Icma.az
close
up
RU
Güclü tərləmənin GİZLİ SƏBƏBLƏRİ

Güclü tərləmənin GİZLİ SƏBƏBLƏRİ

Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tərləmə insan orqanizminin təbii funksiyasıdır. Tərləmə zamanı insan orqanizmindən toksiki maddələr ifraz olunur.

Bundan əlavə tərləmə termorequlyasiya prosesində (bədən hərarətinin lazım olan səviyyədə saxlanılması prosesi) iştirak edir. Ağır fiziki işlər zamanı və isti havada insan fəal şəkildə tərləyir. Dərinin üzərinə çıxan tər tez buxarlanır və bunun nəticəsində dəri soyur.

Saglamolun.az bildirir ki, insan emosional sarsılma, stress, həyacanlanma zamanı də daha güclü tərləyir. Bu da orqanizmin stresə qarşı olan təbii reaksiyasıdır.

Beləliklə, tərləmə təbii və insan orqanizminin normal fəaliyyəti üçün çox vacib olan bir prosesdir. Lakin bəzi hallarda tərləmə patoloji xarakter daşımağa başlayır. İnsan fikir verir ki, o, hətta soyuq havada və sakit vəziyyətdə olduqda çox güclü tərləyir. Bu hal "hiperqidroz" (lat. "hiper" - artırılmış, "hidro" - su) adlandırılır.

Bu hal müxtəlif xəstəliklərin və pozulmaların simptomu ola bilər. Bu səbəbdən əgər insan birdən-birə güclü və səbəbsiz tərləməyə başlayıbsa, buna diqqət yetirmək lazımdır.

Hiperhidroz bu kimi xəstəliklərin və pozulmaların simptomu ola bilər:

- Pnevmoniya, müxtəlif infeksiyalar, revmatizm, xərçəng xəstəliyi zamanı xəstə havanın temperaturundan asılı olmayaraq çox güclü tərləyir. Ağciyər vərəmi zamanı xəstələr gecə saatlarında daha güclü tərləyirlər. Təbii ki, bu simptomla yanaşı insanda xəstəliyin  digər simptomları da meydana çıxır.

- Hipertireoz (qalxanvari vəzinin funksiyasının artması) zamanı orqanizmində gedən mübadilə prosesləri sürətlənir. Belə xəstələrin dərisi daim nəm və isti olur, nəbzi sürətlənir, saçlar nazilir, əllər əsir.

- Nevroz və digər sinir sistemi pozulmaları zamanı insanların əlləri və ayaqları daim nəm və soyuq olur.

- Qadınlarda hormonal fonunun geyri-sabit olması (məsələn, klimaks zamanı) güclü tərləmə tutmalarına səbəb olur - güclü tərləmə qəfildən başlayır və qadını bir neçə dəqiqə ərzində "tər basır".

- Şəkərli diabet xəstəliyi olan insanlarda qanda şəkərin kəskin düşməsi halsızlıq, güclü tərləmə, ürəkbulanması, nəbzin tezləşməsi kimi simptomlarla müşayiət olunur.

Lakin bəzən heç bir ciddi xəstəliyi olmayan insanlarda da hiperhidroz müşahidə olunur. Əksər hallarda belə insanlarda üz, qoltuğaltı nahiyələri, əllər və ayaqlar güclü tərləyir. Bu insanın sağlamlığına heç bir ciddi ziyan vurmasa da, psixoloji kompleksin yaranmasına səbəb olur, insanlarla ünsiyyətdə, işdə və ailədə problemlər yaradır. Tərləmədən qorxan insan daha güclü tərləməyə başlayır, utanır, paltarların seçimində əziyyət çəkir, insanlarla görüşməkdən çəkinir (əllərin daim nəm olduğuna görə) və s. Bir çox hallarda belə hiperhidoz sinir sistemi geyri-sabit olan insanlarda müşahidə olunur. Bu səbəbdən belə insanlar ilk növbədə nevropatoloqa müraciət etməlidir.

Müasir antipersperantlar və dezodorantlar güclü tərləmə ilə mübarizədə yaxşı kömək edir. Lakin bu vasitələr, təbii ki, əllər və üz üçün uyğun gəlmir. Bundan əlavə bu vasitələrdən sui-istifadə etmək olmaz. Bəzi elmi müşahidələr sübut edir ki, bu vasitələrin tərkibində olan alüminium böyrəklərə mənfi təsir edir, qadınlarda süd vəzi xəstəliklərinə təkan verə bilər, hətta onkoloji xəstəliklərinin riskini artırır və s.

Müasir tibb hiperhidrozla mübarizə üçün müxtəlif vasitələr təqdim edir - cərrahiyyə əməliyyatları, botoks preparatının inyeksiyaları. Bildiyimiz kimi, botoks preparatı qırışlarla mübarizə aparır. Lakin bu preparat həmçinin dünyada hiperhidrozun müalicəsində "qızıl standart" sayılır.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:68
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Oktyabr 2026 02:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see402

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see294

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see268

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see240

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see224

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see204

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see202

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see200

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see190

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see186

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see181

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see178

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see177

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see177

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see170

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see170

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see167

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see163

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see156

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri