Icma.az
close
up
RU
Gültəkin Hacıbəyli niyə susur, harda susur: Milli Şura ledisi Bakıya gətiriləcəkmi?

Gültəkin Hacıbəyli niyə susur, harda susur: Milli Şura ledisi Bakıya gətiriləcəkmi?

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

Milli Şuranın rəhbərliyində təmsil olunan, sabiq deputat Gültəkin Hacıbəylinin taleyi son həftələr siyasi gündəmin əsas mövzularından birinə çevrilib. Türkiyə məhkəməsinin onun müraciətini təmin etməməsi ilə ekstradisiya prosedurunun hüquqi baxımdan açıq qalmasına baxmayaraq, Hacıbəyli hələ də Türkiyə ərazisində saxlanılır və Azərbaycana gətirilməyib.

Məlumata görə, 30 noyabrda İstanbulda saxlanılan Gültəkin Hacıbəyli hazırda Türkiyənin Çatalca Geri Göndərmə Mərkəzindədir. Bu, indiyədək formalaşmış praktikadan fərqlənir. Adətən, Türkiyədə Azərbaycan dövlətinin tələbi ilə saxlanılan soydaşlar qısa müddət – bir sutka ərzində – Bakıya gətirilirdilər. Hacıbəylinin isə artıq həftələrdir Türkiyə ərazisində qalması diqqət çəkir və suallar doğurur.

Bu müddətdə Hacıbəyli Türkiyənin ali siyasi rəhbərliyinə – Prezident Rəcəb Tayyib Ərdoğana və MİT-in rəhbəri İbrahim Kalına müraciət edərək, Azərbaycana göndərilməməsi üçün dəstək istəmişdi. Lakin Türkiyə məhkəməsi bu müraciətin əksinə qərar çıxarıb və deportasiya qərarının icrasını dayandırmayıb. Bununla belə, qərarın icrası da hələlik reallaşmayıb.

Siyasi dairələrdə və media mühitində formalaşan qənaətə görə, bu “gecikmə”nin arxasında Bakının məsələyə yüksək “səslə” müdaxilə etməməsi ehtimalı dayanır. Yəni Hacıbəylinin dərhal Azərbaycana gətirilməməsi onun aktiv siyasi fəaliyyət göstərməməsi, açıq bəyanatlar verməməsi, mediada görünməməsi, istintaqın gedişinə mane ola bilməməsi ilə izah olunur. Başqa sözlə, hazırkı mərhələdə onun susqun qalması istintaq baxımından yetərli hesab edilə bilər.

Xatırladaq ki, Gültəkin Hacıbəyli sabiq Administrasiya rəhbəri Ramiz Mehdiyev ətrafında başlanan istintaq prosesindən dərhal sonra Azərbaycanı tərk edib. İstintaq orqanları bu addımı ölkədən qaçna və prosesdən yayınma kimi qiymətləndiriblər. Məlumatlara görə, istintaq materiallarında 2013-cü illərə aid, dövlətə xəyanət xarakterli epizodların yer aldığı ayrıca cinayət dosyesi mövcuddur və bu dosye üzrə araşdırmalar davam etdirilir. Ramiz Mehdiyevin ev həbsi ilə bağlı proseslər fonunda Hacıbəylinin ölkədən çıxması istintaqın diqqət mərkəzində olan əsas məqamlardan biri kimi göstərilir.

Bu kontekst, Azərbaycanda Moskva vasitəsi ilə qurulan (Milyarderlər İttifaqı) Milli Şuraya qarşı aparılan daha geniş istintaq və hüquqi proseslərlə də üst-üstə düşür. Xüsusilə AXCP sədri Əli Kərimlinin həbs olunduğu cinayət işi üzrə aparılan istintaq çərçivəsində Rusiya kəşfiyyatının təsirinə məruz qala biləcək bir sıra siyasi fiqurların fəaliyyəti araşdırılır. Rəsmi mövqeyə görə, bu işlər konkret cinayət faktları əsasında aparılır; müxalif dairələr isə prosesləri siyasi motivli hesab edir.

Beləliklə, Gültəkin Hacıbəylinin “harada və niyə susması” sualı təkcə onun şəxsi hüquqi durumunu deyil, həm də Azərbaycanın daxili siyasi gündəmində davam edən genişmiqyaslı istintaq proseslərinin məntiqini açır. Türkiyə məhkəməsinin qərarına baxmayaraq, onun hələ də Çatalcada saxlanılması Bakının mövqeyinin tam sərtləşmədiyini, yaxud prosesin mərhələli şəkildə aparıldığını göstərir. Nəticə etibarilə əsas sual açıq qalır: Milli Şura ledisi yaxın vaxtlarda Bakıya gətiriləcəkmi, yoxsa bu susqunluq uzunmüddətli bir gözləmə taktikasının tərkib hissəsidir? /Musavat.com/

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:90
embedMənbə:https://moderator.az
archiveBu xəbər 26 Yanvar 2026 09:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see222

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see219

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see206

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see184

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see182

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see178

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see177

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see176

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see173

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see169

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see157

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see153

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see153

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see150

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see147

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see145

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see144

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see143

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see142

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri