqi formatında fəaliyyət göstərən“Caspian Energy Holding” 2025-ci ildə “Caspian Energy” brendi altında birləşmiş bütün networking platformalar, media layihələr, forumlar və mükafatları vahid "Milli.Biz" ekosistemi daxilində konsolidasiya etmək məqsədilə təsis edilib. "Milli.Biz" ekosistemi əsasında “Caspian Energy Club”, Avropa ilə İqtisadi Əməkdaşlıq İctimai Birliyi və Azərbaycan Milli Biznes Assosiasiyası vasitəsilə 100- dən çox ölkədən olan sahibkarlara networking qurmaq imkanı yaradılacaq.

“Caspian Energy Holding”in tərkibinə aşağıdakı qruplar daxildir: “Caspian Energy Club”, “Caspian Energy Club International”, “Caspian Energy EXIFOR Group”, “Caspian Energy International Media Group”, “Award Organizers Group”, “Caspian Energy Research Group”,“Caspian Energy Entertainment Group”, “Caspian Energy Jobs Group”.

“Caspian Energy Club”a daxil olan sahibkarlar vahid "Milli.Biz" ekosistemi çərçivəsində hal- hazırda mövcud olan bütün xidmətlərlə yanaşı hüquq, maliyyə, turizm, konsaltinq və digər xidmətlərdən yararlana biləcəklər. "Milli.Biz" ekosisteminə inteqrasiya olunan qlobal loyallıq proqramı da tətbiq ediləcək.

2002-ci ildə dünyanın iri transmilli, dövlət və özəl neft-qaz və enerji şirkətləri tərəfindən yaradılan, mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən və dinamik inkişaf edən beynəlxalq biznes networking platformasıdır. “Caspian Energy Club” biznes-hökumət dialoqunun fəal iştirakçısıdır və əsas məqsədlərindən biri, Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasıdır.

“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini və dünyanın 63 şəhərində fəaliyyət göstərən xarici ofisləri vahid standartlar əsasında idarə etmək məqsədilə yaradılıb. Bu strukturun nəzdində idarə olunan və yaxın 7 il ərzində dünyanın 100 ölkəsində nümayəndəlik açılması planlaşdırılan Azərbaycan Milli Biznes Assosiasiyası (MİLLİ.BİZ) – ölkə daxilində və ölkə hüdudlarından kənarda Azərbaycan sahibkarlarını birləşdirən, regionlarda istehsal olunan məhsul və xidmətləri beynəlxalq bazarlara çıxaran, həmçinin regionlara beynəlxalq investisiyaların cəlb edilməsində aktiv rol oynayan vahid işgüzar platformadır. Qeyd edək ki, "Milli.Biz" ekosistemi 2034-cü ildə dövlətə təhvil olunacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 İyun 2026 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see700

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see334

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see331

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see304

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see292

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see291

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see288

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see271

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see266

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see263

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see253

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see247

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see247

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see226

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see222

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see209

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see207

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see205

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see201

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri