Icma.az
close
up
RU
Gündə bir kök yeyənin ömür boyu göz problemi olmur

Gündə bir kök yeyənin ömür boyu göz problemi olmur

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Gündəlik qidalanmada tez-tez istifadə edilən yerkökü tərkibindəki zəngin elementlərə görə əsl fayda mənbəyi hesab olunur. Həkim Olqa Yablokova bu tərəvəzin insan orqanizminə, xüsusilə də görmə qabiliyyətinə və dəri sağlamlığına müsbət təsirlərini açıqlayıb.
Yerkökünün tərkibindəki beta-karotin bədəndə A vitamininin aktiv forması olan retinola çevrilir. Bu maddə gözlərin gecə görmə qabiliyyətini təmin edən piqmentin yaranmasında birbaşa iştirak edir. Aparılan araşdırmalar göstərir ki, hər gün 100-200 qram yerkökü yemək yaşla bağlı yaranan görmə problemləri və katarakta riskini təxminən 40 faiz azaldır. Həmçinin tərəvəzdəki lütein və zeaksantin piqmentləri ekranlardan gələn zərərli mavi işığı süzərək göz torunu qoruyur. Kompüter arxasında çox vaxt keçirənlər üçün bu qida göz quruluğunu və yorğunluğunu azaltmaq üçün təbii vasitədir.
Dəri sağlamlığı üçün də yerkökünün əvəzsiz rolu var. Beta-karotin epidermisin üst qatlarında toplanaraq günəş şüalarına qarşı təbii filtr funksiyasını yerinə yetirir. Bu isə dərinin erkən qocalmasının və DNT zədələnmələrinin qarşısını alır. Gün ərzində təxminən 3-4 ədəd iri yerkökü yemək dərinin ultrabənövşəyi şüalara dözümlülüyünü artırır. Vitamin C və E ilə birləşdikdə bu təsir daha da güclənir. Maddələrin bədən tərəfindən 2-3 dəfə daha yaxşı mənimsənilməsi üçün tərəvəzi bitki yağı, qoz-fındıq və ya avokado kimi yağlı qidalarla birgə qəbul etmək məsləhətdir.
Yerkökü həmçinin hüceyrələrin yenilənmə prosesini sürətləndirərək dərinin daha hamar və elastik olmasına kömək edir. Müntəzəm istifadə zamanı xırda qırışlar vizual olaraq azalır, dəri parlaqlıq qazanır.
Tərkibindəki liflər bağırsaqları təmizləyir, kalium isə ürək-damar sisteminin fəaliyyətini tənzimləyərək təzyiqi nəzarətdə saxlayır. Aşağı qlikemik indeksi sayəsində şəkərli diabetdən əziyyət çəkənlər də bu tərəvəzi rahatlıqla rasionuna daxil edə bilərlər.
İsmayıl
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 08 Aprel 2026 06:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see655

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see555

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see314

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see310

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see281

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see279

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see268

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see268

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see267

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see243

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see238

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see237

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see235

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see234

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see233

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see230

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see230

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see228

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see224

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri