Icma.az
close
up
RU
Gülsüm Əliyeva : Mütəşəkkil xarakter almış sosial şəbəkə terroruna son qoyulmalıdır

Gülsüm Əliyeva : Mütəşəkkil xarakter almış sosial şəbəkə terroruna son qoyulmalıdır

Newscenter.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Son günlər Azərbaycanda bir sıra həkimlərə qarşı ittihamedici və müxtəlif şəkildə heç bir əsası olmayan, eyni zamanda həkimlərdən xəbərsiz olaraq mətbuatda yazılar dərc edilir. Təəssüfedici məqam ondan ibarətdir ki, həmin yazılar işıq üzü görərkən "Media haqqında qanun"a əməl edilmir. Bu da həmin yazıların qərəzli olduğundan xəbər verir.
“VMR ESTETİK” Klimikasının nümayıəndəsi olan əməliyyatsız estetika üzrə mütəxəssis Gülsüm Əliyeva haqqında da bu günlərdə qərəzli, şər-böhtan xarakterli yazılar dərc edilir.
Belə qərəzli və əsassız yazılar dərc edənlər unutmamalıdırlar ki, hüquqi dövlətdə yaşayırıq. Hər bir əməlin də mütləq qarşılığı var. Məhz bu məsələlərlə bağlı həkim Gülsüm Əliyeva öz sosial şəbəkə hesabında ictimaiyyətə müraciət edib.
Qeyd edək ki, Gülsüm Əliyeva tibb üzrə ali təhsillidir və uzun illərdir ki, uğurlu tibbi fəaliyyətlə məşğuldur.
Gülsüm Əliyeva Respublikainfo.com xəbər saytına açıqlama verib. Açıqlamanı sizə təqdim edirik:
“Mən heç vaxt məni seçmiş və mənə inanmış pasiyentlərimi köməksiz vəziyyətdə qoymamışam. Hər zaman pasiyentimin yanında olmuşam və bundan sonra da olacağam. İstənilən məsələni qarşılıqlı anlayışla həll etməyi bacaran biri olaraq vətəndaşlarımıza bildirmək istəyirəm ki, hər nə baş verməsindən asılı olmayaraq, bütün məsələləri həkiminizlə birlikdə həll etməyə çalışın. Kənardan sizə “ağıl” öyrədənlər, sizi idarə etməyə çalışanlar sona qədər sizin yanınızda olmayacaqlar. Onların öz maraqları var və maraqları təmin olunduqdan sonra onlar sizinlə əlaqələrini kəsəcəklər. Bu hal başqa kolleqalarımızın da təcrübəsində yaşanıb. Hansısa şəxs və ya şəxslər sizin sağlamlığınızı bərpa etməyəcəklər. Hansısa şəxs və ya şəxslər dövləti təmsil etmirlər.
Bütün hallarda məsələlərin həll danışıqlardan və birgə səydən keçir. Hədə-qorxu gəlmək, sosial şəbəkələrdə paylaşımlar etmək, şər – böhtan atmaq kimlərinsə dolanışıq yeri, üslubu və seçimi ola bilər. Amma heç bir həkim, yaranmış anlaşılmazlığın həllini öz imkanlarından kənarda axtarmır və axtarmaqda maraqlı da deyil. Dünyada elə bir həkim, elə bir klinika yoxdur ki, pasiyentlə xırda münasibət pozuntusu halı yaşamasın. Guya inkişaf etmiş ölkələrdə, məsələn; Amerikada, Almaniyada, Türkiyədə, Rusiyada, Çində, Yaponiyada həkimlərin fəsadları müşahidə olunmur? Onlar məsələləri sosial şəbəkədəmi həll edirlər?
Bundan əlavə də, unutmamalıyıq ki, estetik prosedurlardan sonra yaranan fəsadların böyük əksəriyyəti pasiyentlərin özlərinə düzgün qulluq etməmələrindən yaranır. Elə pasiyentlər var ki, hansısa prosedurdan öncə onun üzünü bizim əməkdaşlar yuyub təmizləyirlər. Biz bunu sosiallaşdırırıq? Yox! Çünki biz öncə pasiyentin şəxsiyyətinə, sonra da öz peşəmizə hörmətlə yanaşırıq və çalışırıq ki, belə nöqsanlar həkimin xidməti otağından kənara çıxmasın. Ona görə də, düşünürəm ki, hər bir vətəndaş belə məsələlərdə diqqətli olmalıdır və son vaxtlar ölkəmizdə mütəşəkkil xarakter almaqla tüğyan edən sosial şəbəkə terroruna son qoyulmalıdır”.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 03 May 2025 22:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see175

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see128

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri