Günay Qurbanova debüt etdiyi AÇ də qızıl qazandı
Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Albaniyanın paytaxtı Tiranada güləş üzrə Avropa çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, bu gün qadın güləşində ilk medalçılar müəyyənləşib.
Əsmər Cankurtaran (50 kq) türkiyəli Songül Kavakla görüşü yüksək səviyyədə keçirib. Rəqibinə 9:3 hesabıyla qalib gələn həmyerlimiz bürünc medala sahib çıxıb.
Günay Qurbanova (59 kq) isə finalda italiyalı Aurora Russoyla qarşılaşıb. U20 Avropa və dünya çempionu ünvanına sahib olan rəqib güləşçiylə görüşə daha inamlı başlayan Qurbanova ilk hissədə qazandığı 4 xalla qələbəni təmin edib. İkinci hissədə 4:0 hesabı dəyişməyib və 17 yaşlı Günay debüt etdiyi U23 Avropa çempionatının qalibi olub.
Bu mövzuda digər xəbərlər:AÇ: Günay Qurbanova yarımfinalda
22 Aprel 2026 15:04
Günay Qurbanova ABŞ də finala vəsiqə qazandı Dünya çempionatı
15 Oktyabr 2026 10:48
Günay Qurbanova Avropa çempionu oldu
25 Mart 2025 00:34
Günay Qurbanova dünya üçüncüsü olub
20 Avqust 2025 21:09
Günay Qurbanova Avropa çempionu olub
03 İyul 2025 21:20
Baxış sayı:216
Bu xəbər 12 Mart 2025 01:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















