Güclü külək Xırdalanda faciə ilə nəticələnib: 68 yaşlı piyada avtobusun altında qalıb
Icma.az, Oxu.az saytına istinadən bildirir.
Fevralın 7-də güclü külək Xırdalan sakininin həyatına son qoyub. Belə ki, 517 nömrəli marşrut xətti üzrə hərəkət edən "Isuzu" markalı avtobus piyadanı vurub.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin DİN Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov bildirib.
"Hadisə 19:00-da baş verib. Xırdalan şəhəri ərazisində Sumqayıt şəhər sakini 1966-cı il təvəllüdlü A.Məmmədov idarə etdiyi sərnişin avtobusu ilə yolu keçən 1957-ci il təvəllüdlü C.Əsgərovu vurub. C.Əsgərov hadisə yerində ölüb. Abşeron Rayon Polis İdarəsində araşdırmalar aparılır", - deyə məlumatda əlavə edilib.
Əldə etdiyimiz məlumata görə, güclü külək səki ilə hərəkət edən 68 yaşlı piyada Cavanşir İlyas oğlu Əsgərovun yıxılmasına səbəb olub.
Nəticədə səkidən yolun hərəkət hissəsinə yıxılan şəxsin başı avtobusun təkəri altına düşüb. C.Əsgərov aldığı xəsarətlərdən həyatını itirib.
Məhərrəm Əliyev
Baxış sayı:114
Bu xəbər 10 Fevral 2025 13:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















