Icma.az
close
up
RU
Güllə səsi ilə susdurulan son toyun 30 il sonra cuşa gələn çal çağırı

Güllə səsi ilə susdurulan son toyun 30 il sonra cuşa gələn çal çağırı

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Təsəvvür edin ki, toy qazanlarının ağzı nəmərlə açılır və ilk pay postda duran əsgərlərə aparılır. Özünümüdafiə batalyonlarına.

Toy mağarına dəstə-dəstə əsgərlər gəlir, çiynində silahı, əynində döyüş paltarı. Rəqs edirlər, bir anlıq müharibənin tən ortasında olduqlarını unudurlar.

Toyun "padşahı" əlindəki çubuqla baxmır əsgərdir, komandirdir, kim şuluq saldısa çubuqla ayaqlarına vurub məclisi səliqəyə salır.

Digəri isə şirniyyat, konfet dolu qabdan ovuc-ovuc götürüb əzizlərinin başına tökür. Uşaqlar göydəndüşmə şirniyyatları yığmaq üçün yarışa çıxır.

"Sarıköynək" səsləndiyi anda toy yarımçıq qalır. Erməni işğalçıları Xocalıya raketlər yağdırmağa başlayır... tarix isə 1992-ci ilin yanvarın 18-ni göstərir.

Dünən 12 mart 2025-ci il tarixində Nizami Kino Mərkəzində "Xocalı. Son toy..." filminin təqdimat mərasimi keçirildi. Film "Global Media Group"un və "Report" İnformasiya Agentliyinin birgə layihəsidir. Və bu birliyin ilk işi deyil. Bundan əvvəl biz "Parabüzən" filmində komandanın Qarabağ mövzusuna olduqca həssas yanaşmasına şahid olmuşduq. Hər iki filmdə tamaşaçı hər kadrda film qəhrəmanlarının ağrısını, kədərini, xiffətini və ən vacibi səmimi duasını eşidir.

Mənə görə Azərbaycan xalqı bu baxımdan olduqca unikaldır. Yaşadığı müsibətlərə, verdiyi qurbanlara baxmayaraq, sonunda Allaha şükür etməkdə özünü borclu bilir. Bəlkə də, elə bu dualar 30 il sonra övladını, valideynini, əzizini şəhid verən insanların yenidən, başqaları üçün xarabalıq olan, onun üçün Vətən olan torpağa qayıtmasına vəsilə oldu. Bəlkə elə bu hadisələr Azərbaycan xalqı üçün Allahın sınağı idi?

"Xocalı. Son toy..." filmində Dürdanə gəlin öz gəncliyindən, yarımçıq qalan toyundan, arzu və diləklərindən danışır. Deyir ki, onu evinə gəlin gətirəndə qapıda qayınatasıyla-qayınanası onu bəylə qapıda qarşılayır. Amma Dürdanə gəlin evə keçmir, qayınatasından nəmər gözləyir. Sən demə Qarabağda belə bir adət var imiş. Qayınata da deyir ki, "evi bağışladım sənə, a gəlin". Bundan sonra bəylə-gəlin evə daxil olur.

Bu epizod filmdə o qədər səmimi və isti ifadə olunub ki, bir anlıq özünü 1992-ci ildə Xocalıda, qarabağlıların toyunda hiss edirsən. Bəlkə də, sizə qəribə gələcək amma mən filmi izlədikcə havada gəzişən barıt qoxusunu belə hiss etdim. Filmdə sanki iki paralel dünya var. Hər dünya da öz sürəti ilə hərəkət edir.

Bir tərəfdən erməni işğalçılarıyla mübarizə aparan kişilər posta gecə-gündüz keşik çəkir. Digər tərəfdən qadınlar bütün kəndi, obanı gəzib gəlin üçün xonça tuturlar. Gecə lampa işığında xonçaları bəzəyir, sanki arzu-diləklərini qırmızı atlas lentlərlə bəzəyirdilər. Müharibə dəhşətinin içində ümidlərini toya-büsata bağlayırdılar.

Filmdə həm hadisə şahidlərinin xatirələri öz dillərindən ifadə olunub, həm hadisələrin bədii üslubda rekonstruksiyası göstərilib, həm də müharibə xronikasından istifadə olunub. Bu bədii həll filmin məna gücünü zənginləşdirməklə yanaşı, həm də tamaşaçıya hadisələrə üç tərəfdən baxmağı təklif edir.

Bir də qanlı-qadalı, ölüm-dirim mübarizəsini ifadə edən möhtəşəm musiqi. Balabanın hər nəfəsində səmaya ucalan duanın, nisgilin, ümidin, acının ifadəsi. O musiqi ki, sanki ifaçının nəfəsindən qopub Dürdanənin yarımçıq arzularını Allaha aparır. Bu səs yalvarır, diz çökür, ondan imdad istəyir. Bu anda əslən şuşalı olan, beynəlxalq müsabiqələr laureatı Anar Vəlizadəyə alqış düşür. Gənc ifaçı vəzifəsinin öhdəsindən məharətlə gəlib. Və filmin ümumi xətti ilə bu ahəng yaradaraq, musiqi tərtibatından zərgər dəqiqliyi işləyən "Xəzri production"a və Fuad Hilalova böyük təşəkkür düşür.

Onu da qeyd edim ki, filmdə rol alanlar da "Report" İnformasiya Agentliyinin əməkdaşlarıdır. Yəni kənardan heç kim yoxdur.

Düşünürəm ki, bu gün qloballaşan dünyada, insanların sosial mediada ömrünü keçirdiyi zamanda bu layihələr bizə hava-su kimi lazımdır. Bu film bizə bir daha uzaq olmayan keçmişimizlə bağlı hadisələrə başqa tərəfdən baxmağa vadar edir.

Bir vaxtlar Bakının hər küncündən səslənən "torpaqlarınızı qoyub gəlmisiniz" ifadəsinin necə də haqsız olmasını bu filmdə bir daha şahidi oluruq. Xocalı sakinləri torpağını qoyub gəlməmiş, son anadək o torpaqların sahibi olduğunu ilk növbədə özünə sübut etmək üçün toyunu belə güllə altında etməkdən boyun qaçırmayıb.

Filmin ərsəyə gəlməsində "Global Media Group" İdarə Heyətinin sədri Elnur Nazim oğlu Abdullayevin və prodüseri Fuad Hüseynəliyevin əziyyəti danılmazdır.

Onu da qeyd edim ki, Abdullayevlər ailəsi hələ 1993-cü ildə, Birinci Qarabağ müharibəsi dövründə Qarabağ həqiqətlərini dünyaya göstərmək üçün "Fəryad" filminin ərsəyə gəlməsində böyük rol oynayıblar. O ağır siyasi-iqtisadi dövrlərdə Nazim Abdullayev bu çətin işə qol qoyub ki, bu gün də biz "Fəryad"ı izləyəndə real hadisə şahidlərini görürük. Filmdə güllələnmiş, soyuqdan donmuş xocalılar elə əslində Xocalı sakinləridir. Onlar həmin vaxt Xocalıdan Goranboya gələnlərdir.

Görünən odur ki, həyatda heç nə təsadüfən olmur.

Bu gün biz Xocalıya qayıdıb, yenidən toy-büsatımızı qururuq. Bir zamanlar zorla qoparılmış Vətənimizi bu gün bağrımıza basırıq. "Xocalı. Son toy..." bədii-sənədli filminin finalında da buna şahidlik edirik. Düz 32 il sonra Dürdanə ilə Vasifin toyu qaldığı yerdən davam edir. Xocalının son toyu 32 il sonra Xocalının ilk toyuna çevrilir.

Kübra Məhərrəmova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:301
embedMənbə:https://oxu.az
archiveBu xəbər 13 Mart 2025 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri