Icma.az
close
up
RU
Günahı olmasa, öldürülməzdi... Qadınlar niyə evlərinə yox, sığınacağa getməlidirlər?

Günahı olmasa, öldürülməzdi... Qadınlar niyə evlərinə yox, sığınacağa getməlidirlər?

Icma.az, Kulis.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kulis.az Günel Novruzun yeni yazısını təqdim edir.

Bəlkə də elə bir gün yoxdur ki, ölkənin hansısa bölgəsindən, ya da paytaxtın hansısa yerindən qadın qətli ilə bağlı xəbər gəlməsin.
Allahın ver günü mətbuatda və sosial şəbəkələrdə “.... qadın öldürüldü” başlıqlı xəbərlər və məlumatlar oxuyuruq.

“Zəmin”lər isə çox vaxt oxşar görünür: "qısqanclıq", "şəxsi mübahisə", ya da "ailə münaqişəsi". Amma bu kimi izahlar yalnız aysberqin görünən hissəsidir. Dərinliyə nəzər salanda isə görünən “səbəb” təkcə fərdi, psixoloji və təsadüfi deyil, həm də psixososial bir problemdir.

Bu gün hansısa evlərdə öldürülən qadınların qətllərinin “ilhamverici” motivi həm də cəmiyyətin düşüncəsində, adət-ənənənin, stereotiplərin və mentalitetin içində gizlənir. Və burada əsl problem qadın qətli ilə bağlı məlumat yayılanda “görəsən hansı səbəbdən?..” kimi maraqcıl, haqsız bir sualın verilməsindədir. Heç bir səbəb kiməsə (qəti olaraq heç bir səbəb!) Allahın verdiyi canı almaq hüququnu vermir!

Qadın qətli ilə bağlı xəbərin şərhlərində səslənən “Günahı olmasa, öldürülməzdi...”, “Yaxşı at özünə qamçı vurdurmaz...”, “Allah bilir, neynirmiş ki, öldürüblər”, “Günah öləndə olur...” kimi cani fikirləri oxuyanda insan dəhşətə gəlir ki, əslində biz potensial qatillərlə eyni cəmiyyətdə yaşayırıq... Sanki öldürülən qadının şəxsiyyəti, geyimi, həyat tərzi, ailə modeli və ya yaşadığı mühit onun öldürülməsi üçün səbəblər verirmiş!

Bu, həm məntiqin, həm də vicdanın tab gətirə bilmədiyi bir yanaşmadır. Çünki heç bir həyat tərzi, heç bir münasibət tərzi, heç bir fikir fərqliliyi bir qadının yaşamaq haqqını əlindən almağa səbəb və ya bəraət ola bilməz.

Azərbaycan cəmiyyətində qadına qarşı zorakılıq hələ də hər kəsin bildiyi, amma az adamın danışdığı “gizli ev məsələ”si kimi qəbul olunur.
Zorakılıq təkcə fiziki deyil, həm də psixoloji, iqtisadi, sosial və cinsi xarakterli olur. Amma bu zorakılığın ən ağrılısı insanın yaşamaq hüququnun əlindən alınmasıdır. Təəssüf ki, artıq bu cür xəbərlərə öyrəşmişik. Səhər xəbərlərində bir qadının boğularaq, bıçaqlanaraq və ya silahla öldürülməsi xəbəri yer alır, bir neçə saat sonra isə informasiya partlayışı fonunda digər xəbərlərin arasında “itib” gedir. Növbəti günlərdə qadın cinayətləri başqa bir evdə, başqa bir ailədə, başqa bir adla təkrar olunur.

Zorakı kişi obrazı çox zaman güclü görünmək istəyən, amma əslində daxildən dağılmış bir insan portretidir. Bu şəxslər üçün qadın yalnız bir “obyekt”ə çevrilir, ona sahib olmaqla özünü təsdiqləyəcəyinə inanan, onun müstəqilliyini, işləməsini təhdid kimi görən, fikir bildirməsini itaətsizlik sayan bir düşüncə tərzinə sahib “kişilər” daxili zəifliyin və idarəsizlik qorxusunun maskalanmış halı ilə yaşayırlar.
“Ya mənimsən, ya qara torpağın” deyimi təəssüf ki, hələ də cəmiyyətimizdə çoxlarının dilindən düşürtmədiyi cümlədir və ilk fürsət düşən kimi reallıqda hökmə çevrilir.

Psixoloji tədqiqatlar göstərir ki, bu cür davranışların kökü çox vaxt uşaqlıqda yaşanan travmalara, zorakılıq modelini “normal” sayan ailə mühitlərinə və qeyri-sağlam emosional tərbiyəyə dayanır. Zorakı ata ilə böyüyən qorxaq oğul böyüyəndə başqa bir evin zorakı kişisinə çevrilə bilir.

Bu qətlləri yalnız şəxsi faciə kimi qəbul etmək, problemin gerçək miqyasını kiçiltmək deməkdir. Bu, sadəcə ailə deyil, cəmiyyət problemidir. Çox vaxt bu hadisələr “ailə dramı” və ya “mübahisə zəminində baş verən faciə” kimi təqdim edir. Halbuki, bu hadisələr qadına qarşı sistemli zorakılığın, bəzən hüquq mexanizmlərinin işləməməsinin və sosial susqunluğun nəticəsidir. Və ən ağrılı digər bir məqam da odur ki, bu qətllər bir qadının həyatının əlindən alınması ilə həm də uşaqların uşaqlığının, ananın yanında böyümək səadətinin də əlindən alınmasıdır...

Bəs həll yolları nələrdir? Psixoloji dəstək sistemli deyil, cəmiyyətin geniş hissəsi üçün isə əlçatan belə deyil. Ona görə də fərqli platformalar vasitəsilə sistematik psixoloji dəstək proqramları artırılmalıdır. Təhsil sistemində gender bərabərliyi anlayışı yoxdur, ictimai şüurda isə qadın haqqında hələ də 18-ci əsrin modelləri mövcuddur...

Son illərdə qadın və uşaq sığınacaqlarının artması ilk baxışda müsbət irəliləyiş kimi görünə bilər. Amma bu artım əslində problemin də böyüdüyünə, zorakılığın geniş vüsət aldığına işarədir. Bir ölkədə nə qədər çox sığınacaq tikilirsə, deməli, o qədər çox qadın evində özünü güvəndə hiss etmir. Yəni bu qurumlar simptomu müalicə edir, səbəbi yox. Əsl sual odur ki, niyə qadın sığınacağa getməlidir? Niyə o, evində qala bilmir? Niyə ev onun üçün qorunduğu məkana yox, təhlükə mənbəyinə çevrilib?

Bu məsələdə həll yalnız qanunvericiliklə mümkün deyil. Bəli, hüquqi islahatlar vacibdir. Qadınlara qarşı zorakılıq halları yüngülləşdirilməməli, şikayətlər geri götürülsə belə, dövlət müdaxiləsi qanunla təmin olunmalıdır.

Amma bərabər dərəcədə vacib olan psixoloji və maarifləndirici tədbirlərdir. Məktəblərdən başlayaraq, ailələrə qədər – uşaqlara hörmət və empatiya öyrədilməli, həm oğlan, həm də qız uşaqlarına bərabərlik dəyər kimi aşılanmalıdır.

Media xəbəri məsuliyyətli dillə çatdırmalıdır, zorakılıq romantikləşdirməməlidir. Cəmiyyətin əsas mədəni, dini institutları, QHT-ləri qadına qarşı zorakılığı açıq şəkildə qınamalıdır.

Bu, bir vicdan yoxlamasıdır. Biz bu hadisələri oxuyub keçə bilərik, ya da onlarla üzləşə bilərik.
Unutmayaq ki, xəbərdə adı çəkilən hər qadın — birinin anası, bacısı, qızı, həyat yoldaşıdır. Yaşamaq onun haqqıdır, susmamaq isə bizim borcumuzdur.

Qadınlar hər yerdə, həmişə yaşamağa, sevilməyə və qorunmağa layiqdirlər.

Amma bunun üçün qanunlar sərtləşdirilməli olduğu qədər ictimai düşüncə də empatiya və sevgi yönümündə dəyişməlidir.

Bu dəyişiklik isə hər birimizdən başlayır...

“Marvel”in sabiq baş redaktoru vəfat etdi Rəsmi Bakıdan Şvıdkoya cavab Məşhur oyunun filmi çəkiləcək
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://kulis.az
archiveBu xəbər 24 İyul 2025 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri