Icma.az
close
up
RU
Razi Nurullayev: Bakı beynəlxalq təzyiqləri “ofsayd”a saldı…

Razi Nurullayev: Bakı beynəlxalq təzyiqləri “ofsayd”a saldı…

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Dövlət başçısının açıqlamaları Azərbaycanın yeni dünya nizamında tutduğu strateji mövqeyi və milli maraqların qorunması modelini dəqiq xarakterizə edir".

"Cebheinfo.az" xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev Prezident İlham Əliyevin Davosda “Euronews” televiziyasına verdiyi müsahibəni şərh edərkən deyib.

Millət vəkili bildirib ki, müsahibədə yer alan əsas məqamlar ölkəmizin dövlətçilik maraqları baxımından prinsipial əhəmiyyət kəsb edir:

“Prezidentin qeyd etdiyi kimi, beynəlxalq hüququn artıq bir çox hallarda işləmədiyi və "güc faktoru"nun ön plana çıxdığı indiki şəraitdə Azərbaycanın öz potensialına güvənməsi yeganə düzgün yol idi. Biz sübut etdik ki, beynəlxalq hüquqa tam riayət etməklə də milli hədəflərə çatmaq mümkündür. Suverenliyin tam bərpası bu düzgün hesablanmış strategiyanın nəticəsidir”.

R.Nurullayev vurğulayıb ki, Azərbaycanın enerji ixracı coğrafiyasının genişlənməsi, xüsusilə Ermənistanın enerji təchizatında iştirakı regionda yeni eranın başlanğıcıdır:

“Ermənistanın artıq Azərbaycanın neft məhsullarından asılı vəziyyətə gəlməsi və yüklərin daşınmasındakı məhdudiyyətlərin aradan qaldırılması sülhü iqtisadi zəncirlərlə möhkəmləndirir. Bu, sadəcə enerji satışı deyil, regionun təhlükəsizlik arxitekturasını Bakıdan idarə etmək bacarığıdır”.

Parlamentari Avropa Parlamentinin tənqidlərinə qarşı nümayiş etdirilən mövqeyi yüksək qiymətləndirib:

“Azərbaycanın bəzi qərəzli Avropa institutlarının reaksiyalarını gündəmindən çıxarması və birbaşa icraedici qurumlarla işləməsi müstəqil xarici siyasətin təzahürüdür. Ermənistanla sülhün artıq daxili bir prosesə çevrildiyi dönəmdə kənar lobbi qruplarının təsirini minimuma endirmək dövlət maraqlarımıza tam uyğundur”.

Deputat qeyd edib ki, ölkə daxilində risklərin olmaması və bütün diqqətin xarici perimetrdə sabitliyin qorunmasına yönəlməsi Azərbaycanın güclü dövlət institutlarına malik olduğunu göstərir:

“Regionda proqnozlaşdırıla bilən mühitin yaradılması həm neft bazarlarında sabitlik, həm də Cənubi Qafqazın əbədi sülh məkanına çevrilməsi üçün həlledici şərtdir. Prezidentin bu müsahibəsi bir daha təsdiq etdi ki, Azərbaycan regionun həm siyasi, həm də iqtisadi gündəmini müəyyən edən əsas gücdür”.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:146
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 26 Yanvar 2026 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri