Güclü külək ağacları yollara və avtomobillərin üzərinə aşırıb FOTO
Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
İtaliyanın şimalındakı Emiliya-Romanya regionunda hökm sürən əlverişsiz hava şəraiti fəsadlar törədib.
Avtosfer.az xəbər verir ki, leysan yağışı və dolu Ravenna, Çervia və Rimini şəhərlərində daşqınlara səbəb olub, küçələri və iş yerlərini su basıb. İnsanlar avtomobillərdə köməksiz vəziyyətdə qalıblar.
Güclü külək ağacları yollara və avtomobillərin üzərinə aşırıb, bu, nəqliyyatın hərəkətinə mənfi təsir edib. Ağacların qatar relslərinə aşması nəticəsində Rimini-Ravenna dəmir yolu xəttində dayanmış qatardan 23 nəfər təxliyə olunub.
Bölgədə küləyin sürəti saatda 100 kilometrə çatıb. İnfrastruktura, çimərliklərdəki obyektlərə və avtomobillərə ziyan dəyib. Ziyanın miqyasını müəyyənləşdirmək üçün araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 24 Avqust 2025 17:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















