Icma.az
close
up
RU
Gülşən Qurbanovanın bacısı: Bəlkə də, mənə elə gəlirdi, ancaq canı üstündə idi... Müsahibə

Gülşən Qurbanovanın bacısı: Bəlkə də, mənə elə gəlirdi, ancaq canı üstündə idi... Müsahibə

Kulis.az saytına istinadən Icma.az xəbər verir.

Bu gün Xalq artisti Gülşən Qurbanovanın doğum günüdür.

Kulis.az Ülvi Bahadırın onun bacısı Firəngiz Qurbanova ilə müsahibəsini təqdim edir.

- Gülşən xanımı biz daim şən, deyib-gülən görmüşük. Siz ondan fərqli olaraq daha sakit təbiətlisiniz.

- Biz ayrı-ayrı adamlar idik. Mən müharibə vaxtı doğulmuşam. Onda vəziyyət fərqli idi. Çörək, yemək yox idi. Gülşən doğulanda artıq müharibə bitmişdi, hər şey düzəlmişdi. Ondan yeddi yaş böyük idim. Ona mən baxırdım - anası kimi. Anamın xalatını geyinirdim ki, Gülşən yadlıq hiss eləməsin.

Onda ta uşaqlıqdan aktrisalıq var idi. Ancaq atam bilmirdi. O, elə bilirdi ki, mən aktrisa olacam. Aktrisa olmağımızı istəmirdi. Gülşən bağçada nə eşidirdisə, evə gəlib, başına ləçək taxıb yamsılayırdı. Mən artıq bilirdim ki, bağçada nələr olub. Atam bilmirdi, ancaq mən görürdüm.

- Necə bir ailədə böyümüsünüz?

- Atam aktyor, anam həkim idi. Anam Kubra xanım Əməkdar həkim adını almışdı. Çox gözəl qadın idi. Atası Həbibulla Abdullaxan İranın konsulu idi. İranda doğulub, orada yaşayıb, sonradan Bakıya köçmüşdü. 1932-ci ildə onu aradan götürdülər. Qardaşları da var idi anamın. Hamısı vəfat edib.

Birgə tamaşalara gedirdilər.

O vaxt insanlar teatra gedəndə xüsusi geyim geyinirdilər. Teatra hörmət, ehtiram var idi. İndi heç nə qalmayıb.

Gülşən həmişə şən, ünisyyətcil idi. Mən danışmırdım. Anam əsəbiləşirdi. Deyirdi ki, sən də nəsə de də. Din, danış.

- Siz atanızın ikinci evliliyindən olmusunuz. Birinci evliliyindən də görkəmli aktyorumuz Hamlet Qurbanov. Onunla görüşürdünüz?

- Hamleti ilk dəfə atamın dəfnində görmüşəm. Balaca olanda bir-iki dəfə bizə gəlmişdi. Onun səkkiz-doqquz yaşı olardı. Ancaq Gülşənlə o vaxta qədər qarşılaşmamışdılar. Dəfndən sonra az qala, hər gün görüşürdük. Onu görəndə elə bildim atamdır. Onun saqqalı var idi, ancaq başının yuxarı hissəsi eynilə atamdakı kimi idi. Çox pis oldum.

- Onun reaksiyası necə oldu?

- Çox yaxşı. Onun qəribə xasiyyəti var idi. Nələrsə danışırdı, onu tanıyanlar bilirdilər ki, nə demək istəyir. Çox yaxşı insan idi. Vaxtaşırı zəng eləyirdi, bizimlə maraqlanırdı. O da tez-tez bizə gəlirdi, biz də onlara gedirdik.

- Atanız Gülşən xanımla birgə qəza keçirib.

- Bəli. Atam Salyana qastrola getmişdi. Bir otaqda oturublar. Gülşən eyvana çıxıb. Görüb ki, bir motosiklet keçir. Üstündə də Stalinin portreti var. Hamını çağırıb ki, gəlin baxın. Leyla Bədirbəyli də orada olub. Ancaq o, bir qıraqda oturub. Ondan başqa hamı qaçıb eyvana. Eyvan çökmüşdü. Atamın onsuz da ciyərləri xəstə idi. Ona heç nə eləyə bilmədilər. Gülşənin də əli sınmışdı. Onu da çox pis düzəltmişdilər. Ondan sonra əlində problem oldu həmişə.

- Özündən gizlədiblər atasının vəfatını.

- O, xəstəxanada olanda atamın öldüyünü heç kim demədi. Yəqin, anam demişdi. Mən deyə bilməzdim. Sonra öyrəndi. Çox pis oldu. Ancaq onun xasiyyəti, xarakteri onu saxladı. Heç vaxt tək olmurdu ki, oturub evdə ağlasın. Həmişə insanların arasında olurdu.

- Sizin onunla görüşməyinizə ananız necə baxırdı?

- Anamın çox mülayim xasiyyəti var idi. Heç vaxt onunla görüşməyimizə, bizə gəlməyinə qarşı olmayıb. Biz də onlara gedirdik. Orada da bizi çox yaxşı qarşılayırdılar.

Sonradan Hamletdə onkoloji xəstəlik yarandı. Onu axırıncı dəfə xəstəxanada gördüm. Siması, baxışları hələ də gözümün qabağındadı. Çox ağır keçirtdi xəstəliyi.

- Gülşən xanımın iki dəfə ailə həyat qurduğu deyilir.

- Yalandı. Bir dəfə ailə qurub. Həyat yoldaşının adı Rüstəm idi. Evliliyindən qızı Kəmalə yadigar qalıb. Sonra ayrıldılar. Gülşənin həyatı teatrla və televiziya ilə bağlı idi. Hər an hər şeyə hazır idi. Az qala hər gün canlı efirə çıxırdı. Özü də canlı efiri sevirdi. Elə onu da belə şeylər əldən saldı. İki dəfə infarkt keçirtdi. Xəstəxanadan durub işə gedirdi. Yalvarıb-yaxarırdıq, xeyri olmurdu. Tək olmağı sevmirdi. Bizə gəlirdi, bir saat oturandan sonra deyirdi ki, mənim görüşüm var. Mən adamla belə, standart danışıram. Gülşənlə danışan adam elə bilirdi ki, onu uşaqlıqdan tanıyır.

- Ayrılmalarına səbəb oldu?

Gülşən işinə çox bağlı idi. Ailəsinə vaxt ayıra bilmirdi. Bütün günü orda-burda idi. Evdə tapılmırdı. Rüstəm də çox sakit adam idi. Heç bilinmirdi evdədi ya yox. Gülşən anamla bir evdə yaşayırdı son vaxtlar. Sonra belə bir qərar verdilər, ayrıldılar.

Ancaq ikinci evlilik söhbətləri uydurmadır. Kiminlə olub ikinci evliliyi?

- Deyildiyinə görə, Mübariz Əlixanoğlu ilə.

- Dəhşət! Başları çatmır, vallah. Heç mən tanımıram, bilmirəm o kimdi.

- Yazırlar ki, Mübariz bəyin içki problemləri olub, ona görə ayrılıblar.

- Bilirsiniz, bir sənətçi çox məşhur olanda haqqında belə yalan xəbərlər çox yayılır. Belə bir şey olmayıb. Gülşənin bir evliliyi olub, ondan da bir qızı olub.

- Əsas məşhurluğunu “Qaynar qazan” verilişi ilə qazandı.

- Hə, çox məşhur idi o veriliş. Hamı onu tanıdı, sevdi. Çox canlı, təbii idi ekran qarşısında. Elə həyatda da... Ona görə heç əziyyət çəkmirdi canlı efirlərdə.

- Dediniz ki, iki dəfə infarkt keçirib. Özünə necə baxırdı?

- Baxmırdı. Baxsaydı, hər şey tamamilə başqa cür olardı. İnfarkt keçirəndən sonra elə bil heç nə olmamışdı. Öz işində idi. Yenə bütün günü çəkilişlərdə, orda-burda. Bir dəqiqə dayanmırdı.

İkinci infarktından nə qədər keçmişdi ki?..

Nə istəyirdi, eləyirdi. Dalınca qaçmaq mümkün deyildi. Daim hərəkətdə idi.

Axırda da...

- Yaxın dostları kimlər idi?

- Ən yaxın dostu Azər Mirzəyev idi. Bölgələrə səfərlərə gedirdilər. Yasin Qarayev də yaxın dostlarından idi.

Hamıya qarşı eyni idi. Uşaqla uşaq, böyüklə böyük.

- Vəfat xəbərini necə aldınız?

- Gecə idi. Evdəydim. Kimsə zəng elədi. Elə bil içimdə nəsə qırıldı. Bilmirəm, zəng vuran kim idi. Xəstəxanada olmayıb o.

- Deyirlər ki, polis onu izləyirmiş. Buna görə narahat olubmuş. Evə gedə bilməyib, qaçqınların yataqxanasında qalırmış.

- Yox, elə bir şey olmayıb. Bakıda idi. Artıq anam yox idi. O, ayrı evdə yaşayırdı. Dedilər ki, eyvanda it var imiş. Onun iti deyildi. İtə yem verdiyini görüblər. İçəri keçib və bir anda vəziyyəti pisləşib. Heç özü də hiss eləməyib ki, belə olacaq.

Hərə bir şey danışır.

Biz gec-gec görüşürdük. İldə bir-iki dəfə. Əhmədlidə qalırdıq. Bayramlarda, ad günlərində gəlirdi. Ancaq çox qalmırdı. Bir-iki saat qalıb gedirdi. Vaxtımız olmurdu tez-tez görüşməyə. Bilsəydim, belə olacaq, hər gün yanına gedib-gələrdim.

- Ölüm anında yanında kimsə var idi?

- Yox. Daha doğrusu, mənə heç nə deməmişdilər. Çünki mənim vəziyyətim çox pis idi. Heç kimlə danışmaq istəmirdim. Atam da dünyasını dəyişəndə elə olmuşdum. Anam məni tez-bazar Moskvaya göndərdi. Getmək istəmirdim. Zorla yollamışdı. Nə yaxşı ki, getmişdim. Halım xeyli dəyişmişdi, yaxşılaşmışdım.

- Ölümündən sonra da haqqında çox söz deyildi. Guya ölməyibmiş, kliniki ölüm keçiribmiş.

- Hə, çox söz dedilər, danışdılar. Çox məşhur idi. Ona görə də haqqında bu qədər danışılması normaldır, əslində.

Onun İkinci Fəxri Xiyabanda basdırılmağını istəyirdim, ancaq heç kimi tapmadım ki, qol çəkdirim. Vida mərasimi Rəşid Behbudov adına Mahnı Teatrında olub. Dostları ən yaxında dayanmışdı. İmkan vermədilər. Fatma Abdullazadə icazə vermədi, dedi ki, İkinci Fəxri Xiyabanda basdırılmağına icazə vermirik. İndi onun məzarı Yasamal qəbiristanlığında - yolun üstündədir. Düşündüm ki, Gülşən öz həyatını insanlara həsr eləyib. Bəlkə, xiyabanda olsa idi, heç kim getməyəcəkdi. Belədə hamı görür onu.

- Yaxınlarının arasında şübhələnənlər oldu?

- Yox. Mənə deyiləndə inanmadım ki, Gülşən ölüb. Axı indicə televizorda ona baxırdım. Necə ölə bilərdi? Camaat da mənim kimi...

Əlini tutanda canı üstündə idi. Canlı, isti... Soyumamışdı. Əlləri çox yumşaq idi onun... Bilmirəm, bəlkə də, mənə elə gəlirdi.

- Gülşən xanım indi burada olsaydı, qarşınızda əyləşsəydi, ona nə demək istəyərdiniz?

- Özünə yaxşı bax. İnsanlar çoxdur, hamıya yetə, çata bilməzsən.
Fotoqraf: Emil RASİMLİ

"Gənclərin roman müsabiqəsi - 2"nin qısa siyahısı açıqlandı Gecələr yuxuma girərdi Allah - Günün şeiri "Təbiətin səsi" sərgisi keçirildi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://kulis.az
archiveBu xəbər 19 Dekabr 2024 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see230

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see163

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see147

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see143

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see142

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see140

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see138

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see138

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see137

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri