Icma.az
close
up
RU
Güney azərbaycanlı fəalların vəziyyəti ilə bağlı BƏYANAT

Güney azərbaycanlı fəalların vəziyyəti ilə bağlı BƏYANAT

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İranda azərbaycanlı mədəni və siyasi fəalların vəziyyəti ilə bağlı bəyanat yayılıb.

“Cebheinfo.az” xəbər verir ki, bəyanatda İranda son dövrlərdə, xüsusilə ABŞ, İsrail və İran arasında baş vermiş hərbi toqquşmalardan sonra mülki və siyasi fəaliyyətə qarşı məhdudiyyətlərin sərtləşdiyi bildirilib.

Müxtəlif mənbələr tərəfindən dərc edilən çoxsaylı hesabatlar göstərir ki, son aylarda vətəndaşlara, vətəndaş cəmiyyəti fəallarına, jurnalistlərə, alimlərə və siyasi fəallara qarşı təhlükəsizlik tədbirləri əhəmiyyətli dərəcədə sərtləşmiş, ölkənin müxtəlif bölgələrində çoxsaylı şəxslər saxlanılmış, haqlarında cinayət işi açılmış və ya məhkəmə qarşısına çıxarılmışdır.

Bundan əlavə, həmin şəxslərdən bəzilərinin uzunmüddətli həbs cəzaları, hətta bəzi işlər üzrə ölüm hökmü ilə üz-üzə qaldığı bildirilir. Bu vəziyyət ədalətli məhkəmə araşdırması prinsiplərinə və əsas insan hüquqları təminatlarına əməl olunub-olunmaması ilə bağlı ciddi narahatlıqlar doğurur:

"Bu prosesdə əsasən Azərbaycan Türklərinin hüquqlarının müdafiəsi istiqamətində fəaliyyət göstərən Azərbaycanlı mülki və siyasi fəallar da həmin tədbirlərdən kənarda qalmamışdır. Son bir il ərzində Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Tehran, Əlburz, Ərdəbil, Zəncan, Qəzvin və Həmədan başda olmaqla müxtəlif ostanlarda çoxsaylı Azərbaycanlı fəallar saxlanılaraq həbsxanalara göndərilmiş, digər bir qismi isə cinayət təqibi, təkrar-təkrar ifadəyə çağırılma, təhlükəsizlik məhdudiyyətləri və ya məhkəmə nəzarəti tədbirləri ilə üzləşmişdir. Hazırda həbsdə saxlanılan fəallar uzunmüddətli azadlıqdan məhrumetmə cəzaları təhlükəsi altındadırlar. Bu şəxslər əsasən "təhlükəsizliyi pozmaq məqsədilə qanunsuz təşkilat yaratmaq və ya belə təşkilatlara üzv olmaq", "dövlət təhlükəsizliyinə qarşı cinayət törətmək məqsədilə toplantı keçirmək və sövdələşmək" və "rejim əleyhinə təbliğat aparmaq" kimi təhlükəsizlik ittihamları ilə mühakimə olunmuş və məhkum edilmişlər. Bu vəziyyət yalnız onların şəxsi azadlıqlarını deyil, eyni zamanda Azərbaycan Türklərinin dinc mülki və mədəni fəaliyyət göstərmək imkanlarını da mənfi şəkildə təsir altına alır". 

Mövcud məlumat və hesabatlara görə, həmin fəallara dair məhkəmə prosesləri bir çox hallarda ədalətli məhkəmə araşdırmasının əsas tələblərindən uzaq şəkildə aparılıb: "Hesabatlarda qeyd olunur ki, bəzi təqsirləndirilən şəxslər seçdikləri vəkilə vaxtında və səmərəli şəkildə çıxış əldə edə bilməmiş, məhkəmə iclasları olduqca qısa müddətdə keçirilmiş, iş materiallarını kifayət qədər öyrənmək və səmərəli müdafiə hazırlamaq   imkanından məhrum edilmişlər. Bundan başqa, bəzi hallarda təhlükəsizlik orqanlarının təzyiqi, uzunmüddətli dindirmələr, habelə təzyiq, pis rəftar və hədələmə yolu ilə etiraf almağa cəhd göstərildiyi barədə iddialar da mövcuddur. Bu cür təcrübələr ədalətli məhkəmə araşdırmasının əsas prinsipləri və İran dövlətinin üzərinə götürdüyü hüquqi öhdəliklərlə uzlaşmır. 

Bundan əlavə, bu işlərdə sübutların qiymətləndirilməsi üsulu ilə bağlı da ciddi narahatlıqlar mövcuddur. Dərc olunmuş məlumatlara görə, Azərbaycanlı fəalların məhkum edilməsi bir çox hallarda əsasən təhlükəsizlik qurumlarının hazırladığı hesabatlara söykənmiş, mədəni, dil və ictimai kimliklə bağlı dinc fəaliyyətlər isə cinayət təqibinin əsası kimi qiymətləndirilmişdir.

Halbuki, fikir və ifadə azadlığı, dinc toplaşmaq azadlığı, birləşmək azadlığı, ictimai işlərdə iştirak hüququ, eləcə də mədəni və dil kimliyini qorumaq hüququ həm İran İslam Respublikasının Konstitusiyası, həm də beynəlxalq insan hüquqları sənədləri ilə təminat altına alınmış əsas hüquqlardır. 

İran İslam Respublikası Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakta, eləcə də İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakta tərəf dövlət kimi bu sənədlərdə təsbit olunmuş hüquq və azadlıqlara hörmət göstərmək öhdəliyi daşıyır. Bu öhdəliklərə fikir və ifadə azadlığı, dinc toplaşmaq azadlığı, birləşmək azadlığı, ədalətli məhkəmə araşdırması hüququ, təqsirsizlik prezumpsiyası, vəkilə çıxış hüququ, etirafa məcbur etmənin qadağan olunması, işgəncə və qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın qadağan edilməsi, habelə mümkün olan ən yüksək sağlamlıq səviyyəsindən istifadə hüququ daxildir. Xüsusilə mülki və siyasi fəallarla bağlı işlərdə bu öhdəliklərin səmərəli şəkildə yerinə yetirilməsi hüququn aliliyinin və insan hüquqlarına hörmətin əsas tələblərindən biridir. 

Biz hesab edirik ki, ictimai təhlükəsizliyin qorunması bəhanəsi vətəndaşların əsas hüquq və azadlıqlarının məhdudlaşdırılması, ədalətli məhkəmə araşdırması hüququnun zəiflədilməsi və ya dinc mülki fəaliyyətlərin cəzalandırılması üçün əsas kimi istifadə edilməməlidir. İnsan hüquqlarına hörmət, məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin olunması, cinayət hüququ vasitələrinin mütənasiblik prinsipi çərçivəsində tətbiqi və təqsirləndirilən şəxslərin müdafiə hüquqlarının qorunması ədalətli və hüququn aliliyinə əsaslanan məhkəmə sisteminin ən mühüm göstəricilərindəndir. 

Digər tərəfdən, həbsdə saxlanılan bəzi Azərbaycanlı fəalların sağlamlıq vəziyyəti ilə bağlı da narahatlıq doğuran məlumatlar yayılır. Bu məlumatlara görə, bəzi məhbuslar müxtəlif xəstəliklərdən əziyyət çəkir və ixtisaslaşmış tibbi yardıma ehtiyac duymalarına baxmayaraq, tibbi xidmətlərə çıxış, cəzaçəkmə müəssisəsindən kənarda yerləşən tibb mərkəzlərinə göndərilmə və ya zəruri dərman vasitələrinin təmin olunması sahəsində məhdudiyyətlər və gecikmələrlə üzləşirlər. Məhbusların lazımi tibbi yardımdan məhrum edilməsi Cəzaçəkmə Müəssisələri Təşkilatının İcra Qaydaları kimi daxili hüquqi normalara zidd olduğu kimi, dövlətlərin sağlamlıq hüququ ilə bağlı beynəlxalq öhdəliklərinə və Birləşmiş Millətlər Təşkilatının Məhbuslarla Rəftar üzrə Minimum Standart Qaydalarına (Nelson Mandela Qaydaları) da açıq şəkildə ziddir".

Hazırda həbsxanada saxlanılan Azərbaycanlı fəallar bunlardır: Abbas Lisani, Araz Aman, Ayaz Seyfxah, Ayət Mehrəlibəyli (Yürüş), Bağır Hacızadə, Əbdüləziz Əzimi Qədim, Əli Babayi, Əli Vasıqi, Əmin Təqizadə, Əsgər Əkbərzadə, Fatimə Atəşi Xiyavi, Kərəm Mərdanə, Mahmud Ocaqlı, Məhəmməd Məliki, Mürtəza Pərvin, Rza Səlimi, Salar Tahir Əfşar, Səməd Heydəri, Siyamək Mirzayi, Tahir Nəqəvi, Vədud Əsədi və Yusif Kari. 

Bundan əlavə, kütləvi informasiya vasitələri və insan hüquqları təşkilatlarının yaydıqları məlumatlara görə, hazırda girov müqabilində müvəqqəti azadlıqda olan onlarla Azərbaycanlı fəal barəsində məhkəmə araşdırması davam edir və ya onlar haqqında çıxarılmış məhkumluq hökmləri artıq qanuni qüvvəyə minərək icra mərhələsinə çatmışdır. Onlardan bəziləri bunlardır: 

Araz İbrahimnejad, Arəş Kehpur, İbrahim Əvazzadə, Əbülfəzl Rəncbəri, Əmir İbrahimli, Əmir Hüseyn Ağayi, Əyyub Şiri, Bəhram Əlilu, Behzad Dəşti, Cəlal Kuderili, Cavad Sudbər, Həmid Yeganəpur, Hüseyn Azadi, Hüseyn Cavadzadə, Davud Şiri, Ramin İslami, Rza Pəhlivaniyan, Səid Minayi, Süheyl Digər, Abbas Əlilu, Əli Xeyrcu, Mürtəza Nurməhəmmədi, Mehrdad Qədiri, Nasir Rəzmcu, Yusif Sələhşur, Yunus Mərami, İbrahim Asemani, Kərim İsmayılzadə və Milad Balesini:

"Biz, bu bəyanatı imzalayanlar, azərbaycanlı mülki və siyasi fəalların vəziyyəti ilə bağlı dərin narahatlığımızı ifadə edir, İranın hüquqi öhdəlikləri və beynəlxalq öhdəlikləri çərçivəsində həmin şəxslərin əsas hüquqlarına tam şəkildə riayət olunmasını tələb edirik. Eyni zamanda, dövlətlərə, Birləşmiş Millətlər Təşkilatının Xüsusi Məruzəçilərinə, BMT-nin İran üzrə Həqiqət Araşdırma Missiyasına, beynəlxalq təşkilatlara və insan hüquqları müdafiəçiləri başda olmaqla bütün beynəlxalq insan hüquqları mexanizmlərinə müraciət edərək, bu məhbusların vəziyyətini yaxından izləməyə, onların məhkəmə proseslərini diqqətlə müşahidə etməyə, ədalətli məhkəmə araşdırması standartlarının təmin olunması, sağlamlıqlarının və insan ləyaqətlərinin qorunması, habelə hər cür insan hüquqları pozuntusunun qarşısının alınması məqsədilə malik olduqları bütün hüquqi və diplomatik imkanlardan istifadə etməyə çağırırıq". 

Bəyanatı aşağıdakı şəxslər imzalayıb: 

Abdullah Əmir Haşimi (İsveç), Adil Fərəcullahi (Türkiyə), Araz Mustafazadə (Türkiyə), Araz Qaraağaclı (Avstriya), Arslan Kamrani (Finlandiya), Arəş İffəti (Türkiyə), Arəş Mokaridust (Türkiyə), Atilla Ərfəi (Türkiyə), Atilla Mustafazadə (Türkiyə), Ayaz İbadi (Almaniya), Azər Fərruxi (İsveç), Babək Baxtavər (Böyük Britaniya), Babək Sultani (İsveç), Behruz Fərruxi (ABŞ), Behzad Ağdamlı (Danimarka), Behrəng Bəşiri (Türkiyə), Behzad Vəziri (ABŞ), Bərmək Bəşiri (Türkiyə), Cavad Rəncbər (Kanada), Cavad Sadiqi Daşkəsən (Almaniya), Cavad Sudbər (Türkiyə), Cəbrail Şükri (Türkiyə), Cəfər Pəştu (Türkiyə), Cəmşid Zarei (Türkiyə), Dilbər Həsənbəyli (Azərbaycan), Duman Radmehr (İsveç), Əfşar Abbasi (Almaniya), Əfsanə Əfşar (İsveç), Əhəd Vəkili (Kanada), Əkbər Dabbağ Dilməqani (İsveçrə), Əkbər Ənvəri (Türkiyə), Əli Eşqi (Azərbaycan), Əli Həmzəzadə (Türkiyə), Əli İbrahimi (Belçika), Əli İntişari (ABŞ), Əli Rzayi (İsveç), Əli Süleymani (ABŞ), Əlirza Ərdəbili (İsveç), Əmir Mehdipur (Kanada), Əsəd Təqizadə (Kanada), Eldar Qaradağlı (İsveç), Eldar Xiyavi (Böyük Britaniya), Fəramərz Əsgərzadə (ABŞ), Fərhad Məcidzadə (Almaniya), Qulamrza Purbağır (Türkiyə), Həbib Qənbərpur (Türkiyə), Həbib Sasanian (Azərbaycan), Hadi Qaraçay (Norveç), Hamed Məlikoğlu (Türkiyə), Həsən Əfraz (Norveç), Həcər İbrahimi Dinavər (Türkiyə), Həcər Sultani (Türkiyə), Hüseyn Əliməhəmmədi (Türkiyə), Hüseyn Qaraməlikli (Türkiyə), İbrahim Ramazani (Türkiyə), İbrahim Mədədzadə (İsveç), İmad Həzrətinejad (Türkiyə), İlham Vərşoçi (Avstraliya), İlqar Ulusoy (Türkiyə), İsa Türkoğlu (Böyük Britaniya), İskəndər Əli Mirzayi (Kanada),  İsmayıl Cavadi (Türkiyə), Jalə Rəzmi (Fransa), Qasım Bodi Binab (Kanada), Kərim Əsgəri (ABŞ), Lalə Cavanşir (Kanada), Mahmud Əlizadə Ağdərəq Cədid (Türkiyə), Maşallah Rəzmi (Fransa), Məcid Cavadi Araz (Türkiyə), Mehdi Nəimi (Türkiyə), Mehdi Nuri (Türkiyə), Məhəmməd Rza Heyət (Türkiyə), Məhəmmədhəsən Qulami Hamed (Türkiyə), Məhəmməd Rza Əvəzpur (İsveçrə), Məhəmməd Rza Xeşti (ABŞ), Məhəmməd Rza Kərimpur (Türkiyə), Məhəmməd Rza Qoçi (Türkiyə), Məhəmməd Rza Rəhmanifər (Türkiyə), Məhərrəm Kamrani (Türkiyə), Məsud Haray (Türkiyə), Musa Bərzin (Türkiyə), Müctəba Nəcəfi (Türkiyə), Münirə Əkbər Puran (Kanada), Mürtəza Muradpur (Böyük Britaniya), Nağı Mahmudi (Almaniya), Nəğmə Novdost (Böyük Britaniya), Nəvvab Kərimi (Böyük Britaniya), Nüsrət Behnud (Kanada), Puya Pur Himməti (İsveçrə),  Ramin Cabbarlı (ABŞ), Rza Dabbağinejad Şatiri (Türkiyə), Rza Kuleyni (Kanada),  Rza Talibi (Almaniya), Səid Azizi (İsveç), Səid Davəri Niku (Kanada), Saleh Kamrani (İsveç),  Səməd Pur Musəvi (Kanada), Sara Tampu (Kanada), Səhər Hac Qənizadə (Türkiyə), Səlim Əhmədiyan (İsveç), Səttar Sevigin (İsveç), Sevil Dəfçi (Kanada), Simin Sabri (Norveç), Sina Yusifi (Almaniya), Siyavuş Parsiyan (Türkiyə), Süheyla Karəgər (Türkiyə), Şahin Hilali Xiyavi (Norveç), Şəhram Şövqi (Türkiyə), Taha Kermani (Fransa), Təqi Səlahşur (Türkiyə), Umay Radmehr (Almaniya), Ural Hatəmi (Almaniya), Vahid Bahaduri (ABŞ), Vahid Fərxad (Türkiyə), Valeh Əlizadə (Türkiyə), Yaşar Baştürk (ABŞ), Yaşar Fərzin No (Fransa), Yunus Şameli (İsveç), Yunus Sultanzadə (Almaniya), Yusif Musəvi (Türkiyə), Ziya Sədrüləşrəfi (Kanada).

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 Avqust 2026 19:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see499

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see272

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see267

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see265

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see258

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see257

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see256

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see245

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see226

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see226

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see224

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see221

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see215

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see214

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see211

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see207

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see202

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see202

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see199

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri