Icma.az
close
up
RU
Güc və söz döyüşü davam edir

Güc və söz döyüşü davam edir

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Hərbi zərbələr, siyasi ultimatumlar və yeni ittifaqlar gərginliyi pik həddə çatdırır

Yaxın Şərqdə gərginliyin artdığı və qlobal güclər arasında qarşıdurmanın yeni mərhələyə keçdiyi bir dövrdə baş verənlər beynəlxalq gündəmin əsas xəttini müəyyənləşdirir. ABŞ/İsrail–İran qarşıdurmasının hərbi və siyasi müstəvidə dərinləşməsi, region ölkələrinin və beynəlxalq aktorların prosesə daha açıq şəkildə cəlb olunması ilə müşayiət olunur. Sözügedən kontekstdə dünən – aprelin 1-nin media icmalını oxucuların diqqətinə çatdırırıq.

“NBC”: Birləşmiş Ştatlar İrana qarşı hərbi əməliyyatı yaxın iki-üç həftə ərzində başa çatdırmaq niyyətindədir. Bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib: "Hesab edirəm ki, biz bunu iki-üç həftə ərzində başa çatdıracağıq, çünki davam etmək üçün heç bir əsasımız yoxdur”. O qeyd edib ki, Tehranın Vaşinqtonla sövdələşməyə gedib-getməməsindən asılı olmayaraq, əməliyyat başa çatdırılacaq.

“Al Hadath”: İranın məhkəmə hakimiyyətinin rəhbəri Qulamhüseyn Möhsüni-Ejei Tehrana endirilən aviazərbə ilə öldürülüb. Mənbələrin məlumatlarına görə, "Möhsüni-Ejeinin Tehranda həlak olması barədə məlumatlar daxil olur". Hazırda İran rəhbərliyinin rəsmi nümayəndələri bu məlumatla bağlı hər hansı bəyanatla çıxış etməyiblər.

“Buenos Aires Times”: Argentina hakimiyyəti İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) terror təşkilatları siyahısına daxil edilməsi barədə qərar qəbul edib. Müvafiq məlumatı Argentina Prezidenti Xavyer Mileyin administrasiyası yayıb.

“The Wall Street Journal”: “Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Hörmüz boğazının blokadadan çıxarılmasında Birləşmiş Ştatlara hərbi yardım göstərməyə hazırlıq görür ki, bu da həmin ölkəni İrana qarşı hərbi əməliyyatlara birbaşa cəlb olunan ilk Fars körfəzi dövlətinə çevirəcək”. Nəşrin məlumatına görə, Əbu-Dabi bu cür hərəkətlərə hüquqi əsas verəcək qətnamənin BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilməsinə çalışır.

“Fox News”: ABŞ Dövlət katibi Marko Rubio İrana qarşı hərbi əməliyyatın uğurla irəlilədiyini bildirib. Bu barədə o, "Fox News"a müsahibəsində danışıb. Onun sözlərinə görə, qarşıya qoyulan tapşırıqlar vaxtında və ya nəzərdə tutulmuş plandan əvvəl yerinə yetirilir, missiyanın başa çatması isə artıq uzaqda deyil. "Bu nə bu gün, nə də sabah olacaq, lakin bu, mütləq baş verəcək", – Rubio əməliyyatın sonu ilə bağlı suala cavab verərkən bildirib.

“Mehr”: ABŞ İranın paytaxtı Tehranda özünün keçmiş diplomatik nümayəndəliyinin binasına zərbə endirib. Məlumata görə, təkcə ABŞ-ın keçmiş diplomatik missiyasının binası deyil, həm də onun yaxınlığında yerləşən kommersiya obyektləri də zədələnib. Hələlik endirilən zərbə zamanı xəsarət alanlar barədə məlumat daxil olmayıb.

“Al Jazeera”: İsrail Hərbi Hava Qüvvələri "Qüds" qüvvələrinin Livandakı korpusunun mühəndislik bölməsinin rəhbəri Mehdi Vəfaini öldürüb. İsrail tərəfinin məlumatına görə, zərbə martın 31-də kəşfiyyat məlumatları əsasında Məhlət rayonuna endirilib. Nəticədə mühəndislik bölməsinin rəhbəri vəzifəsini tutan mühəndis Mehdi Vəfai həlak olub.

“The Telegraph”: ABŞ Prezidenti Donald Tramp ölkəsinin NATO-dan çıxması imkanını ciddi şəkildə nəzərdən keçirdiyini bəyan edib. ABŞ lideri bunu Britaniyanın "The Telegraph" qəzetinə müsahibəsində bildirib. O, bu qərarını Alyansın İsrail və ABŞ-nin İrana qarşı kampaniyasına qoşulmaması ilə əsaslandırıb. Tramp Alyansı "kağız pələng" adlandıraraq ABŞ-nin müdafiə müqaviləsindən çıxması məsələsinə yenidən baxılmayacağını deyib.

“Reuters”: Böyük Britaniyanın Baş naziri Kir Starmer xarici təzyiqlərə və siyasi bəyanatlara baxmayaraq, yalnız ölkənin milli maraqları çərçivəsində hərəkət edəcəyini bildirib. ABŞ lideri Donald Trampın ölkənin NATO-dan çıxa biləcəyi barədə fikirlərini şərh edən Starmer təşkilatın dünyanın ən effektiv hərbi ittifaqı olaraq qaldığını və iştirakçılarının təhlükəsizliyini təmin etdiyini vurğulayıb.

“BBC”: ABŞ və İsrail İranın mərkəzi və cənub-qərb hissələrindəki poladtökmə komplekslərinə zərbə endirib. İlkin qiymətləndirmələrə görə, İranın ən böyük şirkətlərindən biri olan və mərkəzi İsfahan əyalətində yerləşən "Mobarakeh Steel Company" polad şirkətinin istehsal bölmələrinə ciddi ziyan dəyib. Bundan başqa, "Sefid Dasht Steel" və "Khuzestan Steel" şirkətlərinə də zərbə endirilib.

“IDF”: Beyrutda "Hizbullah" qruplaşmasının "Cənub cəbhəsi"nin komandanı Hacı Yusif İsmayıl Haşim öldürülüb. Bu barədə İsrail Müdafiə Ordusunun (IDF) mətbuat xidmətinin məlumatında deyilir. Məlumata görə, əməliyyat İsrailin hərbi kəşfiyyat və Şimal Komandanlığının rəhbərliyi altında Hərbi-Dəniz Qüvvələri tərəfindən həyata keçirilib. Qeyd olunub ki, Haşim 2024-cü ilin sentyabrında Əli Karakinin öldürülməsindən sonra "Cənub cəbhəsi"nə rəhbərlik etməyə başlayıb.

“Tasnim”: İran Fars körfəzi ölkələrindəki "Starlink" peyk internet rabitəsi stansiyalarını özünün "qanuni hədəfləri" hesab edir. Məlumata görə, İslam Respublikası Bəhreyn, Küveyt və BƏƏ-də yerləşən stansiyalara hücum etməyi planlaşdırdığını açıqlayıb.

Hazırladı:
N.BEYDİYEVA
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 Aprel 2026 01:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see288

Beşbarmaq: əsrlərin sirrini qoruyan müqəddəs dağ

28 Avqust 2026 15:04see272

İnfarkt üçün yeni təsnifat hazırlandı

28 Avqust 2026 17:20see264

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see258

Qiymətlər niyə yüksəlir? Hörmüz boğazının təsiri nə qədərdir, digər amillər hansılardır?

28 Avqust 2026 13:00see254

Onlar üçün kiçik ailə biznesləri yaradıldı Fotolar

28 Avqust 2026 18:00see249

Bakıda Türkiyənin Zəfər Bayramı qeyd olundu

28 Avqust 2026 23:53see247

Rusiya niyə qəsdən valyutasını zəiflədir?

28 Avqust 2026 20:06see246

Cəmalanın 43 yaşı var...

28 Avqust 2026 21:07see241

Subayların sayı artır, biznes üçün YENİ BAZAR yaranır

28 Avqust 2026 15:40see238

Qardaşının pasportu ilə 15 günlük getdiyi ölkədə 33 il sonra tutuldu

29 Avqust 2026 03:52see216

Yorğunluq və unutqanlığın səbəbi...

28 Avqust 2026 15:56see212

Bu tələbələr təhsil kreditindən yararlana biləcək RƏSMİ

28 Avqust 2026 11:58see212

“Siyasi iradənin nəticəsində Özbəkistan daha açıq ölkəyə çevrilib” Mirziyoyev

28 Avqust 2026 20:13see212

Sinir sistemini dəstəkləyən yeddi ən yaxşı meyvənin adı açıqlandı

28 Avqust 2026 21:28see211

Pezeşkian: İran qonşu və region ölkələri ilə diplomatiyanı gücləndirməlidir.

29 Avqust 2026 03:52see210

“Mançester Siti”dən “Kristal Pelas”a 4 qol: Haland və Şerki dubl etdi VİDEO

29 Avqust 2026 01:33see209

Şənbə üçün nəzm

29 Avqust 2026 09:16see205

Milan A Seriyasında ardıcıl ikinci qələbəsini qazandı

29 Avqust 2026 01:42see199

Mədəniyyətlərin qovuşduğu məkan: “Alyans”da milli rəqs dərnəyi

29 Avqust 2026 14:31see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri